Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU № 23. Sosial-demoqrafik münasibətlər



Yüklə 1,1 Mb.
səhifə103/114
tarix29.11.2023
ölçüsü1,1 Mb.
#140130
1   ...   99   100   101   102   103   104   105   106   ...   114
M vzu ¹ sosiologiya c M YY t haqqqinda elmdir plan Sosiologiya

MÖVZU № 23. Sosial-demoqrafik münasibətlər
PLAN:
1. Demoqrafik proseslərin modelləşdirilməsi və proqnozlaşdırılması
2. Müasir şəraitdə Azərbaycanda sosial-demoqrafik siyasət
Demoqrafik proseslər demək olar ki,cəmiyyətin həyatının bir çox tərəfləri ilə qarşılıqlı əlaqədədir. Bu əlaqə sosial-iqtisadi hadisələrin demoqrafik proseslərə və öz növbəsində demoqrafik proseslərin də sosial-iqtisadi hadisələrə təsirində təzahür edir. Buna görə bütün ölkələrdə həmişə demoqrafik proseslər dövlətin,siyasətçilərin,müxtəlif tədqiqatçıların diqqət mərkəzində olmuşdur.Demoqrafik prosesləri və hadisələri öyrənən xüsusi elm-Demoqrafiya elmi yaranmışdır. Demoqrafiya məhz əhali haqqında biliklər sistemidir.
Demoqrafik proseslərə və hadisələrə əhalinin sayında,tərkibində və yerləşməsində baş verən dəyişikliklər,başqa sözlə onun təbii təkrar istehsalı prosesləri və mexaniki hərəkəti daxildir.
2. Azərbaycanda əhalinin təbii artımı,artım tempi,yerləşdirilməsi,miqrasiyası və yaş tərkibi. Azərbaycanda əhalinin təbii artımında XIX-əsrə qədər müəyyən
tərəddüdlər baş vermişdir.1897-ci ilə nisbətən əhalinin sayı daim artmışdır.Əhalinin sayı yalnız 1920,1922-ci illərdə 1917-ci ilə nisbətən,1950-ci ildə isə 1940-cı ilə nisbətən azalmışdır.1920,1922-ci illərdə əhalinin sayının azalması inqilabi hadisələrlə,1950-ci ildə azalması isə 1941-1945-ci illərdə baş vermiş “Böyük Vətən” müharibəsi ilə əlaqədardır.100 ilə yaxın bir dövrdə Azərbaycanın əhalisi dörd dəfədən çox artmışdır.Bu artım həm şəhər əhalisinin,həm də kənd əhalisinin artımı hesabına olmuşdur.1897-1996-cı illər ərzində şəhər əhalisi 13 dəfə,kənd əhalisi isə 2.4 dəfə artmışdır.Şəhər əhalisinin daha sürətlə artması şəhərlərin sayının çoxalması və kənd əhalisinin şəhərə axını ilə əlaqədar olmuşdur.Belə ki,Azərbaycanda şəhərlərin sayı 1914-cü ildə 13 olduğu halda,hazırda 65-dən çoxdur.Başqa sözlə 5 dəfə artmışdır.Şəhər əhalisinin kənd əhalisi hesabına artmasını ondan görmək olar ki,əhalinin hər min nəfərinə görə doğulanların sayı kənd yerlərində şəhərlərə nisbətən yüksəkdir.Buna baxmayaraq şəhər əhalisi kənd əhalisindən sürətlə artmışdır. Respublikamızda əhalinin artımı hər bir kvadrat kilometrə düşən əhalinin sayının artmasına gətirib çıxarmışdır.Belə ki, 1897-ci ildə Azərbaycanda hər kvadrat kilometrə təqribən 21 adam düşürdüsə,1913-cü ildə 27 adam,1920-ci ildə 22 adam,1940-cı ildə 38 adam,1950-ci ildə 33 adam,1959-cu ildə 43 adam,1970-ci ildə 59 adam,1995-ci ildə isə 87 adam olmuşdur.Əlbəttə, əhalinin daim sürətlə artması respublikada bir sıra həlli çətin sosial-iqtisadi problemlər yarada bilər.Buna görə demoqrafik proseslərin tənzimlənməsi istiqamətində tədbirlər görülməsi vacibdir.Əvvəlki həddən çoxuşaqlılığın təbliği və stimullaşdırılması məqsədəuyğun hesab edilə bilməz.Əhalinin məskunlaşmasının araşdırılması göstərir ki, şəhər və kənd əhalisinin sayında kəskin fərq yoxdur.Belə ki, 1996-cı ildə respublika əhalisinin 52.7 %-i şəhər yerlərində, 47.3 %-i isə kənd yerlərində məskunlaşmışdır.Şəhər əhalisinin ümumi əhalinin tərkibində xüsusi çəkisinin artması kənd əhalisinin axını və bir sıra yaşayış məntəqələrinin şəhərlərə çevrilməsinin nəticəsidir.Qeyd etmək lazımdır ki,şəhər əhalisinin təxminən yarısı Bakı şəhərinin payına düşür.Əhalinin müəyyən ərazidə məskunlaşması, bu və ya digər əraziyə axını iqtisadi, sosial, mədəni, məişət, demoqrafik və s. amillərlə əlaqədardır.Əhalinin ayrı-ayrı şəhərlərdə həddən çox cəmləşməsi müsbət hal hesab edilə bilməz.Ona görə əhalinin öz daimi yaşayış yerlərində işləməsi üçün lazımi şərait yaradılması üzrə tədbirlər görülməsi zəruridir. Demoqrafik proseslərdə həm demoqrafiya, həm də iqtisadi əhəmiyyət baxımından əhalinin cins tərkibi həmişə diqqəti cəlb edir. Hazırda respublika əhalisinin 49.3 %-ini kişilər 50.7 %-ini isə qadınlar təşkil edir.1926 və 1939-cu illərdə əhalinin ümumi sayında kişilər üstünlük təşkil edirdilərsə sonrakı illərdə qadınlar üstünlük təşkil etmişlər.1970-ci ildən sonra bu nisbətlik demək olar ki, dəyişməmişdir. Statistik rəqəmlərin təhlili göstərir ki,aşağı yaşlarda kişilərin xüsusi çəkisi yüksək olur və getdikcə bu nisbətlik qadınların xeyrinə dəyişir.Bunun səbəbi yaşlar üzrə kişilər arasında ölüm hallarının çox olması və onların qadınlara nisbətən respublikadan kənara daha çox getmələri ilə əlaqədardır. Demoqrafik proseslərdə əhalinin yaş quruluşu da mühüm əhəmiyyət
kəsb edir. Yaş quruluşu ölkənin əmək potensialını, iş qüvvəsi ilə təmin olunma imkanlarını ifadə edir.1995-ci ildə respublika əhalisinin 35.3 %-ini 15 yaşadək olanlar, 57.9 %-ini 15-59 yaşda olanlar, 8.8 %-ini isə 60 və yuxarı yaşda olanlar təşkil etmişdir.Bu rəqəmlər 1979-cu ildə müvafiq olaraq 35.4 %, 57.5 % və 7.6 % olmuşdur.Başqa sözlə, bu dövrdə 15 yaşadək əhalinin xüsusi çəkisi ümumi əhalinin tərkibində 2,1 bənd azalmış, 15-59 yaşda olanların xüsusi çəkisi 0,9 bənd, 60 və yuxarı olanların xüsusi çəkisi 1,2 bənd artmışdır.Burada diqqəti cəlb edən cəhət odur ki, 20 yaşa qədər əhali üzrə 1000 nəfər kişiyə düşən qadınların sayı az olduğu halda, sonraki yaşlarda qadınların sayı çox olur.Belə ki, 1995-ci ildə 20 yaşadək olan hər 1000 kişiyə 70 və yuxarı yaşda 953 qadın düşmüşdürsə, 20-70 və yuxarı yaşlı əhali içərisində 1000 nəfər kişiyə düşən qadınların sayı 1016-2228.4 nəfər arasında tərəddüd etmişdir.
Respublika əhalisinin əksəriyyətini əmək qabiliyyətli yaşda adamlar
təşkil edir ki, onların əmək fəaliyyətinə cəlb edilməsi üçün müxtəlif istiqamətli tədbirlər görülməsini zəruri edir.
Əhalinin artımı, yaş və cins tərkibində baş verən dəyişiklik ilk övbədə onun təbii artımı ilə bağlıdır.Əhalinin təbii artımı doğulanlarla ölənlərin arasındakı fərqi ifadə edir.Doğum, ölüm, və təbii artım əhalinin təbii hərəkətini səciyyələndirir.Doğumun ən yüksək səviyyəsi 1913-cü ildə müşahidə olunmuşdur.Lakin təbii artımın ən yüksək səviyyəsi 1960-cı ildə müşahidə olunub.Bu onunla əlaqədar olmuşdur ki,1913-cü ildə ölüm səviyyəsi 1960-cı ilə nisbətən 4 dəfə yüksəkdir.Statistik materialların təhlili göstərir ki, Sovet hakimiyyəti illərində ən yüksək doğum səviyyəsi 1960-cı ilə təsadüf edir və bu ildən sonra doğum səviyyəsi azalma istiqamətində dəyişmişdir.1960-1995-ci illərdə əhalinin hər 1000 nəfərinə doğulanların sayı təqribən 2 dəfə azalmışdır.Bu dövrdə əhalinin təbii artımının azalma sürəti daha yüksək 2.5 dəfə olmuşdur ki, bu da ölüm səviyyəsinin artması ilə əlaqədardır.Bu dövrdə ölüm səviyyəsi 1.1 dəfə artmışdır.
Doğum səviyyəsi xeyli dərəcədə nigah və boşanma ilə əlaqədardır.
Əhalinin 1000 nəfərinə 1985-ci ildə 10.5 nigah, 1995-ci ildə isə 5.7 nigah bağlanmışdır.Əhalinin hər 1000 nəfərinə boşanma halları bu illərdə 1.2-dən 0.8-ə enmişdir.
Hazırda ölkəmizdə əhalinin doğum səviyyəsinin sürətlə aşağı düşməsi və bununla əlaqədar olaraq, ailədəki uşaqların sayının əhəmiyyətli dərəcədə azalması qanunauyğun hal kimi deyil, SSRİ-nin dağılması və keçid dövrünün təzadları ilə bağlı olan keçici xarakter daşıyan hal kimi qiymətləndirilməlidir.İndi dövlət səviyyəsində elə demoqrafik siyasət tədbirləri işlənib hazırlanmalı və həyata keçirilməlidir ki, doğum səviyyəsi və ailədə uşaqların sayı əhalinin normal təkrar istehsalı prosesinin həyata keçirilməsini təmin edə bilsin. Əhalinin sadə təkrar istehsalı prosesinin həyata keçirilməsi üçün yeni yaradılan hər bir ailədə ən azı iki, geniş təkrar istehsal prosesinin təmin edilməsi üçün isə üç və daha çox uşaq doğulub tərbiyə edilməlidir. Bunun üçün ölkəmizdə hər cür imkan və şərait vardır.
Respublika əhalisinin artıb-azalmasına təsir edən ən mühüm amillərdən biri də insanların sağlamlığı və onların ölüm səviyyəsindən ibarətdir.Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən hazırda əhalimizin sağlamlığı və ölüm səviyyəsi sahəsindəki vəziyyət də sevindirici deyildir.Baxmayaraq ki,son yarım əsr ərzində (1950-2000-ci illər) respublikamızda əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi 38.6 %, o cümlədən şəhər yerlərində 43.6 %, kənd yerlərində isə 33.7 % azalaraq müvafiq surətdə 9.6-dan 5.9-a, 10.1-dən 5.7-yə və 9.2-dən 5.7-yə düşmüşdür, bu göstərici 1990-1994-cü illərdə, yəni atəşkəs dövrünədək 21.3 % artaraq 6.1 nəfərdən 7.4 nəfərə qalxmış, 1994-cü ildən sonra isə 20 % azalaraq 2000-ci ildə 5.9 nəfərə düşmüşdürsə də, hələ də burada əmək qabiliyyətli yaşında olan əhali və bir yaşınadək olan uşaqlar arasında ölüm səviyyəsi xeyli yüksək olaraq qalmaqdadır.2000-ci ilin statistik məlumatlarına əsasən, respublikamızda hər 1000 nəfər diri doğulan uşaqdan bir yaşınadək ölənlərin sayı 12.8 nəfər, o cümlədən şəhər yerlərində-12.9 nəfər, kənd yerlərində isə 12.8 nəfər olmuşdur.
Bütün bu deyilənlərin nəticəsidir ki, respublika əhalisinin orta illik artım sürəti 2.7 dəfədən çox azalaraq 1959-1990-cı illərdəki 3.0 %-dən 1990-2000-ci illərdə 1.1 %-ə, əhalinin orta illik artım sayı isə 27.5 % azalaraq 110.8 min nəfərdən 80.4 min nəfərə düşmüşdür.
Demoqrafik proseslərdə miqrasiya mühüm əhəmiyyət kəsb edir. Miqrasiya adamların daimi yaşayış yerinə qayıtması ilə əlaqədar müəyyən ərazinin sərhədindən kənarda yerdəyişməsidir.Hər ərazidə yerdəyişmə iki istiqamətdə ola bilər.Emiqrasiya, yəni ərazidən getmək və immiqrasiya, yəni əraziyə gəlmək.Əraziyə gələnlərlə ərazidən gedənlər arasında fərq xalis miqrasiyanı təşkil edir.Miqrasiya daxili və xarici miqrasiyaya ayrılır.Xarici miqrasiya dövət sərhəddini keçməklə əlaqədardır.Yəni bir ölkədən başqa ölkəyə yerdəyişmək xarici miqrasiya hesab olunur.Daxili miqrasiya bir ölkənin sərhədləri daxilində bölgələr, rayonlar, yaşayış məntəqələri arasında yerdəyişməkdən ibarətdir. Miqrasiya daimi, mövsümi, mötədil (hər gün başqa yaşayış məntəqəsinə işə gedib-gəlmək) ola bilər.Azərbaycandan xaricə daimi yaşamaq üçün 1990-cı ildə 9144 nəfər, 1991-ci ildə 6503 nəfər, 1992-ci ildə 2912 nəfər, 1993-cü ildə 2391 nəfər, 1994-cü ildə 1600 nəfər getmişdir. Onların ən çoxu İsrailə və ABŞ-a getmişdir.1990-cı ildə müvafiq olaraq İsrailə 8442 nəfər, ABŞ-a 543 nəfər, 1994-cü ildə İsrailə 7085 nəfər və ABŞ-a 447 nəfər getmişdir.
Respublikaya miqrasiya mənfi qalığa malikdir, yəni respublikadan gedənlər çoxdur.Respublikadan gedənlər gələnlərdən 1985-ci ildə 36.3 min nəfər çox olmuşdur.Şəhər yerlərində gələnlər gedənlərdən 0.4 min nəfər, kənd yerlərində isə gedənlər gələnlərdən 36.7 min nəfər çox olmuşdur.1990-cl ildə respublikada gedənlər gələnlərdən 136.2 min nəfər çox olmuşdur.bunun 115 min nəfəri şəhər yerlərinin, 21.2 min nəfəri isə kənd yerlərinin payına düşür.1994-cü ildə respublikada gedənlər gələnlərdən 49 min nəfər çox olmuşdur.Onun 34.8 min nəfəri şəhər yerlərinin 14.2 min nəfəri isə kənd yerlərinin payına düşür.
Əhalinin mexaniki hərəkəti (miqrasiyası) ayrı-ayrı ərazilərdə əhalinin sayının, tərkibinin dəyişməsinə əhəmiyyətli təsir göstərir.Əhalinin miqrasiyası səbəblərinin öyrənilməsi göstərir ki, təbii sərvətlərin mənimsənilməsi, şəhərlərin artması, ayrı-ayrı ərazilərin iqtisadiyyatının inkişafı, sağlamlıq, ailə vəziyyətinə görə yaşayış yerinin dəyişdirilməsi, təhsilin davam etdirilməsi, yüksək əmək haqqı əldə etmək, həyat şəraitini yaxşılaşdırmaq və s. səbəblər əhalinin mexaniki hərəkətini doğurur. Miqrasiya əhalinin və əmək ehtiyatlarının yenidən bölüşdürülməsində mühüm rol oynayır.Qeyd etmək lazımdır ki, Ermənistan respublikasının Azərbaycana qarşı apardığı müharibə də əhalinin mexaniki hərəkətinə böyük təsir etmişdir.Ermənistan respublikasında yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarını məcburi tərk edib Azərbaycana gəlmişdir.Həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından azərbaycan əhalisi digər rayonlarına və şəhərlərinə qaçqın düşmüşdür.Hazırda respublikamızda bir milyona yaxın qaçqın var ki, bu da onların yerləşdiyi ərazidə əhalinin sayında və tərkibində mühüm dəyişikliklər törədir və bir sıra sosial-iqtisadi problemlər doğurur.Buna görə qaçqınların öz doğma torpaqlarının qaytarılması, əhalinin öz yaşayış yerində qalıb işləməsi üçün tədbirlər görülməsi vacibdir.Bu, əhalinin mexaniki hərəkətinin mənfi nəticələrini aradan qaldırmağa imkan verər.Lakin miqrasiyanı tam aradan qaldırmaq çətindir.Respublikamızda bazar iqtisadiyyatının təşəkkülü və onun dünya iqtisadiyyatına inteqrasiyası və respublikamızda iş qüvvəsi “artıqlığı” xarici miqrasiyaya səbəb olacaqdır.Bu miqrasiya lazımi istiqamətdə tənzimlənərsə bu böyük iqtisadi və sosial fayda gətirə bilər.
Araşdırmalardan göründüyü kimi demoqrafik proseslər əhali ilə bağlı olan bir çox hadisə və prosesləri əhatə edir.Demoqrafik hadisə və proseslərin öyrənilməsi özlüyündə məqsəd olmayıb, müvafiq əhali sakinliyi siyasəti yeritmək üçün zəruridir.Əhali sakinliyi siyasəti əhalinin həyat və əmək şəraitinin, onun kəmiyyəti və keyfiyyət xarakteristikası dəyişilməsinə yönəldilən tədbirlər sistemindən ibarətdir. Bu tədbirlər sistemində demoqrafik proseslərin tənzimlənməsinə yönəldilən tədbirlər mühüm yer tutur ki, bu da demoqrafik siyasəti ifadə edir.
Demoqrafik siyasət əhali sakinliyi siyasətinin bir hissəsi kimi demoqrafik prosesləri tənzimləyən tədbirlər sistemidir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə