29
Правка– Sənədin redaktəsi yerinə yetirilir. Burada yerinə yetirilmiş sonuncu əmrin ləğvi,
bərpası, bloka alınmış sənəd hissəsinin ləğvi, surətinin alınması, bütün sənədin seçilməsi, sənəd
elementinin tapılması, əvəz edilməsi, elementə keçid əmrləri verilir.
Вид- Sənəd və pəncərənin görünüşü ilə əlaqədar parametrlərin verilməsi.
Вставка-Sənədə yeni elementlərin, səhifə nömrələrini, simvolların, qeydlərin, haşiyələrin,
müraciətlərin, sənəd hissələrinin, şəkillərin, dioqramların, sxemlərin əlavəsi mümkündür.
Формат- Sənəd və onun elementlərinin formatlaşdırılması ilə əlaqədar əmrlər verilir.
Сервис- Sənəd düzəlişləri, mühafizə, parametrlərin təyini və s. ilə əlaqədar servis xidməti əmrləri
verilir.
Таблица- Cədvəl və onun elementləri olan xana, sətir, sütun ilə işin təşkili.
Окно- Sənəd pəncərələri vəonlarla işin təşkili.
Справка- Kömək üçün sorğulara cavabların alınmasını təmin edir.
Mətn redaktorunun menyularıı və menyuların əmrləri.
Word mət redaktorunun menyuları və o menyuların əmrləri aşağıdakılardır:
I.
Файл (Fail) menyusu- Bu menyunun əmrləri vasitəsilə yeni faylın yaradılması, mövcud faylın
açılması, faylın bağlanması, faylın yadda saxlanması, səhifə parametrlərinin təyini, sənədin çapı, sənədin
marşrut üzrə göndərilməsi, sənədin xarakterik xüsusiyyətlərinin verilməsi və s. həyata keçirmək olar.
Menyunun əmrləri aşağıdakılardır:
Создать- Yeni Word faylının yaradılması. Bu əmr verildikdən sonra işçi pəncərənin sağında
açılan tapşırıqlar pəncərəsindən sənədin adi sənəd, XML sənədi, Web sənədi, elektron poçt la
göndəriləcək məlumat olması və s. müəyyən edilir;
Открыть- Artıq redaktorda mövcud olan sənədin açılmasını təmin edir;
Закрыть- Yeni yaradılmış və ya artıq mövcud olub, açılmış sənədin bağlanması;
Сохранить-Yeni yaradılmış və ya açılaraq düzəlişlər edilmiş sənədin yadda saxlanılması;
Сохранить как- sənədin yadda saxlanılmasının necə həyata keçirilməsini müəyyən edir;
Сохранить как веб- страницу- Word mətn redaktorunda yaradılan sənəd Web səhifə kimi
xüsusi qaydada yadda saxlanılır;
Поиск файла- Faylın axtarılışının təmin olunması;
Разрешения-Yaradılmış Word sənədinə daxil olma və ondan istifadəyə məhdudiyyətlərin
qoyulub
qoyulmamasını müəyyən edir;
Версии- Word sənədinin digər versiyalarının yaradılaraq saxlanılmasını təmin edir;
Предварительный просмотр веб страницы- Web səhifə kimi yaradılmış sənədə qabaqcadan
(adətən çapdan və yaddaşa yazılmadan əvvəl) baxışın təşkili;
Параметры страницы- səhifənin parametrlərinin müəyyən edilməsi. Burada yeni açılan
pəncərədə üç əsas bəndin rejimləri müəyyən edilir, Bunlardan
I.
Размер бумаги- Burada kağızın standarta uyğun ölçüləri, eni, hündürlüyü, kağızın çap
qurğusuna verilməsi qaydası və müəyyən edilmiş bu parametrlərin bütün sənədə və ya kursor durduğu
mövqedən sona qədəraid olunduğu müəyyənləşdirilir
II.
Поля- Burada səhifənin yuxarı, sol. aşağı, sağ kənarlarından mətnə qədər olan məsafə, səhifə
kənarının tikilməsi və tikiş məsafəsi müəyyən edilir. Eləcə də səhifənin kitab və ya albom səhifəsi
yönümlü olması, bu səhifələrin adi. güzgü sahəli. Bir vərəqdə iki səhifə və braşura şəklində verilməsi
müəyyən edilir. Bütün müəyyən edilmiş yeni parametrlərin sənədə tam və ya kursorun durduğu
mövqedən sonə qədər aid edilməsi də verilir;
III.
Источник бумаги- Burada mətn bölməsinin başlayacağı səhifəni (növbəti səhifə, cüt səhifə,
tək səhifə və s.), səhifə kolontitullarının ( mətnə aid olmayan səhifə məlumatlarının, adətən səhifə
başlığında və ya sonunda ) verilməsini, bu kolntitullara qədər səhifə kənarından olan məsafə, sənəd
səhifəsində yazının şaquli yerləşmə qaydası, sətirlərin nömrələnməsi, sətirlər və ya abzasların cərcivələrə
alınmasına uyğun parametrlərin müəyyən edilməsi həyata keçirir.
Предварительный просмотр- Hazırlanmış sənədə qabaqcadan baxışın həyata keçirilməsi;
Печать-Hazırlanmış sənədin çapa verilməsi. Burada printerin hazırlığı, sənədin çap olunacaq
hissəsinin təyini, sənəd surətlərinin sayı, rəngdən və printerin texniki imkanlarına uyğun parametrlərin
müəyyən edilməsi həyata keçirilir.
Отправить- Hazırlanmış sənədin məlumat kimi elektron poçtla, marşrut üzrə, faksla və digər
vasitələrlə ötürülməsini təmin edir;
30
Свойство-Burada yaradılmış faylın xarakterik xüsusiyyətləri: fayl sənəd haqqında ümumi
məlumatlar (sənədin adı. yaradılma, dəyişdirilmə, açılma tarixləri, baytlarla ölçüsü); sənədi tərtib edən
şəxs. Ooonun aid oldüğü qrup, təşkilat və s. haqqında məlumatlar; sənəd haqqında statistik məlumatlar
(sənəddəki səhifələrin, sətirlərin, abzasların, söz və simvolların sayı) və digər ümumi təyinatlı məlumatlar
verilir və lazım gəldikdə təyin edilir;
Son dəfə açılmış və istifadə edilmiş faylların siyahısı;
Вычод- Üzərində işlənilən Word sənədiniə uyğun faylın bağlanması
II.
Правка (Edit) menyusu:
Отменить – Sonuncu yerinə yetirilmiş əməliyyatın
ləğv edilməsi;
Повторить- Sonuncu ləğv edilmiş əməliyyatın bərpası;
Вырезать- Bloka alınmış (qeyd edilmiş) sənəd hissəsinin ekrandan kəsilib (silinib) götürülməsi
(kəsilib götürülmüş hissə redaktorun müvəqqəti yaddaşı olan buferə yerləşdirilir);
Копировать- Buferə bloka alınmış sənəd hissəsinin surətinin yerləşdirilməsi;
Буфер обмена Office- Office buferi
məzmunun əlavəsi;
Вставить- Bufer məzmununun sənədin kursor durduğu mövqeyinə əlavəsi;
Специальная вставка- Bufer məzmununun sənədə xüsusi obyekt şəklində əlavəsi;
Вставить как гиперссылку – bufer məzmununun sənədə hipermüraciət kimi əlavəsi. Bu halda
məzmunun özü deyil adətən onun hirper müraciət göstəricisi sənəd yazısından fərqli yazı ilə sənədə əlavə
edilir. Mousun göstəricisini həmin işarə üzərinə qoyaraq basdıqda uyğun məlumat ekrana verilir;
Очистить- Bloka alınmış sənəd hissəsinin formatının (Формат seçilibsə) və ya məzmununun
(Содержимое seçilibsə) silinməsi. Əgər format silinirsə, onda məzmun adi qaydaya buyğun olaraq
saxlanılır; əgər məzmun silinərsə onda həmin sahənin müəyyən edilmiş formatı saxlanılır və sonrakı
daxiletmədə aktivləşir;
Выделить все- Bütün sənədin bloka alınması (seçilməsi);
Найти- Sənəd elementi olan hərf, söz. Söz birləşməsi, cümlə vəsairin axtarılıb tapılması. Burada
əlavə parametrləri də vermək mümkündür: bunlara registrlər, söz birləşmələrini formaları, format və sair
daxildir;
Заменить- Lazım gəldikdə sənəd elementinin (simvolun, sözün, sözbirləşməsinin və s.) axtarılıb
tapılaraq digəri ilə əvəz edilməsinin tmin olunması;
Перейти- sənəddə uyğun göstəriciyə (səhifə, cədvəl, şəkil, haşiyə və qeydlərin nömrələrinə,
əlfəcinə) görə avtomatik keçidin təşkili. Bu keçiddə istifadə edilən nömrələr redaktorun “Вставка”
menyusunun səhifələr üçün “Номера страниц”, digərləri üçün isə “Ссылка” əmrinin köməyi ilə
verilməlidir. Əks halda istifadəçinin verdiyi nömrələr üzrə keçid düzgün yerinə yetirilmir;
Связи- sənəd elementlərini və sənədin digər element və sənədlərlə əlaqələrini (rabitəni) verir;
Объект- sənədə əlavə edilmiş obyektlərin düzəlişini təmin edir.
III.
Вид (View) menyusu: Sənədin və sənəd yerləşən işçi pəncərənin müxtəlif görünüşlərinin
verilməsini və buna uyğun parametrlərin təyininni həyata keçirir. Menyunun əmrləri aşağıdakılardır.
Обычный- sənədin adi görünüşünü verir;
Веб-документ- sənədin Web-sənəd gprünüşünü verir;
Разметка страницы-Sənəd səhifəsinin nişanlanmış, daha doğrusu kənarlarda ölçü xətkeşləri
verilən görünüşünü ekrana gətirir;
Режим чтения- hazırlanmış sənədin oxunma rejimini verir. Belə ki. bu rejimdə istənilən sənəd
səhifəsinə keçid, söz və yz söz birləşmələrinin tərcüməsi və digər oxuma ilə əlaqədar rejimlərdən istifadə
edilməsi asanlaşır;
Структура- Hazırlanmış sənədin strukturunu verir. Belə ki, sənədi mətn hissələrinin yerləşmə və
tabelik səviyyələrinə görə stukturlaşdırır. Baş sənəd, bu sənədin tərkib hissələri, tərkib hissələrin
blokirovkası və sairi təyin etmə imkanını yaradır;
Область задачи- ekranın sağ tərəfində mətnlə əlaqədar müxtəlif tapşırıqların müəyyən edilməsi
və yerinə yetirilməsini təmin edən xüsusi oblast verilir;
Панель инструментов- redaktorun alətlər panelləri. onların ekrana gətirilməsi və ya ekrandan
silinməsini təmin edir;
Линейка- Sənədin sol və yuxarı hissəsində xətkeşlərin verilməsi və ya göterelməsini təmin edir;
Схема документа-Ekranda aktiv
olan sənədin sxemaini verir;
Эскизы- Ekranda aktiv olan sənədin özü ilə yanaşı eskizləri də verilir;