Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU № 19. Sosioloji tədqiqatın metodikasi və metodologiyası



Yüklə 1,1 Mb.
səhifə92/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   88   89   90   91   92   93   94   95   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

MÖVZU № 19. Sosioloji tədqiqatın metodikasi və metodologiyası


PLAN:
1. Sosioloji tədqiqatlar və onların növləri
2. Sosioloji tədqiqatın proqramı
3. Əsas nəzəri prosedurlar və tədqiqat planı

1. SOSİOLOJİ TƏDQİQATLAR VƏ ONLARIN NÖVLƏRİ
Sosiologiya elminin strukturunda üç mühüm səviyyə fərqləndirilir: ümumsosioloji nəzəriyyə, xüsusi sosioloji nəzəriyyələr (yaxud orta səviyyəli nəzəriyyələr) və sosioloji tədqiqatlar. Sonuncunu həmçinin empirik, tətbiqi, xüsusi və yaxud konkret tədqiqatlar da adlandırırlar. Sosiologiya elminin hər üç səviyyəsi bir-birini tamamlayaraq sosial hadisələrin və proseslərin öyrənilməsi zamanı elmi surətdə əsaslandırılmış nəticələr əldə olunmasına köməklik göstərir. Gündəlik həyatda cəmiyyət qarşısına çoxlu sayda müxtəlif səpgidə suallar çıxır ki, onların cavablarının tapılması xüsusi tədqiqatlar aparılması sayəsində mümkündür. Sosioloji tədqiqatlar əks əlaqə mexanizminin fasiləsiz işini təmin etməklə yanaşı, həmçinin statistik məlumatları insanların mənafeləri, maraqları, əhval - ruhiyyələri, idealları, planları haqqında konkret məlumatlarla zənginləşdirir. Bundan əlavə, sosioloji tədqiqatlar insanların əmək, məişət və istirahət şəraitinə münasibətləri barədə mənəvi-psixoloji mühit haqqında da təsəvvür yaradılmasına kömək edir. Sosioloji tədqiqatların təşkili və aparılması gərgin əmək tələb edir. Bu, hər şeydən əvvəl tədqiqatın əsaslı surətdə hazırlanması deməkdir. Sosioloji tədqiqatların hazırlanması müxtəlif işlərin görülməsini, elmi prosedurların və əməliyyatların həyata keçirilməsini nəzərdə tutur. Tədqiqatın etibarlı nəzəri əsasını təmin etmək, onun ümumi məntiqini müəyyən etmək, məlumatların toplanması qaydalarını hazırlamaq və tədqiqat qrupunu formalaşdırmaq lazımdır. Hər bir sosioloji tədqiqatın məqsədi cəmiyyət həyatı üçün mühüm əhəmiyyət kəsb edən problemin təhlilini verməkdən ibarətdir. Sosioloq təkcə problemin şərhi ilə kifayətlənməməli, onun hətta sabahkı gün üçün inkişaf perspektivlərini də müəyyən etməlidir. Sosioloji tədqiqatlara müraciyət olunmanın əsas səbəblərindən biri budur ki, cəmiyyətin geniş, məzmunlu və aktual informasiyaya daim ehtiyacı vardır. Bu informasiya əsasən fərdlər, qruplar, kollektivlər arasındakı münasibətlərin mexanizminin araşdırılmasına, onların daxilində gedən prosesləri nəzarətdə saxlamağa köməklik göstərir. Bunların nəzərə alınmaması müəyyən şəraitdə çox kəskin şəkildə özünü büruzə verə, sosial idarəetmə proseslərini poza bilər. Lakin bunu da qeyd etmək lazımdır ki, sosioloji tədqiqatın təşkili və aparılması xüsusi məqsədə çevrilməməlidir. Çünki, onun rolu və əhəmiyyəti, habelə imkanları nə qədər geniş olsa da, o yalnız sosial informasiya əldə olunmasının vasitələrindən biri kimi çıxış edir. Lakin sosioloji tədqiqatları bütün problemlərin həlli üsulunun tapılması vasitəsi də hesab etmək olmaz. Mütəxəssis sosioloqların fikrincə, sosioloji tədqiqatlar ardıcıl şəkildə təşkil olunmuş metodoloji, metodiki və təşkilati-texniki prosedurların məcmusu olub yalnız öyrənilən sosial obyekt haqqında dəqiq məlumat əldə olunması məqsədinə xidmət edir. Hər bir sosioloji tədqiqatda üstünlük metodologiyaya verilir. Metodologiya yunan sözlərinin birləşməsindən əmələ gələrək yeni bilik əldə olunması üsulu kimi başa düşülür. Elmi ədəbiyyatda metodologiya və nəzəriyyə anlayışları arasında nisbət haqqında mübahisələr səngimək bilmir. Cünki onların arasında sərhəd qoyulması müəyyən çətinliklərlə bağlıdır. Onların arasında əsas prinsipial fərq burasındadır ki, nəzəriyyə bu və ya digər 27 hadisəni qiymətləndirərək nəyi, hansı konkret problemi tədqiq etmək zərurətini irəli sürür, metodologiya isə necə tədqiq etmək üsullarını göstərir. Sosioloji tədqiqatlar – idraki proses olub sosioloji biliklərin iki səviyyəsini aşkara çıxarır: nəzəri-metodoloji və empirik səviyyələr. O, induktiv və deduktiv təhlil metodlarını özündə təcəssum etdirir. Sosioloji tədqiqatların təşkili və aparılması dörd əsas mərhələdən keçir: Birinci mərhələ tədqiqata hazırlığı nəzərdə tutur. Buraya məqsədin, proqramın, planın düşünülməsi, tədqiqat müddətinin, informasiyanın təhlil edilməsi üsullarının müəyyən edilməsi və s. daxildir. İkinci mərhələ ilkin sosioloji məlumatların toplanması prosesindən ibarətdir. Buraya müxtəlif mənbələrdən toplanmış məlumatlar (sənədlərdən çıxarışlar, tədqiqatçının qeydləri, rəyi, soruşulanlardan bəzilərinin fikirləri və s.) aiddir. Üçüncü mərhələ soioloji tədqiqatların (anket sorğusu, müsahibə, kontent-analiz və s.) gedişi prosesində toplanmış məlumatların EHM-də işlənmə üçün proqramın hazırlanması və EHM-də işlənməsini nəzərdə tutur. Dördüncü, sonuncu mərhələ işlənmiş materialın təhlili, tədqiqatın yekunlarına həsr olunmuş hesabatın tərtibi, sifarişçi, yaxud idarəetmə subyekti üçün nəticələrin və təkliflərin hazırlanması mərhələsidir. Sosioloji tədqiqatın növləri qoyulan məqsəd və vəzifələrin xarakteri ilə, sosial proseslərin təhlilinin dərinliyi və s. ilə müəyyən olunur. Buna müvafiq olaraq sosioloji tədqiqatların üç əsas növünü fərqləndirirlər: axtarış, təsviri və analitik. 1. Axtarış sosioloji tədqiqatların ən sadə növü olub ən məhdud dairəli vəzifələrin həlli yollarının toplanmasına yönəlmişdir. O, adətən 20-100 nəfəri əhatə edən anket sorğusunu nəzərdə tutur. Axtarış tədqiqatı zamanı əsasən problemin dərindən öyrənilməsi baş verir. Bu işin gedişi zamanı məqsədlər dəqiqləşdirilir, fərziyyələr irəli sürülür, vəzifələr formulə edilir. Bu tədqiqat o zaman aparılır ki, problem ya az öyrənilmişdir, ya da ki, ümumiyyətlə tədqiq olunmamışdır. Axtarış tədqiqatı operativ sosial məlumatın əldə olunmasına imkan verir. 2. Təsviri tədqiqatlar sosioloji təhlilin daha mürəkkəb növü kimi çıxış edir. Onun köməyi ilə öyrənilən sosial obyekt haqqında bütöv təsəvvür yaradan empirik məlumatlar əldə olunur. Bu cür tədqiqatlar o zaman aparılır ki, təhlil obyekti böyük səciyyələrin məcmusu olub müxtəlif peşədən, yaş qrupundan, peşə səviyyəsindən olan insanları birləşdirən kollektiv olsun. Bu tədqiqat zamanı empirik məlumatların toplanmasında bir və ya bir neçə metodun köməyindən istifadə olunur. Bir neçə metoddan istifadə sayəsində əldə olunan məlumatlar daha dolğun və düzgün olur, daha dərin elmi nəticələr əldə olunması və əsaslandırılmış təkliflər irəli sürülməsi üçün imkan yaranır. 3. Analitik tədqiqatlar sosioloji tədqiqatların ən ciddi növü hesab olunur. O, təkcə öyrənilən hadisə və proseslərin elementlərinin təsviri ilə kifayətlənməyərək həmçinin onların əsasında dayanan səbəbləri də aşkara çıxarmağa imkan verir. Təsviri tədqiqatlar öyrənilən hadisənin səciyyəvi cəhətləri arasında əlaqəni axtardığı halda analitik tədqiqatlar bu əlaqələrin səbəblərini aşkara çıxarmağa yönəlmişdir. Analitik tədqiqatlar bu və ya digər sosial hadisəni şərtləndirən çoxlu amillərin məcmusunu öyrənir. Adətən bu amilləri əsas və qeyri-əsas, daimi və müvəqqəti, nəzarət olunan və nəzarətdən kənar və s. adlandırırlar. Analitik tədqiqatlar kompleks xarakter daşıyır və özündən əvvəlki tədqiqat növlərinin məntiqi yekunu kimi çıxış edir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə