Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Kiçik qrupların fenomenologiyası və strukturu



Yüklə 181,46 Kb.
səhifə35/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   31   32   33   34   35   36   37   38   ...   52
Mühazirə Psixologiya

Kiçik qrupların fenomenologiyası və strukturu. Psixologiyada fenomenologiya anlayışı altında hər hansı bir konkret obyekt üçün xarakterik olan əsas hadisələr barədə təsəvvür və izahatlar nəzərdə tutulur. Bu baxımdan kiçik qrupların da özünəməxsus fenomenologiyası vardır. İndi kiçik qruplar üçün xarakterik olan fenomenləri və əsas elmi anlayışları qısaca olaraq nəzərdən keçirək.
Sosial-psixoloji tədqiqatlardan məlum olduğu kimi, eyni bir qrup üzvü onlar üçün xarakterik olan münasibətlər sistemində eyni vəziyyətdə olmurlar. R.S.Nemovun qeyd etdiyi kimi, kiçik qrupların üzvləri qrupdaxili münasibətlər strukturunda özlərinin mövqeləri, statusları, daxili yönəlişlikləri, rollarına malik olurlar. Ona görə də R.S.Nemov hər bir adamın qrupdaxili münasibətlər strukturundakı yerini müəyyənləşdirmək üçün həmin anlayışlardan istifadə edildiyini qeyd edir. Bütün bunlarla yanaşı olaraq kiçik qrupların fenomenologiyasında aşağıdakı anlayışlar da özünəməxsus yer tutur: kiçik qrupların həcmi, strukturu, psixoloji uyuşma, qrup təzyiqi, norma və funksiyalar, qrupun qütbləşməsi, rəhbərlik və liderlik və s.
Qrup üzvlərinin mövqeləri anlayışı altında insanın hər hansı bir münasibətlər sistemində tutduğu yer başa düşülür. Həmin mövqe insanın qrupun digər üzvləri ilə əlaqəsi ilə müəyyənləşdirilir. İnsanın qrupun digər üzvlərinin hərəkət və davranışına potensial təsiri həmin adamın qrupdakı mövqeyindən asılıdır. Mövqeyin hansı səviyyədə olması bu təsirin səviyyəsini müəyyənləşdirmək imkanı verir. Qrup üzvlərinin statusuna gəldikdə o, qrup üzvlərinin mövqelərindən fərqli anlayışdır. Qrup üzvünün statusundan danışarkən onun qrupdaxili münasibətlər sistemində qrupun digər üzvlərinə nisbətən əldə etdiyi həqiqi nüfuz dairəsi nəzərdə tutulur. Məsələn, hər hansı qrupun üzvlərindən biri qrupda yüksək rəsmi bir vəzifəni tuta bilər. Bu onun qrupdakı mövqeyini nəzərə çarpdırır. Qrup üzvünün yüksək statusundan danışarkən isə onun qrup üzvləri tərəfindən qəbul olunması və yüksək nüfuza, ona qayğı, inamın yaranması və qrup üzvlərinə əsaslı psixoloji təsir göstərmək bacarığına malik olması nəzərdə tutulur. Şübhəsiz qrupda yüksək statusa malik olan şəxsiyyətlərin olması qrup fəaliyyətinin səmərəliliyi üçün ən vacib şərtlərdən biridir. Fərdin kiçik qrupdakı vəziyyətini səciyyələndirən anlayışlardan biri də daxili yönəlişlik anlayışıdır. Bu fərdin öz statusunu şəxsən, subyektiv şəkildə qavramasından ibarətdir. Burada fərdin öz real vəziyyətini, nüfuzunu və qrupun digər üzvlərinə təsir dərəcəsini necə qiymətləndirməsi nəzərdə tutulur. Fərdin qrupdakı vəziyyətini səciyyələndirməkdə rol anlayışı da xüsusi yer tutur. Sosial psixologiyada rol qrupda müvafiq mövqe tutan insanın müəyyən normalarla bağlı, kollektiv şəkildə bəyənilmiş, icrası gözlənilən davranış tərzi kimi nəzərdə tutulur. Rol rəsmi vəzifə kimi müəyyənləşdirilə, yaxud qrup üzvləri tərəfindən seçilə bilər. Müəyyən qrupda müvafiq rola girən insan tədricən həmin rola alışır və qrup üzvləri ondan həmin rola uyğun davravnış tərzini gözləməyə başlayırlar.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə