Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə90/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Reklam məktubu

Reklam məktubu əldə edilməsinə həvəsləndirmə formasında əmtəə və xidmətlərin təsvirini birləşdirən ticari məktubdur. Ticari fəaliyyəti həyata keçirən istənilən şirkət istehsal olunmuş məhsul və ya göstərilən xidmətlərin reklamı ilə məşğul olmalıdır. İşgüzar yazışma təcrübəsində məzmununa görə müxtəlif reklam məktublarından istifadə olunur. Onları şərti olaraq iki qrupa ayırmaq olar:

- əmtəə və xidmətlər təklifini verən məktublar;

- şirkət haqqında məlumatı özündə ehtiva edən məktublar.

İşgüzar məktubların göstərilən növlərindən başqa reklamda əmtəə və xidmətlər haqqında ətraflı, bəzən isə bütün təfsilatı ilə göstərilən müxtəlif növ elanlar, bülletenlər (qısa rəsmi məlumatlar) geniş tətbiq olunur. Onlar reklam məktubları deyil, lakin reklam fəaliyyətini dəstəkləyir və bir qayda olaraq şirkət və ya mal haqqında ilkin informasiyanı məhz reklam məktubundan və ya digər üsulla maraqlı tərəfin tələbinə müvafiq şəkildə təqdim olunurlar.

Reklam məktubları aşağıdakı qaydalara riayət edilməklə tərtib olunur:



  1. Müxtəsərlik. Reklam məktubu bir səhifədən artıq olmamalıdır, belə ki, bir səhifədən artıq həcmə malik reklam mətni çox güman ki, axıra qədər oxunmaya­caqdır.

  2. Zərurilik. Reklam məktubunun mətni lakonik, aydın, məlumatverici olmalıdır. Reklam məktubunda şirkət, onun təklif etdiyi əmtəə və xidmətlər haqqında ətraflı məlumat verilməsinə ehtiyac yoxdur. Şirkəti, onun mallarını digər istehsalçılardan fərqləndirən cəhətləri göstərən yalnız ən əhəmiyyətli məlumatları göstərmək lazımdır.

  3. Dəqiqlik. Reklam məktubunda şirkətin xidmətlərini, onun nailiyyətlərini və üstünlüklərini həddən artıq tərifləmək lazım deyil, belə ki, istənilən məlumatı hər zaman yoxlamaq heç də çətin məsələ deyil.


  4. Yüklə 390,98 Kb.

    Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə