Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


Şad və bəd xəbərlərin çatdırılması



Yüklə 390,98 Kb.
səhifə48/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Şad və bəd xəbərlərin çatdırılması. Mütəxəssislər təsdiqləmişlər ki, informasiyanın özü də dərəcəsinə görə ilk vaxtlar çox kəskin təsir göstərmək gücündədir.Hansısa bir bəd xəbərin (çox zaman şad xəbərin də) təsirinə insanın tab gətirməyib həlak olması (xalq arasında buna “ürəyi partladı”, “çartlayıb öldü”) halları da çoxlarına bəllidir. İki yeniyetmə oğlunun dənizdə çimərkən batması xəbərini eşidən ana huşunu itirmiş, bir daha özünə gəlməmişdi. Yaxud, atasının ölüm xəbərini eşidən qız özünü dənizə atıb həlak etmişdir. Adamlar başqasına əzizi, yaxın admının ölüm xəbərini verərkən vəziyyəti ağırdır, özündə deyil, huşunu itirib, halı yaxşı deyil və.s kimi ifadələrlə müsahibini bu dəhşətli hadisəyə hazırlamağa çalışırlar. Bəzi hallarda xəstə, əsəbləri zəif adamlardan belə xəbərlər gizli saxlanılır. Qəfildən alınan şad xəbərin, onun yaratdığı hissi halların, gərginliyin də bəzən adamlar üçün ağır nəticələri olur. Uzun müddət itkin düşmüş, oğlunun intizarında olan anaya qəfildən oğlunun sağ olması, yaxud gəlib çıxması xəbərini verməyin ana üçün hansı fəsadla qurtaracağını təsəvvür etmək çətin deyildir. Adamlar bunu nəzərə alaraq gətirdikləri şad xəbərdən əvvəl muştulyğumu ver, gözün aydın olsun, sənə bir şad xəbər gətirmişəm və.s. ifadələrlə şad xəbəri birdən birə deyil, tədricən sahibinə çatdırırlar.


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə