Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə84/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

İşgüzar məktub etiketi

İşgüzar məktubun etiket qaydaları aşağıdakı işgüzar ünsiyyət normalarına əsaslanır:

  • iş tərəfdaşına nəzakət və hörmət göstərmək;

  • müxtəlif xidməti mövqelər tutan işçilər arasında formal subordinasiyanı gözləmək;

  • tərəfdaşı təhqir etmədən, şəxsiyyətinə toxunmadan öz fikrini bildirmək bacarığı;

  • digər fikirlərə qarşı təmkinli olmaq;

  • ağıllı özünütənqid;

  • iş münasibətlərində dürüst olmaq

  • mübahisəni, polemikanı korrekt aparmaq qabiliyyəti.

İşgüzar yazışmanın ən vacib qaydası cavabı ləngitməmək və korrespondenti gözlətməməkdir. Əgər cavab təyin olunmuş müddət çərçivəsində verilə bilmirsə, adresata cavabın ləngiməsi ilə bağlı məlumat verilməli, üzrlü hesab edilməsi bildirilməli və qəti cavabın veriləcəyi zaman göstərilməlidir.

Gərəksiz məktublar yazmaq lazım deyil. Hansı məsələyə aid edildiyindən asılı olmayaraq, məktub son dərəcə informativ, eyni zamanda da lakonik olmalıdır.

Cavab məktubu hazırlayarkən “Adresat” rekvizitinin tərtib edilməsinə diqqət yetirmək lazımdır: məktub daxil olan məktubu imzalayan şəxsə ünvanlanmalıdır.

Əgər göndərilən cavab məktubu gözlənilən və əhəmiyyətlidirsə, tərəfdaşa ünvanlanan növbəti məktubda cavaba görə təşəkkür bildirilməlidir.

Əgər məktubda edilən xahişin yerinə yetirilməsi mümkün deyilsə, rədd cavabının səbəbi aydınlaşdırılmalı və əvəzinə nə isə təklif edilməlidir, bu, digər bir müəssisəyə və yaxud həmin müəssisəyə, ancaq bir qədər sonra ediləcək müraciət ola bilər.

Giriş (müraciət) və nəticə, nəzakət formulundan istifadə etiketə daxildir.

Lakin saxta nəzakət göstərməyə ehtiyac yoxdur. “Lütfən” və ya “Əziyyət olmasa xəbər edin” kimi ifadələr işgüzar məktublarda yersizdir.

Xidməti məktubların mətnində “mən” və “o” əvəzliklərinin yerinə “biz” və “siz” əvəzliklərindən istifadə etmək lazımdır.




Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə