Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə8/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   4   5   6   7   8   9   10   11   ...   52
Mühazirə Psixologiya

5.İnsanın xarakteri. İnsanlar özlərinin xarakterinə görə də bir-birlərindən fərqlənirlər. Onlar həmişə bir-birlərinin xarakterinə böyük əhəmiyyət verir, özlərinin davranış və rəftannda biri digərinin xarakterini nəzərə alırlar. «Yaxşı adam», «pis adam» haqqındakı etalon və streotiplər nə qədər ümumi olsa da, onların əsasını insan xarakterləri haqqındakı təsəvvürlər təşkil edir. Xarakter nədir? Onun əsas xüsusiyyətləri hansılardır?
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, xarakter insanın ən başlıca fərdi-psixoloji xüsusiyyətlərindən biridir. Qabiliyyətlər də, temperament də şəxsiyyyətin fərdi-psixoloji xüsusiyyətləridir. Bəs, xarakter şəxsiyyətin digər fərdi-psixoloji xüsusiyyetlərindən, məsələn, qabiliyyətlər və temperamentdən nə ilə fərqlənir?
Biz qabiliyyətlərdən damşanda insanın yaradıcılıq imkanları haqqında danışırıq. Xarakterdən danışanda isə insanın davranış və rəftarında özünü göstərən xüsusiyyətlərə diqqət yetiririk. Hər bir adamın şəxsiyyət kimi fərdi xüsusiyyətləri vardır. Biz xarakter deyəndə bu xüsusiyyətlərin məcmusunu nəzərdə tuturuq. Bir cəhəti də dəqiqləşdirək. Xarakter anlayışına insanın hər bir xüsusiyyəti daxil edilmir. Əgər hər hansı bir adam ömründə bir dəfə xeyirxahlıq etmişdirsə, biz buna xarakter əlaməti demək olmaz. Xeyirxahlıq yalnız davamlı xüsusiyyət kimi özünü göstərəndə bu və ya digər adamın xarakter əlamətinə çevrilir. Xarakter əlamətləri ancaq bu zaman müəyyən bir adam üçün tipik olan davranış tərzini şərtləndirir. Xarakter insan üçün tipik olan davranış tərzləri ilə müəyyən olunur.
Xarakter sosial amillərlə şərtlənir. Xarakter fəaliyyət və ünsiyyət prosesində əmələ gəlir. Onun formalaşması müxtəlif sosial quruplarda (ailədə, dostlar içərisində, əmək və ya tədris kollektivlərində və s.) insan münasibətlərinin xüsusiyyətləri ilə bağlıdır. Uşağın daxil olduğu sosial qrup üçün müxtəlif insan münasibətləri səciyyəvidir. Uşaq bu münasibətlərə daxil olur və onları tədricən mənimsəməyə başlayır. Bu əsasda da onda müxtəlif xarakter əlamətləri əmələ gəlir. Xarakterin mahiyyətini başa düşmək üçün xüsusi əhəmiyyətə malik olan bir məsələyə - şəxsiyyətin motivasiya sahəsinə diqqət yetirmək lazımdır.
Motivasiya sahəsi xarakterin də formalaşmasında mühüm rol oynayır.
Dünyagörüşü və əqidə şəxsiyyətin motivasiya sahəsinin əsasını təşkil edir. Xarakterin köklərini də məhz burada axtarmaq lazımdır. Xarakter şəxsiyyətin dünyagörüşü və əqidəsindən bilavasitə asılıdır. Psixologiyada bu asılılığı ifadə etmək üçün münasibət anlayışından istifadə edirlər. İnsanın psixi həyatının bütün cəhətləri bu və ya digər dərəcədə onun münasibətləri sistemi ilə bağlıdır. Xarakter əlamətləri də bu zəmində formalaşır və inkişaf edir. Insanın xarici aləmə münasibətləri öz əksini onun xarakter əlamətlərində tapır. Bir cəhəti də qeyd edək: xarakterin özü formalaşdıqdan sonra davranışın təsirli təhrik vasitəsinə çevrilir. İnsan bəzən öz xarakterindən narazı qalsa da, hətta başqalarının mənafeyinə toxunduğu üçün konflikt şəraitinə düşsə belə, başqa cür hərəkət edə bilmir. Onlar bu cəhəti aydın başa düşür», «xarakterim belədir», - deyə özlərinə haqq qazandırırlar.
Xarakterin insanı müəyyən tərzdə, hətta bəzən şəraitə uyğun olmayan şəkildə hərəkət etməyə təhrik etməsi nə qədər mürəkkəb səciyyə daşıyırsa-daşısın, o, qanunauyğun hadisədir. Bu qanunauyğunluq isə ancaq şəxsiyyətin motivasiya sahəsi ilə, birinci növbədə, insanda müəyyən əqidənin formalaşması ilə bağlıdı. Şəxsiyyət üçün tipik davranış tərzini şərtləndirən, fəaliyyət və ünsiyyətdə əmələ gələn və təzahür edən davamlı fərdi xüsusiyyətlərin məcmusuna xarakter deyilir.
Xarakter əlamətləri çoxdur. Ayrı-ayrı dillərdə xarakter əlamətlərini ifadə edən 4 mindən çox söz vardır. Onların çoxu olduqca müxtəlif mənalarda işlənir, hətta bəzən eyni bir xarakter əlamətini müxtəlif çalarlarda səciyyələndirir.
Xarakter əlamətlərini necə izah etmək olar? Məlumdur ki, xarakter insanın münasibətlərini ifadə edir. Bu baxımdan xarakter əlamətlərini aşağıdakı kimi izah edirlər:
I Kollektivə və başqa adamlara münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik, doğruçuluq, kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.
Il Əməyə münasibəti ifadə edən xarakter əlamətləri: əməksevərlik, tənbəllik, məsuliyyətlilik və s.
IlI İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri: təvazökarlıq, lovğalıq, şöhətpərəstlik və s.
IV Şeylərə(əşyalara) münasibəti ifadə edən xarakter əlamətləri: səliqəlilik, pintilik, qayğıkeşlik və s.
Hər şeydən əvvəl, qeyd cdək ki, insanın başqa adamlara, əməyə, özünə və şeylərə (əşyalara) münasibətlərini ifadə eden xarakter əlamətləri bir-birilə üzvi surətdə əlaqədardır. Məsələn, müəyyən olunmuşdur ki, özünə hörmət etməyən adam başqalarına da hörmət etmir. Xarakterin digər əlamətləri haqqında da eyni sözləri demək olar. İnsatı xarakterinin bütövlüyündən danışanda da, adətən bu cəhəti – xarakter əlamətlərinin qarşılıqlı əlaqədə olmasını nəzərə alırlar. Bununla əlaqədar olaraq tərbiyə nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olan iki məsələni qeyd etmək lazımdır.
1. Tutaq ki, uşaqda kobudluq kimi xarakter əlaməti özünü göstərir. Tərbiyəçi (ana və ya müəllim) bu mənfı cəhəti aradan qaldırmaq üçün onda nəzakətlilik kimi müsbət xarakter əlaməti tərbiyə etməyə çalışır. O, düzgün hərəkət edirmi?
Ilk baxışda adama elə gəlir ki, tərbiyəçi məsələyə düzgün yanaşır. Halbuki ona psixoloji baxımdan haqq qazandırmaq olmaz. Çünki kobudluq uşağın başqa insanlara münasibəti ilə bağlıdır. Kobudluğu aradan qaldırmaq üçün onun, birinci növbədə, insanlara münasibətini dəyişmək lazımdır. Uşaqlarda insanlara düzgün münasibət tərbiyə etmədən, kobudluğa qarşı mübarizə aparmaq və nəzakət tərbiyə etmək mümkün deyildir.
2.İnsanın xarakteri dəyişirmi? İnsanın xarakterini necə dəyişmək olar? İnsanın başqa adamlara, əməyə, özünə və şeylərə (əşyalara) münasibəti dəyişdikcə, yeni keyfıyyətlər kəsb etdikcə, onun xarakteri də dəyişilir. Xarakter əlamətləri yalnız uşaq yaşlarında deyil, bütün ömür boyu inkişaf edir və tərbiyə olunur. Adamların böyük əksəriyyəti öz xarakterlərində 25-55 yaşlar arasında müəyyən dəyişikliklər baş verdiyini qeyd edirlər.
3.Xarakter əlamətlərini tipik və fərdi əlamətlər olmaq üzrə iki yerə bölə bilərik. İnsanın psixi həyatınm bütün cəhətləri kimi xarakteri də onun ictimai varlığı ilə şərtlənir. Eyni cəmiyyətdə yaşayan insanlann həyat şəraitində ümumi, tipik xüsusiyyətlərlə yanaşı özünəməxsus cəhətlər də özünü göstərir. Bu xüsusiyyətləri ifadə etmək üçün makro və mikromühit terminlərindən istifadə edə bilərik. Etnik və milli xarakter əlamətləri makromühitdə formalaşır.
Makromühit kimi mikromühit də geniş anlayışdır. Hər bir adamın həyat yolunda, həyat şəraitində və fəaliyyətində özünü göstərən fərdi (özünəməxsus) cəhətlərin təsiri ilə onda müxtəlif fərdi xarakter əlamətləri formalaşır.
Xarakterin tipik və fərdi əlamətləri vəhdətdədir. Onlar həmişə qarşılıqlı əlaqədədir. Xarakter əlamətlərini məhz qarşılıqlı əlaqədə təhlil etmək üçün onların strukturunu müəyyən etmək lazımdır. İlk baxışda adama elə gəlir ki, hər kəsin öz xarakter əlamətləri vardır. Doğrudan da, bir çox hallarda bir adam üçün xas olan müəyyən bir xarakter əlaməti, məsələn, kobudluq, küsəyənlik və s. başqa adamda müşahidə olunmur. Lakin bu fakt nə qədər əsaslı olsa da, adamlar arasındakı xarakter müxtəlifliyini təkcə onunla izah etmək mümkün deyildir. Biz bir çox xarakter əlamətlərinə müxtəlif adamlarda bu və ya digər dərəcədə rast gəlirik. Əgər belədirsə, onda adamlar bir-bir-lərinə daha çox oxşamalı idilər. Halbuki onların arasında xarakter sahəsində oxşar cəhətlərdən daha çox fərqli cəhətlər nəzərə çarpır. Bunu nə ilə izah etmək olar?
İki adam təsəvvür edək. Tutaq ki, onların hər ikisi üçün aşağıdakı xarakter əlamətləri xasdır: əməksevərlik, kollektivçilik, sadəlik, təvazökarlıq, səliqəlilik, mehribançılıq, məsuliyyətlilik, nəzakətlilik və s. Görəsən həmin əlamətlər onların xarakterinin strukturunda eyni yer tuturmu? Bu suala cavab vermək üçün hər iki adamın xarakterinin strukturunu öyrənmək və onda müvafiq əlamətlərin dərəcəsini müəyyən etmək lazımdır.
Tutaq ki, hər iki adamın xarakterini biz bu istiqamətdə öyrənmiş, onların xarakter əlamətlərinin dərəcəsini müəyyən etmiş, buna müvafıq olaraq onları nömrələmişik.
1. Hər iki adamın xarakteri eyni əlamətlər əsasında formalaşsa da, struktur baxımdan onlar bir-birindən fərqlənirlər.
2. Məsuliyyətlilik 1-ci adamın xarakterinin strukturunda birinci yerdə, 2-ci adamın xarakterinin strukturunda isə beşinci yerdə dayanır. Bu o deməkdir ki, hər iki adamın xarakterinin strukturunda eyni əlamətə təsadüf etsək də, onların rolu eyni deyildir. Birinci adamın xarakterində məsuliyyətlilik müəyyənedici rol oynadığı halda, ikinci adamın xarakterinin strukturunda onun rolu əsas deyildir.
3. Birinci adamın xarakterinin strukturunda məsuliyyətlilik əməksevərliliklə, ikinci adamda isə mehribanlıqla əlaqədardır. Bu cəhət də mühümdür: ondan asılı olaraq birinci adamda məsuliyyətlilik onun əmək fəaliyyətində, ikinci adamda isə adamlarla münasibət sahəsində daha çox əks olunacaqdır və s.
Xarakter əlamətləri bir-birilə qanunauyğun surətdə əlaqədardır. Əgər adam qorxaqdırsa və bu onun xarakterinin strukturunda müəyyənedirici rol oynayırsa, tam əsasla belə hesab etmək olar ki, onda təşəbbüskarlıq, qətiyyətlilik, müstəqillik kimi xarakter əlamətləri sözün əsl mənasında formalaşa, tam dolğunluğu ilə təzahür edə bilməz. Çünki o, həmişə öz üzərinə məsuliyyət götürməkdən ehtiyat edəcəkdir.
Xarakterin strukturunda insanın başqa adamlara, əməyə, özünə və şeylərə (əşyalara) münasibətlərini bilavasitə ifadə edən xarakter əlamətləri müəyyənedici rol oynayır. Eyni bir xarakter əlamətinin müxtəlif adamlarda müxtəlif çalarlarla təzahür etməsinə bir amil də təsir göstərir: biz xarakter əlamətlərinin formalaşmasında temperamentin rolunu nəzərdə tuturuq. Adətən temperamentin mühüm xassələrindən biri - emosionallıq xarakterin strukturuna daxil olur: hər bir xarakter əlamətinin emosionallıq baxımından çalarları məhz bununla bağlıdır. Lakin nəzərə almaq lazımdır ki, temperament tipləri xarakterin ancaq dinamik xüsusiyyətlərinə təsir göstərir, onlar xarakter əlamətlərinin məzmununu müəyyən etmir və edə də bilməz. Xarakterin məzmun baxımından bütün xüsusiyyətləri sosial amillərlə müəyyən olunur. Xarakter ailədə, uşaq bağçasında, məktəbdə, əmək kollektivlərində insanlarla birgə fəaliyyət və ünsiyyət şəraitində formalaşır. Bu prosesdə tərbiyə ilə yanaşı özünütərbiyə də mühüm rol oynayır.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə