Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


İnsan, fərd, şəxsiyyət və fərdiyyət



Yüklə 181,46 Kb.
səhifə6/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   2   3   4   5   6   7   8   9   ...   52
Mühazirə Psixologiya

2.İnsan, fərd, şəxsiyyət və fərdiyyət. İnsanı orqanizm, fərd və şəxsiyyət səviyyəsində xarakterizə etmək olar. Bu anlayışlar bir-birilə qarşılıqlı əlaqədədir, lakin onlardan hər birinin özünəməxsus evristik mənası vardır. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır. Orqanizm geniş anlayışdır. Hər bir canlı varlıq - bitki də, heyvan da, insan da orqanizmdir. Psixologiya insanı orqanizm kimi deyil, fərd və şəxsiyyət kimi öyrənir.
Hər bir insan, bir tərəfdən, bioloji varlıqdır, digər tərəfdən sosial varlıqdır. Onun bioloji varliq kimi psixoloji xüsusiyyətlərini fərd, sosial varliq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyət termini ilə ifadə edirlər. İnsamn həyat fəaliyyətində bu iki cəhət bir-birilə elə uzlaşır ki, biz çox vaxt nəinki onlan aydin şəkildə fərqləndirmir, hətta bu haqda fikirləşmirik. Halbuki insanın fərd və şəxsiyyət kimi xarakteristikaları vəhdət təşkil etsə də onlan eyniləşdirmək olmaz.
Təsadüf nəticəsində heyvanlar arasına düşmüş və onlann içərisində böyümüş uşaqlar bu fikrə misal ola bilər.Elmə təxminən 50-yə qədər belə hadisə məlumdur. Müxtəlif heyvanlar - meymun, çanavar, ceyran, ayı ve s. içərisində böyümüş belə uşaqların ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasından tapılmış, qızlar psixoloqlar tərəfındən nisbətən ətraflı öyrənilmişdir.
Bu uşaqları şəxsiyyət adlandırmaq olarmı? Əgər olmazsa, bunu nə ilə əsaslandırmaq mümkündür? Bu suallara cavab vermək üçün fərd və şəxsiyyət anlayışları ilə tanış olaq.
Uşağı fərd kimi səciyyələndirərkən, ilk növbədə, onun insan növünə aid olduğunu qeyd edirik. Bunu başa düşmək üçün yalnız onu göstərmək kifayətdir ki, insan balası heyvanlar içərisinə düşdükdə belə, heyvan balasına çevrilmir, insan olaraq qalır. Haqqında danışılan qızları canavar balaları ilə müqayisə etsək, bu cəhəti aydın görə bilərik:onların bədənləri, beyinləri, əlləri və s.-nin quruluşu nəinki canavarın, hətta meymunun bədəni, beyni və ya əllərinin quruluşundan keskin şəkildə fərqlənir.
Fərd anlayışı digər bir cəhətdən də maraqlıdır: eyni növlü bitki və heyvanlar bir-birindən müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji cəhətdən onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri diqqətə çatdırırıq.
Özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə bənzəməyən təbii varlıq FƏRD adlanır. Bu baxımdan hər bir adam – hətta həm yeni doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir. Eyni sözləri biz yuxarıda haqqında danışdığımız qızlar barədə də deyə bilərik. Belə bir cəhətə diqqət yetirək: insan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər qazanır və şəxsiyyəte çevrilir.
Şəxsiyyət kimdir'? Psixologiyasında şəxsiyyətin 50-dən artıq tərifi məlumdur. Bu gün şəxsiyyət haqqında hamının eyni dərəcədə qəbul etdiyi tərif olmasa da, müəlliflərin demək olar ki, hamısı şəxsiyyəti xarakterizə edərkən iki cəhətə xüsusi diqqət verirlər.. Həmin cəhətlər aşağıdakılardır:
a) İnsanın mahiyyəti öz gerçəkliyində ictimai münasibətlərin toplusundan ibarətdir.
Bütün ictimai münasibətlər sistemi qanunauyğun şəkildədə maddi nemətlər istehsalı üsulundan asılıdır: istehsal prosesində insanlar maddi məhsullar, yaşayış vasitələri yaratmaqla kifayətlənmirlər. Onlar maddi nemətlər istehsal etməklə öz ictimai münasibətlərini də istehsal və təkrar istehsal edirlər.
cəmiyyətin üzvü kimi ictimai münasibətlər sisteminə obyektiv surətdə daxil olur.
Şəxsiyyətin motivləri, adətləri, rəğbəti və nifrəti onun istehsala, mübadilə və istehlaka obyektiv münasibətlərinin necə olmasından, hansı vətəndaşlıq hüquqlarına malik olmasından, cəmiyyətin siyasi və ideoloji həyatına necə daxil olmasından və s. asılıdır. Bu prosesdə insanda formalaşan müxtəlif sosial keyfıyyətlər də sistemli xarakter daşıyır, insanın fəaliyyətində, intellektual, emosional, iradi və s. xassələrində əks olunur. Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfıyyətlərin sistemi nəzərdə tutulur.
b) şəxsiyyət ictimai proseslərə daxil olmaqla öz həyat şəraitini fəal surətdə dəyişməyə başlayır. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Deməli, şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir.
Şəxsiyyət mürəkkəb fenomendir. O, psixoloji baxımdan müxtəlif xüsusiyyətlərlə xarakterizə olunur. Bu baxımdan aşağıdakılan xüsusilə qeyd etmək olar:
1.İctimai fəallıq: şəxsiyyət öz fəaliyyət dairəsini davamlı olaraq genişləndirir, nəinki öz həyat yolunu müəyyən edir, həm də həyat şəraitini dəyişdirir, ən mürəkkəb həyati anlarda öz daxili inamına və həyat mövqeyinə göre hərəkət edir.
2.Motivlərin davamlı sistemi: motivlərin maraqlar, əqidə və s. üstünlük təşkil edən sistemi formalaşır və şəxsiyyətin istiqamətini müəyyən edirlər.
3. Şəxsi məna: şəxsiyyətin tələbatına və s. uyğun gələn obyektlər onun üçün şəxsi məna kəsb edir. Bu cəhət ilk növbədə şəxsiyyətin sosial istiqamətlərində və həyat mövqeyində, hisslərində, maraq və meyllərində özünün aydın ifadəsini tapır.
4.Münasibətlər: şəxsiyyətin nüvəsini münasibətlər təşkil edir. İnsanın başqa adamlara, əməyə, şeyləre, özünə raünasibətləri onun şəxsiyyətini xarakterizə edir. Şəxsiyyətin mənlik şüuru da nəticə etibarilə onun münasibətləri ilə müəyyən olunur və s.
Şəxsiyyət fərd üçün subyektiv olaraq onun məni — özü haqqında təsəvvürlər sistemi (mən obrazı, mən konsepsiyası) kimi üzə çıxır. Şəxsiyyətin özünə verdiyi qiymətlərdə, özünə hörmət hissində, iddia səviyyəsində və s. onun özü haqqında təsəvvürləri əks olunur.
Qeyd olunan bu xüsusiyyətlər heyvanlar arasında böyümüş uşaqlarda müşahidə olunmur. Buna görə də onlar şəxsiyyət deyil fərddirlər. Anadan yeni doğulmuş uşaq da hələ şəxsiyyət deyildir. O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri qazandıqca şəxsiyyətə çevriləcəkdir...
Şəxsiyyətə çevrilmək müəyyən həyat mövqeyi, hər şeydən əvvəl, əxlaqi mövqe tutmaq, öz mövqeyini cəmiyyətin üzvü kimi aydın dərk etmək və onun üçün məsuliyyət daşımaq, özünün əməlləri, bütün həyatı ilə onu təsdiq etmək deməkdir.
Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur; onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, onu öz sərvətinə çevirir. Şəxsiyyətin inkişafının bu cəhəti adətən onun ictimailəşməsi (sosializasiyası) kimi izah olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda daha çox müstəqillik, nisbi avtonomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafinın mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir. Deməli, ictimai inkişaf prosesində insan şəxsiyyətə çevrildikcə onun özünəməxsus həyat tərzi və öz daxili aləmi formalaşır.
Psixologiyada bu mühüm elmi faktı ifadə etmək üçün f ə r d i y y ə t anlayışından istifadə olunur.İnsanı fərdiyyət kimi nəzərdən keçirərkən onu başqa adamlardan fərqləndirən cəhətləri, onun psixikasının və şəxsiyyətinin özünəməxsııs xüsusiyyətli nəzərdə tutulur. Fərdiyyət temperament və xarakter əlamətlərində, tələbatlann, maraqların, inteilektin. qabiliyyətlərin və s. özünəməxsus xüsusıyyətlərində təzahür edir. Fərdiyyət insanın anato-mik-fizioloji imkanlan ilə bu və ya dıgər dərəcədə əlaqəli olsa da, onun təkrarolunmaz bioqrafiyasını, həyat tarixini əks etdirir.
Fərdin də, şəxsiyyətin də özünəməxsus fərdi xüsusiyyətləri vardır. İnsan fərdiyyət kimi xarakterizə olunduqda bu xüsusiyyətiərin hər ıkisi nəzərə alınır. Lakin bununla belə, fərdiyyətin strukturunda onların rolu eyni deyildır. İnsana bir fərd kimi xas olan xüsusiyyətlər (həssaslıq, astagəllik və s.) şəxsiyyətin təsiri ilə yeni məzmun və forma qazanır.
Şəxsiyyətin təsirilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır. (latınca inteqer - bütöv deməkdir)
Şəxsiyyətin inkişafinın ilkin təbıi şərtlərinin də özünəməxsus rolu vardır.
İnsanın hansı iqlim şəraitində, harada - dağlıq yerdə və ya dəniz sahilində və s.-də yaşamasından asılı olaraq onun həyat tərzində, mənzil şəraitində özünərnəxsus cəhətlər yaranır.. Bu amillər şəxsiyyətin formalaşması üçün müəyyənedici əhəmiyyətə malik deyildir, lakin onların nəzərə alınması şəxsiyyətin formalaşması prosesinin daha ətraflı nəzərə alınmasna kömək göstərir.
Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri kimi onun orqanizminin xüsusiyyətləri, əsasən mərkəzi sinir sisteminin xüsusiyyətləri daha mühüm əhəmiyyətə malikdir.
Şəxsiyyətin inkişafında sosial amillər daha müəyyənedici rol oynayır. Sosial amillər müxtəlifdir və onlar qarşılıqlı əlaqədə şəxsiyyətin inkişafını şərtləndirirlər. Sosial amillərdən ilk növbədə insanın yaşadığı və fəaliyyət göstərdiyi konkret-tarixi şərait, yəni məhsuldar qüvvələrin və müvafıq istehsal münasibətiərinin inkişaf səviyyəsi xüsusi əhəmiyyət daşıyır. Konkret-tarixi şərait öz əksini şəxsiyyətin maddi, siyasi və sosial həyat şəraitində, o cümlədən əmək şəraitində tapır.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə