Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə85/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

İşgüzar yazışmaların emalı

İstənilən işgüzar məktub formaları sənədləşmənin idarə edilməsini təmin edən fəaliyyət obyektidir. Sənədlərdə riayət edilən prinsiplər və qaydalar 27 sentyabr 2003-cü il tarixli 935 saylı Fərman ilə təsdiq edilmiş Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat əsasında həyata keçirilir.

Sənədlərlə işin təşkili və ya sənədləşmənin idarə edilməsi daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq, sənədləri göndərmək, sənədlərin icra müddətinə nəzarət etmək, icra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək, sənədləri işlər üzrə formalaşdırmaq və arxivə vermək, sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etməkdən ibarətdir. O cümlədən, buraya sənədlərin ofisdə dövriyyəsinin rasional sxeminin təyin edilməsi və bunun üçün lazım olan texnologiyadan effektiv istifadə də daxildir.


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə