Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


İnformasiya yayımı ilə bağlı məktublar



Yüklə 390,98 Kb.
səhifə86/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

İnformasiya yayımı ilə bağlı məktublar

İnformasiya məktubları rəsmi xarakter daşıyan məlumatlardan ibarət işgüzar məktublardır.

İnformasiya məktubları adətən nümunə xarakteri daşıyır və bir qayda olaraq, hakimiyyət orqanları və müxtəlif səviyyəli idarələrin tabe olduqları təşkilatlar tərəfindən göndərilir. İnformasiya məktublarında hüquqi sənədlərin bu və ya digər əsasnamələri eynilə göstərilə bilər, onların müəyyən şəraitdə tətbiqi üzrə tövsiyə, təkliflər və izahatlar ehtiva oluna bilər.

Ayrı-ayrı hallarda xəbər məktublarında əlavələr göstərilə bilər (şəxsi hüquqi sənədlər, metodiki göstəriş və izahatlar və s.).

İnformasiya məktublarının həcmi bir abzasla iki-üç səhifə arasında dəyişir. Bir qayda olaraq, xəbər məktubları onları paylayan təşkilatın rəhbəri tərəfindən imzalanır.

Əvvəllər informasiya məktublarının bənzəri olan təcili məktublar – hər hansı təcili xarakterli məlumatın çatdırılması məqsədilə ünvanlanmış qrupa paylanan məktublar olmuşdur. Hazırda “təcili məktub” adından istifadə olunmur.



Məlumat məktubu

Məlumat məktubu müəllif üçün olduğu kimi adresat üçün də marağa səbəb olan hər hansı hadisə və faktlar haqqında məlumatı özündə ehtiva edir.

Məlumat məktubu müəllifin təşəbbüsü ilə göndərilə, yaxud xahiş və ya tələbli müvafiq işgüzar məktublara cavab ola bilər. Məlumat məktubları çox zaman bir-iki cümlədən ibarət olan kiçik həcmli məktublardır.

Məlumat məktubu adətən aşağıdakı açar ifadələrdən birinin istifadəsi ilə çatdırılan informasiyanın əsaslandırılması və ya bilavasitə şərhi ilə başlayır.

“Diqqətinizə çatdırıram ki,..”

“Məlumat verirəm ki,.. ”

“Diqqətinizə çatdırmağı vacib hesab edirik ki,..”

Xahiş və ya tələbə cavab olan məlumat məktublarının tərtibi zamanı dil uyğunluğuna riayət olunmalıdır: cavab mətnində müəllifin xahiş və ya tələb mətnində istifadə etdiyi ifadələrdən və leksikadan istifadə etmək lazımdır, bir şərtlə ki, onlar dil cəhətdən nəzakətli hesab olunsun.




Dəvət məktubu

Dəvət məktubu keçirilən hər hansı tədbir haqqında informasiyadan ibarət və adresata bu tədbirdə iştirak etməsi üçün dəvəti özündə ehtiva edən işgüzar məktubdur.

Dəvətlər məktub blankında tərtib olunduğu kimi müxtəlif bədii tərtibat elementli sərbəst formatda da tərtib oluna bilər.

Dəvət məktublarında bir qayda olaraq adresata şəxsi müraciətdən istifadə edilir: “Hörmətli...!” və “dəvət edirik” açar ifadədən istifadə olunur:

“sizi... ...iştirak etməyə dəvət edirik.”

“...sizi sərgiyə dəvət edirik”

“... sizi ... iştirak etməyə dəvət edirik”

Yuxarı təşkilatlar, hakimiyyət orqanları və idarələrinə, məşhur şəxslərə göndərilən dəvət məktubları təşkilat rəhbəri tərəfindən imzalanmalıdır. Onları poçt və ya kuryer vasitəsilə göndərirlər, elektroəlaqə (xüsusilə də faksimil əlaqə) vasitəsilə göndərmək olmaz.

Poçt və ya faksimil əlaqə vasitəsilə dəvət məktublarının göndərilməsinə yalnız keçirilən tədbirin işçi xarakteri (müşavirələr, kollegiya, komissiya, şura iclası) daşıdığı və ya tədbir təşkilatçılarının buraya daha çox iştirakçı cəlb olunmasında (elmi konfranslar, simpoziumlar, seminarlar və b.) maraqlı olduğu halda yol verilir.

Sonuncu halda dəvət məktubunda konkret şəxsin imzası əvəzinə tədbirin keçirilməsini təmin edən təşkilatın adı yazılır: “Təşkilat komitəsi” və ya “Konfransın təşkilat komitəsi” və s.




Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə