Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə50/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   44   45   46   47   48   49   50   51   52
Mühazirə Psixologiya

Mövzu 8
Rəhbərlik və liderlik
Plan:
1.Optimal idarəetmənin əsas prinsipləri
2.Rəhbərlik və liderlik problemi
3.Liderllərin tipologiyası.


Ədəbiyyat
1.Bayramov Ə.C.,Əlizadə Ə.Ə.Psixologiya,Bakı 2002.
2.Bayramov Ə.C.Etnik psixologiya məsələləri.Bakı,1996.
3.ŞəfiyevaE.İ.Həmzəyev M.Ə.Psixofiziologiya.Bakı,1998.
4.Haqverdiyev Bayram. İdarəetmə psixologiyası. Bakı, 2008.
1.Optimal idarəetmənin əsas prinsipləri. Sosial sistemin əsas tərkib hissəsi olan idarəetmə prosesi iki əsas yarımsistemdən ibarətdir: idarəedənlər və idarəolunanlar.
Hər iki yarımsistemdə insan fəaliyyət göstərdiyi üçün onların arasında olan qarşılıqlı münasibətlərin öyrənilməsi idarəetmə psixologiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Qrupa daxil olan adamlar qrup fəaliyyətinin məzmununa və bir-birlərinə münasibətdə eyni mövqedə dayana bilməzlər. Həcmindən və xarakterindən asılı olmayaraq qrupdaxili münasibətlər paritet (latınca - paritas və ya paritatis bərabərlik deməkdir) xarakter daşımır, başqa sözlə, qrupda şəxsiyyətlərarası münasibətlər qrup üzvlərinin sosial-psixoloji statusunu əks etdirir. Sosial psixologiyada bu cəhət «rəhbər işçi», «lider» və s. kimi anlayışlarla ifadə olunur.
Hər bir qrupun öz başçısı olur. Psixologiyada kollektivin idarə edilməsi prosesində iki cəhəti - rəhbərlik və liderliyi fərqləndirirlər.
Rəhbərlik - nisbətən yüksək səviyyəli təşkilatlar tərəfindən rəsmi surətdə təsdiq edilmiş əsasnamə çərçivəsində rəsmi səlahiyyətin tətbiqi yolu ilə kollektivin idarə olunması prosesidir. Liderlik dedikdə, işçilərdən birinin şəxsi nüfuzunun kollektivin bir çox və ya bütün üzvlərinin davranışına təsiri nəzərdə tutulur.
Lider rolunda başqalarına təsir göstərməyi, onları fəaliyyətə təhrik etməyi bacaran işçilər çıxış edə bilirlər. Lider özünün işgüzar və şəxsi keyfıyyətləri, ünsiyyətə girmək, adamlarla rabitə yaratmaq qabiliyyəti ilə fərqlənir. O, məhz bu xüsusiyyətlər hesabına insanların psixologiyasına təsir göstərə bilir. Bir sıra hallarda lider rolunda müəyyən adamlar qrupu da çıxış edirlər. Sosial psixologiyada belə qrupa kollektiv subyekt deyilir.
Müasir sosial psixologiyada liderlik anlayışının 50-dən çox tərifi mövcuddur. ABŞ sosial psixologiyasında xüsusilə bir-birinə uyğun gəlməyən və məhdud «mini nəzəriyyələri» əks etdirən müxtəlif tərifiərə təsadüf olunur.
Keçmiş sovet psixologiyasında liderlik qrupun, qrup fəaliyyətinin inteqrasiyasının mexanizmi kimi təhlil olunur. O, sosial-psixoloji fenomen kimi müxtəlif obyektiv və subyektiv amillərin təsiri nəticəsində meydana çıxır. Bu baxımdan liderlik aşağıdakı kəmiyyətlərlə bilavasitə bağlıdır:
1. «Makromühit» - sosial-iqtisadi quruluş, siyasət, mədəniyyət, ideologiya.
2. «Mikromühit» - kiçik qrupun sosial, sosial-psixoloji, psixoloji hadisələri (tipik və qeyri-tipik sosial şərait, qrup fəaliyyətinin məzmunu, məqsədi, vəzifələri, sosial-psixoloji iqlim və s.).
3. Liderin və qrupun digər üzvlərinin (tabe işçilərin) şəxsiyyətinin fərdi-psixoloji xassələri (intellekt, emosional-iradi sahəsinin xüsusiyyətləri, təşkilatçılıq qabiliyyətləri, kommunikativ keyfiyyətlər və s.).
Psixoloji ədəbiyyatın təhlili əsasında liderliyin üç funksiyası müəyyən edilmişdir:
a) liderin təşkilatçılıq funksiyası (TF);
b) informasiya funksiyası (İF);
v) sosiallaşma funksiyası (SF).
Təşkilatçılıq funksiyası onda ifadə olunur ki, lider qrupun məqsədini müəyyən edir, qərar qəbulunu, aktual situativ və perspektiv məqsədlərin yerinə yetirilməsi yolları, üsul və vasitələrinin planlaşdırılmasını təşkil edir, rol və vəzifə bölgüsü aparır, qrup üzvlərini konkret işlərə təhrik edir, onların birgə fəaliyyət səylərini əlaqələndirir və s.
Qrup fəaliyyətinin səmərəli olması naminə, bir tərəfdən, zəruri informasiyanın toplanması, işlənməsi və hifz edilməsi, digər tərəfdən, onların qrup üzvlərinə vaxnında verilməsi informasiya funksiyasının əsas cəhətini təşkil edir.
Sosializasiya funksiyası isə liderin müəyyən keyfiyyətləri formalaşdırmaq və tərbiyə etmək məqsədilə qrup üzvlərinə göstərdiyi təsirləri əks etdirir. Liderin istifadə etdiyi pozitiv və neqativ sanksiyalar da SF-yə daxildir.
Liderlik funksiyasının həyata keçirilməsi dinamikası istər liderin özünün, istərsə də qrupun sosial-psixoloji xarakteristikaları ilə bilavasitə bağlıdır. Qrupun öz məqsədlərini müvəffəqiyyətlə həyata keçirməsi və ya müvəffəqiyyətsizliyə uğraması, qrupda həmrəylik səviyyəsi və ya konflikt şəraitinin yaranması — bunlann hamısı özünəməxsus formalarda liderlik funksiyalarının həyata keçirilməsi dinamikasında əks olunur.
Psixoloqların tədqiqatları göstərir ki, rəhbərlik və liderlik müxtəlif sosial-psixoloji fenomenlərdir. Onların eyniləşdirilməsi elmi cəhətdən səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə