Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə89/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Təklif məktubu

Təklif məktubu adətən işgüzar əməkdaşlığı, malların əldə edilməsini, xidmətlərdən istifadəni və s. özündə birləşdirir. Ticarət fəaliyyətində təklif (ofert) –konkret şərtlər göstərməklə sazişin imzalanması üçün satıcı tərəfindən mümkün alıcılara əmtəə və xidmətlər təklifi ilə göndərilən məktubdur.

Təklif məktubu xəbərləşənə ilk dəfə göndərilirsə, orada təşkilat – müəllif barədə müəyyən məlumat verilə bilər.

Təklif məktubunda (bu isə bir adresata göndərildiyi kimi, bir neçəsinə də göndərilə bilər) verilə bilər:

- ya sonrakı sazişin imzalanması, ya da ki, işgüzar əməkdaşlıq üzrə adresatın digər fəaliyyətlərinə əsas verə bilən təklif olunan konkret əmtəə və xidmətlər barədə ətraflı məlumat;

- gələcək əməkdaşlıq üçün sövdələşmələrin başlanğıcına faktiki şəkildə dəvət edən ümumi məlumat.

Təklif məktubu üçün aşağıda verilmiş açar ifadələrin istifadəsi səciyyəvidir:

“Razılaşmanın təsdiqi olaraq sizə ...təklif edirik”.

“... əlaqədar olaraq sizə ... təklif edirik”.

“... şərti ilə sizə ... təklif edirik”.

“... sizə təklif edirik”.

Təklif məktubu təşəbbüs xarakteri daşıdığı kimi, əlaqədar alıcı və ya istehlakçının tələbinə cavab da ola bilər.

Ticari təkliflər (ofertlər) iki növdə olur: ümumi və xüsusi.

Əmtəə və xidmətlərin ümumi təklifi bir çox alıcıya yönəlmiş olur və müəllif əmtəə satışında və xidmətlərin göstərilməsində öhdəçilik daşımır.

Xüsusi təklif malın çatdırılması və ya kəmiyyət, keyfiyyət və qiymət xarakteristikası, güzəştlər, endirimlər və s. xidmətlərin göstərilməsi ilə konkret alıcıya istiqamətlənmiş olur. Xüsusi təklif satıcını öz malını satmaq və ya təklif olunan şəxsə xidmətin göstərilməsi öhdəçiliyi ilə bağlayır, ona görə də onun əsas komponenti təklifin qüvvədə olma müddətinin göstərilməsidir. Məsələn, “Təklif ... qədər qüvvədədir”. Göstərilmiş müddətdə müsbət cavabın verilməməsi təklifin qəbulunun imtina edilməsinə bərabərdir.

Xüsusi təklifdə istifadə olunan açar ifadə aşağıdakılar ola bilər:

“Razılaşmamızın təsdiqi olaraq sizə.... təklif edirik”.

“... təklif edirik”.

“... qəti şəkildə təklif edirik”.


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə