Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə51/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Mədəni nitqin etiketləri.

1. Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim, Siz əziyyət çəkməyin, bunu mən edərəm, Qulluğunda olum, Köməyə ehtiyacınız varmı?, Mən sizi eşidirəm, Cavab verməyə tələsməyin, Sizi narahat edən nədir, Sizə nə kömək edə bilərəm, Nə buyurursunuz və.s.

2. İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, sizə zəhmət verəcəyəm, İnciməzsinizsə, Əgər mümkünsə, Zəhmət olmasa, Buyruq olmasın, Vaxtınız varsa, İmkanınız olsa, Sizə əziyyət olacaq, Sizi yormayım, Lütfən söyləyin, Üzr istəyirəm, Əvvəlcədən minnətdarlığımı bildirirəm və.s.

3. Razı olmaq məqsədilə: Razıyam, Etiraz etmirəm, Sizinlə şərikəm, Xoşuma gəlir, Çox şadam, Minnətdaram, Məmnuniyyətlə, Xoşdur, Göz üstə, Arxayın olun, Sizinlə işləmək mənim üçün böyük şərəfdir və.s.

4. Etiraz etmək, razılıq verməmək məqamında: Bu məni təmin etmir, Etirazımı bildirirəm, Etiraz edirəm, Sizin fikrinizlə şərik deyiləm, Mən başqa cür düşünürəm, Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm, Bu mənim xoşuma gəlmir, Beləetməyin, Bu, ürəyimcə deyil və.s.

5. Təskinlik vermək, razı salmaq: Bir qədər ətraflı düşünün, Əsəbləşməyin, Darıxmayın, İcazə verin danışım, İmkan verin fikrimi izah edim, Özünüzü ələ alın, Səbr edin, Bir qədər səbrli olun, Nə etmək olar, qismət belə imiş və.s.

6. İntizama dəvət etmə məzəmmət: Sizdən bu hərəkəti gözləməzdim, Belə hərəkət sizə yaraşmaz, Siz adınıza layiq hərəkət etməlisiniz, Danışığınıza fikir verin, Allah xatirinə razı olun, Nəzakətli olun, Çalışın ki başqaları sizdən razı qalsın, Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və.s

7. Qarşılama məqamında: Xoş gəlmişsiz, Lap vaxtında gəlmişsiniz, Həmişə siz gələsiniz, Sizin gəlişinizə şadam, Səni çoxdan gözləyirdim, Gələn qədəmləriniz var olsun və.s.

8. Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz, Buyurun, Qonağımız olun, Qapımız həmişə üzünüzə açıqdır, Siz bizim üçün həmişə əzizsiniz və.s

9. Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyirik, Salamat qalın, Yuxunuz şirin olsun, Allah amanında, Eviniz abad olsun, İnşallah qismət olsa, biz yenə görüşərik və.s

10. Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin, Əhsən, Minnətdaram, Təşəkkür edirəm, Sizə zəhmət verdim, Sizə borcluyam, Allah sizdən razı olsun, Sizə qibtə edirəm, Çox sağolun, Qismət olsa, əvəzini çıxaram və.s.

11. İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində: Çox sağolun, Sizə zəhmət verdim, Əziyyət çəkdiniz, Nə etmək olar, siz bacardığınızı etdiniz və.s.

12. Arzu-dilək və təbrik etmək məqamında: Yaxşı yol, Sağlıqla qalın, Uğur olsun, Xoşbəxt olun, Halal olsun, Xeyirli olsun, Bərəkətli olsun, Ömrün uzun olsun, Min bir budaq olun, İlahi, mərhəmətinə min şükür və.s.

13. Hal-əhval tutma məqamında: Əhvalınız necədir?, Necə dolanırsız?, Uşaqlar necədi? Və.s.

14. Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun soruşun, Lütfən buyurun, Sizə məmnuniyyətlə cavab verməyə hazıram, Cavabım sizi qane etdimi və.s.


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə