Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə52/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   44   45   46   47   48   49   50   51   52
Mühazirə Psixologiya

Məzmunu Formal tərəfi
Avtoritar üslub
Orupda işiər əvvəldən planlaşdırılır. Işgüzar qısa göstərişiər.
Ancaq gündəlik məqsədlər, vəzifələr Qadağanlar guzəştsiz və hədələrlə.
müəvyən olunur. Dəqiq dili, xoşa gəlməyən ton.
Uzaq məqsədlər məlum deyil. Tərif və tənqid subyekivdir.
Rəhbərin fikri həlledicidir. Emosıyalar hesaba alınmır
Usulların nümayişi sıstem deyil.
Liderin mövqeyi qrupdan kənardadır.
Demokratik üslub
Tədbirlər əvvəldən planlaşdırılmır, Təlimatlar təkliflər formasında.
qupda planlaşdırılır. Quru çıxış yox yoldaşlıq tonu.
Təkliflərin reailaşmasında hamı mə- Tərif və tənqid məsləhətlə
suliyyət daşıyır. Göstəriş və qadağan diskussiyalarda.
İşin bütün bölmələri təkcə təklif olun- Liderin mövqeyi qrup daxilindədir.
mur, həm də müzakirə olunurlar.


Liberal üslub
Qrupda işlər öz-özünə gedir. Konvensial ton (şərti)
Lider göstəriş vermir. Heç bir əməkdaşlıq.
İşin bölmələri ayrı-ayrı maraqlardan Liderin mövqeyi qrupdan
yaranır və ya yeni liderin iştirakı ilə kənardadır.
müəyyən olunur.


Üslubların öyrənilməsində fəaliyyətin məzmunu, üsulu (metodları) əsasında və fəaliyyətin xarakterinə görə aşağıdakı üslublar təklif olunur:

Fəaliyyətin məzmununa görə Lider həvəsləndirən
Lider – icraçı
Üsluba (metodlara) görə Avtoritar lider
Demokratik lider
Fəaliyyətinin xarakterinə görə Üniversal lider
Situativ lider
Bu parametriərin mümkün olan bütün kombinasiyaları əsasında, səkkiz liderlik tipi müəyyən olunur:
həvəsləndirən (proqramist) - avtoritar, üniversal
proqramist - avtoritar, situativ
proqramist - demokratik, universal
proqramist - demokratik, situativ
təşkilatçı (icraçı) - avtoritar, üniversal
təşkilatçı - avtoritar, situativ
təşkilatçı - demokratik, situativ
təşkilatçı - demokratik, universal
Qrupda ümumi liderlik aşağıdakı komponentləri özündə əks etdirir:
1."Emosional lider" (qrupun ürəyi) - qrup üzvləri hamısı çətin vəziyyətlərdə öz problemlərini onunla bölüşürlər, ondan mənəvi dayaq gözləyirlər;
2."İşgüzar lider" (qrupun əli) - onunla işlər yaxşı gedir, o işləri yaxşı təşkil edə bilir, lazım olan işgüzar münasibətlər qurur, işin uğurunu təmin edir;
3."İnformasiyalı lider" (qrupun beyini) - hamı problemləri və sualları ilə ona müraciət edirlər, o hər şeydən məlumatlıdır, lazım olan informasiyanı verir və izah edir.
Ən yaxşı halda hər üç komponenti özündə birləşdirən, ancaq daha çox iki komponenti birləşdirən liderlər olur: emosional - işgüzar; informasiyalı - işgüzar.
Bunlardan başqa aşağiıdakı liderlərin tiplərini də qeyd etmək olar:
1."Cazibədar - nüfuzlu". Cazibədar liderə işçilərin rəğbəti, simpatiyası, hətta sevgisi olur, hərəkətləri, davramşı, mimikası, damşığmda təbii, cazibədardır, ətrafdakı insanlara müsbət emo-sional təsiri olur, onlarda müsbət hisslər oyadır və təlqin edir. Nüfuzlu lider öz biliyinə, bacarığına, soyuqqanhğma, təmkinliyinə arxalanır. Problemin həllində analitik, yaradıcı yanaşması ilə fərqlənir.
2."Lider - nəzarətçi, manipulyator". Bu liderin güclü təxəyyülü və qəlbi var. Yaradıcı təxəyyülü, işçilərin potensialından səmə-rəli, dolğun istifadə etməyə imkan verir, səmərəli təkliflər irəli sürür, qrupda yüksək əhval-ruhiyyə yaradır, işçilərə diqqət və qayğı göstərir, işçilərin problemləri ilə yaxmdan məşğul olur. Bu lider, daha çox sistem daxili işlərlə məşğul olur.
Liderlik və lider anlayışlarının daşıdığı məzmunu, yükü müəyyənləşdirmək lazımdır.
Lider - hər hansı məqsədə nail olmaq üçün insanlarm səylərini birləşdirə bilən konkret şəxsdir.
Liderlik - isə qrup-dinamik prosesdir, insanların qarşılıqlı münasibətlərində baş verir və formalaşır.
Şəxsiyyətin nə dərəcədə lider olması, insanlar tərəfindən onun üstün keyfiyyətlərə malik olan nüfuzlu şəxs kimi qəbuledilməsi ilə ölçülür. Daha yüksək intellektə və ya idarəetmə təcrübəsinə, ünsiyyət mədəniyyətinə və digər insanlarla qarşıhqlı münasibətlərdə onu nüfuzlu şəxs kimi səciyyələndirən keyfiyyətlərin olması şəxsiyyətin qrup tərəfindən lider kimi qəbul olunmamasına əsas ola bilər. Adətən üstünlüyə meylli olan və ona can atan, şəxsiyyətlərarası münasibətlərdə təşəbbüsü və üstünlüyü öz əlinə alan, münasibətlərin və ünsiyyətin gedişinə nəzarət və təsir edən, onlara istiqamət verən insanların lider olmaq imkanları yüksək olur.
Liderin meydana gəlməsinə təsir edən mühüm amillərdən, həmçinin fərdin peşəkarhğını və onun peşə statusunu göstərmək olar. Məsələn, nıühəndislər bu peşədən olan başqa mühəndisi, lider kimi görməyə daha çox meylli olurlar, nəinki başqa peşədən olan şəxsi. Eyni peşədə eyni düşüncə tərzi, eyni peşə dilində danışmaq, bu peşədə çalışan insanların problemlərini yaxından bilmək, onların keçirdiyi hissləri yaşamaq, onları başa düşmək və duymaq, bu peşədə çalışan adamlara rəğbət və s. şəxsiyyətin insanlar tərəflndən lider kimİ qəbul edilməsinə təsir edən mühüm amillərdəndir.
Təşkilatda formal liderin təsiri daha çox onun təşkilatda tutduğu sosial mövqeyi və vəzifəsi ilə müəyyən oiunursa, qeyri-formal liderin təsiri isə onun şəxsiyyətindən və hamı tərəfindən onun şəxsiyyətinin necə qiymətləndirilməsindən asılı olur.
Liderin insanları öz arxasınca aparması üçün birgə fəaliyyət və dərk olunan ümumi məqsədlə yanaşı, yuxanda qeyd olunan (lg amilin və liderdə müvafiq keyfıyyətlərin olması vacibdir. Uğurlu lider, məhz bu komponentlərdən səmərəli istifadə etməyi bacaran insanlar olur. Lider yaranmış vəziyyəti düzgün qiymətləndirmək təşkilatın məqsədlərini, strateji vəzifələrini və bunlara nail olmağın səmərəli yollarını seçməyi bacarır. Lider təşkilati vəzifələriıı həllində hər bir qrup üzvünün bu işdə iştirakının, rolunun və məsuliyyətinin düzgün dəyərləndirilməsinə nail olur.
Liderin mühüm vəzifələrindən biri də, işçilərin məlısuldar fəaliyyətə həvəsləndirilməsindən ibarətdİr. Bunun üçün o, maddi və mənəvi həvəsləndirmə metodlarmdan, o cümlədən, inzibati, iqtisadı, sosial və psixoloji təsir vəsitələrindən istifadə edir, şəxsiyyətlərarası ünsiyyətdə, qeyri-formal münasibətlərdə insanları, işçiləri inandırmaq, maarifləndirmək, təlqin etmək və şəxsi nümunə göstərmək və s. bu kimi mənəvi-psixoloji təsir vasitələrindən istifadə etməklə onların səmərəli və məhsuldar fəaliyyətinə nail olur. Təşkilati vəzifələrin həyata keçirilməsi üçün işçilərin müvafiq peşəkarlığı, bacarıq və vərdişləri ilə yanaşı, onlann öz funksiyalarını yerinə yetirmələri üçün müvafiq mənəvi-psixoloji hazırhğı, mənəvi gücü və enerjisi, müsbət motivasiyası olmalıdır. Qarşıda duran vəzifələrin həllində ozünü güclü və qabiliyyətli görən liderdə olan optimizm, bütün kollektivin üzvlərinə sirayət edir, onlarda məhsuldar işləmək həvəsi və enerjisı yaradır.
Beləliklə, təşkilatlarda liderlik hadisəsini aşağıdakı formul ilə təsvir etmək olar:
Liderlik = vəziyyəti və problemi görmək, qiymətləndirmək + həvəsləndirmə bacarığı + quvvə (enerji, potensial imkanlar: peşəkarlıq, bilik, bacarıq, vərdişlər imkanlar).
Uğurlu menecerlər, idarəetmə vəziyyətinin və qarşıda duran problemlərin ümumi mənzərəsini düzgün qiymətləndirməyi, bu vəzifələrin həllinə nail olmaq üçün, Öz şəxsi nüfuzundan islifadə edərək onlara mənəvi-psixoloji təsir etmək, işçilər arasında münasibətləri tənzimləmək və onları məhsuldar əməyə həvəsləndirmək bacarığı ilə fərqlənirlər.
Elmi ədəbiyyatda liderlik nəzəriyyələrini iki əsas qrupa bölmək olar:
1) liderliyə universal yanaşma; 2) liderliyə situasiya yaşması.
1 -ci qrupa tarixi şəxsiyyətlər haqqında təlimlər, şəxsiyyət nəzəriyyələri, əlamətlər nəzəriyyəsi, fiziki keyfiyyətlər nəzəriyyəsi, psixoloji nəzəriyyələr, harizma nəzəriyyələri, transaksion liderlər nəzəriyyələri daxildir .
2-ci qrupa, daha çox müasir dövrdə yaranmış və müxtəlif situasiyalarda formalaşan və təzahür edən liderlik nəzəriyyələrini göstərmək olar.
Bu nəzəriyyələr də psixoloji və sosioloji mahiyyət daşıyırlar.
Psixoloji nəzəriyyələrdə şəxsiyyətin gözlənilməyən, özünəməxsus davranışına, iş üslubuna, təşkilat daxili mikromühitin təsiri öyrənilir.
Sosioloji nəzəriyyələrdə isə, liderin təşkilati strukturda yeri və funksiyası, davranışma makro və xarici faktorların, sosial şəratin təsiri diqqət mərkəzində olur.
Fiziki keyfiyyətlər nəzəriyyəsinə görə, liderlər yüksək fiziki keyfıyyətlərə: uca boya, cəlbedici, cazibədar görkəmə malik olan, fiziki cəhətdən güclü insanlar olurlar.
Müşahidələr və tarixi faktlar bu nəzəri baxışlarm yanlış olduğunu göstərdi və bu nəzəriyyə özünü doğrultmadı, belə ki, tarixdə görkəmli şəxsiyyətlər, sərkədələr, dövlət başçıları çox hallarda uca boylu olmayan, fiziki cəhətdən o qədər də fərqlənməyən insanlar olmuşlar. İnsanlarm şəxsiyyəti lider kimi qəbul etməsi üçün, ilk növbədə, onun şəxsiyyə-tinin zənginliyi, bütövlüyü, mənəvi əxlaqi yetkinliyi, intellekti, iradəsi, öz peşəsində və işində qazandığı uğurlar, peşəkatrlığı xüsusi rol oynayır.
Ziyalılıq konsepsiyasına görə lider verbal, kommunikativ qabiliyyətləri və qiymətləndirmə bacarığı ilə fərqlənir. Bu keyfiyyətlər onun özünü lider kimi təsdiq etməsinə imkan verir. Liderdə bu keyfiyyətləri aşkar etməklə, onun idarəetmə fəaliyyətini proqnozlaşdırmaq mümkün olur.
Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə