Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Psixologiya elminin əsas sahələri



Yüklə 181,46 Kb.
səhifə2/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   2   3   4   5   6   7   8   9   ...   52
Mühazirə Psixologiya

Psixologiya elminin əsas sahələri. Psixologiya çoxsahəli bir elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Məhz buna görə də «psixologiya elmi» deyil, «psixologiya elmləri» termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq. Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün müxtəlif prinsiplərdən istifadə olunur. Hər şeydən əvvəl psixoloji fənləri fundamental və tətbiqi, ümumi və xüsusi olmaqla təsnif etmək mümkündür.
Psixologiya elminin fundamental və ya baza sahələri psixologiyanı və insanların davranışını kimliyindən və hansı fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq hamının başa düşəcəyi şəkildə şərh etməyə yönəldilmiş sahələrdir. Psixologiyanın bu sahələri psixologiya və insan davranışı ilə maraqlanan adamların hamısı üçün eyni zəruri məlumatları çatdırır. Bu cür universallığından asılı olaraq psixologiyanın həmin sahəsi «ümumi psixologiya» adı altında işlədilir.
Psixologiyanın tətbiqi sahələrinə gəldikdə buraya onun bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər. Psixologiyanın ümumi sahələri istisnasız olaraq bütün elmi istiqamətlər üçün eyni dərəcədə əhəmiyyətli inkişaf problemlərini qarşısına qoyur və həll edir. Psixologiyanın xüsusi sahələrinə gəldikdə o, öz qarşısına hər hansı bir və ya bir neçə qrup hadisələri öyrənmək məqsədini qoyur.
Müasir psixoloji fənləri təsnif etmək üçün mövcud ədəbiyyatda aşağıdakı üç prinsipdən də istifadə olunur: 1. Konkret fəaliyyət sahələrinə görə; 2. İnkişafın psixoloji aspektlərinə görə; 3. İnsanın cəmiyyətə münasibətinə görə. Həmin sahələrin hamısını əhatə etmək mümkün olmadığına görə burada onlardan bilavasitə təhsillə bağlı olanların bəzilərini qısaca nəzərdən keçirək.
Psixologiya elminin ən fundamental sahəsini ümumi psixologiya təşkil edir. Ümumi psixologiya fundamental psixoloji bilikləri özündə cəmləşdirir. Ümumi psixologiyanın maraqlandığı və həll etməli olduğu qlobal məsələlər, cavab verməli olduğu suallar aşağıdakılardan ibarətdir: Psixika nədir? Onun strukturu və funksiyaları nədən ibarətdir? Psixika filogenezdə və ontogenezdə hansı qanunauyğunluqlara malikdir? Psixikanın hansı inkişaf səviyyələri vardır və onları hansı kriteriyalara əsasən müəyyənləşdirmək olar? Psixika və beyin arasında hansı əlaqə vardır? Psixi inkişafda anadangəlmə və həyatda qazanılan bioloji və sosial amillərin rolu nədən ibarətdir? Psixikanın normal və anomal inkişafını fərqləndirən kriteriyalar hansılardır? Bütövlükdə psixikaya aid problemləri öyrənməklə yanaşı ümumi psixologiya psixi proseslər, psixi hallar və xassələrlə bağlı konkret məsələlərin öyrənilməsi ilə də məşgul olur. Psixologiyanın maraqlandığı əsas obyekt insan olduğuna görə ümumi psixologiya birinci növbədə onun (insanın) şəxsiyyəti, fəaliyyəti, ünsiyyəti idrak prosesləri ilə, münasibətlər sistemi (hissləri) və iradi fəaliyyəti, iradi tənzimi ilə baglı məsələlərin araşdırılmasına diqqət yetirir, onları həm nəzəri, nəm də eksperimental planda öyrənir. Deyilənlərdən aydın olur ki, ümumi psixologiya psixi hadisələr haqqında hamı üçün eyni dərəcədə maraq doguran ümumiləşmiş bilikləri özündə əks etdirir. Həmin biliklərlə tanış olmaqla hər bir insan psixologiyanın ümumi sirlərinə yiyələnə bilər.
Psixologiyanın təhsil, təlim və tərbiyə ilə sıx baglı olan xüsusi sahələrindən bəzilərinə nəzər yetirək. Psixologiyanın konkret fəaliyyətlə baglı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri pedoqoji psixologiyadır. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır. Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir.
Psixologiya elminin pedaqoji psixologiya ilə sıx baglı olan digər mühüm bir sahəsi yaş psixologiyasıdır. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. Yaş psixologiyasının uşaq psixologiyası, yeniyetmələrin psixologiyası, gənclərin psixologiyası, yetkin yaşın psixologiyası, qocalıq yaşının psixologiyası, uzun- ömürlülük psixologiyası (herontopsixologiya) kimi bölmələri vardır.
Psixologiyanın xüsusi sahələrindən birini də differensial psixologiya təşkil edir. Diferensial psixologiya – psixologiya elminin insanların fərdi – psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olunmuşdur.
Psixologiyanın xüsusi sahələrinə genetik psixologiyanı da aid etmək olar. Genetik psixologiya psixika və davranışın irsən keçən mexanizmini, onların genotipdən asılılığını öyrənir.
Yaş psixologiyası, differensial və genetik psixologiya birlikdə uşağın psixi inkişafının qanunlarını başa düşmək üçün elmi əsas təşkil edir.
Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür biliklər tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün zəruridir.
Pixologiyanın mühüm sahələrindən biri olan hüquq psixologiyası insan tərəfindən hüquq normaları və davranış qaydalarının öyrənilməsini nəzərdən keçirir, hüquq sisteminin reallaşması ilə bağlı olan psixoloji məsələləri aydınlaşdırır. Onun məhkəmə psixologiyası, kriminal psixologiya, islahəmək psixologiyası və s. bölmələri vardır.
Müasir psixologiyanın özünə xüsusi yer tutmuş sahələrindən biri kimi tibb psixologiyasını qeyd etmək olar. Tibb psixologiyası həkimin fəaliyyətinin və xəstənin davranışının, onun gigiyena, profilaktika, diaqnostika, müalicə, ekspertiza və reablitasiyasının psixoloji aspektlərini öyrənir. Tibb psixologiyası özünə klinik psixologiya, patopsixologiya, neyropsixologiya, somatopsixologiya, ümumi tibb psixologiyası, psixiatriya, psixoprofilaktika və psixogigiyena, psixokorreksiya və s. bölmələrini daxil edir. Patopsixologiya, eləcə də psixoterapiya, psixikasında və davranışında qüsurlar olan adamlarla işin aparılmasına xidmət edir. Psixologiyanın bu sahələrinin başlıca vəzifəsi mövcud psixi pozğunluğun səbəblərini və onu aradan qaldırmaq yollarını öyrənir.
Müasir psixologiya elminin yeni sahələrindən biri olan psixodiaqnostikaya gəldikdə, o, insanların psixi xassə, prosesi və hələtlərinin inkişaf xüsusiyyətləri haqqında elmi cəhətdən yoxlanmış və onlar haqqında əsaslı məlumat əldə etməyə imkan verən metodların köməyi ilə qiymətləndirilməsinin nəzəriyyəsi və praktikası ilə məşğul olur.
Yekunda qeyd etmək lazımdır ki, biz burada müasir psixologiya elminin yalnız bir qismi ilə qısaca tanış olduq. Psixologiya elminin idman psixologiyası, əmək psixologiyası, incəsənət psixologiyası, kosmik psixologiya, menecment psixologiyası, eksperimental psixologiya, etnik psixologiya və s. sahələrinin də özünəməxsus predmeti və vəzifələri vardır. Şübhəsiz onların hamısı barədə burada geniş məlumat vermək vəsaitin imkanlarından kənardır

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə