Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə14/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   10   11   12   13   14   15   16   17   ...   52
Mühazirə Psixologiya

4. «Mənlik şüurunda» şüurun bütün xüsusiyyətləri insanın «məni» vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Yəni, mənlik şüuru bimodal xarakter daşıyır: onda eyni vaxtda həm «mən»ə (subyektə), həm də «qeyri-mən»ə (obyektə) aid olan cəhətlər əks olunur. Məsələn, uşaq öz əlini dişlədikdə ağrı hiss edir, başqalarının əlini dişlədikdə isə ağrı hiss etmir. O, öz əli ilə başqalarının əlini fərqləndirməyə başlayır.
Mənlik şüuru insanın özünü şəxsiyyət kirni tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru dcdikdə insanın özünün tələbat və qabiliyyətlərinə, fıkir və hisslərinə, davranış və fəaliyyətinə şüurlu münasibəti nəzərdə tutulur. Onun əsas əlamətləri aşağıdakılardan ibarətdir: insan özünü bütün ətraf aləmdən, yəni «mən»ini «qeyri-mən»dən ayırır, özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüurunun strukturunda aşağıdakı üç cəhəti xüsusilə fərqləndirmək lazımdır.
1. «Mən obraz» - insanm özü haqqında təsəvvürləri (buna başqa sözlə, psixoloji avtoportret də deyilir).
2. Özünüqiyməlləndirmə - insanın özünün özü haqqındakı təsəvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3. Potensial davranış reaksiyaları - insanın «Mən obrazı» və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
Mənlik şüuru yeniyetməlik və gənclik yaşlarında formalaşsa da, onun əsası kiçik yaş dövrlərinə təsadüf edir.
Müasir psixologiyada mənlik şüurunun formalaşması proscsinin köklərini araşdırarkən, ilk növbədə, körpə uşaqların özlərini güzgüdə tanıması məsələsinə xüsusi diqqət yetirirlər.
Yeniyetmənin mənlik şüurunun xüsusiyyətlərini aydınlaşdırarkən bir cəhəti ayrıca qeyd etmek lazımdır. Yeniyetməlik yaşı dövründə özünüdərketmə tələbatı xüsusi məna kəsb etsə də, onun özü haqqındakı obyektiv biliklərinin səviyyəcə aşağı olması diqqəti cəlb edir. Yeniyetmənin bir çox hallarda özünün şəxsi keyfiyyətlərini düzgün təhlil edə bilməməsinin köklərini, birinci növbədə, məhz burada axtarmaq lazımdır. Bu əsasda da bəzən yeniyetmənin iddia səviyyəsi ilə kollektivdəki real mövqeyi arasında, özünə münasibəti ilə başqa adamların - yaşlıların və yoldaşların ona münasibəti arasında ziddiyyətdən yaranan münaqişələr meydana çıxır.
Yeniyetmə öz davranış və xüsusiyyətlərini dərk etdikcə, onda özünütərbiyə tələbatı yaranır ki, bu prosesdə də ayırd edilmiş nümunə və əxlaqı etalon müstəsna rol oynayır.
İlk gənclik yaşı - mənlik şüurunun yaranmasının tamamilə xüsusi mərhələsini təşkil edir.
Mən - obrazının əsasını insanın özü haqqında bilikləri təşkil edir. Lakin bu biliklər insan üçün heç də adi xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən — obrazın psixoloji baxımdan əhəmiyyəti də məhz bundan ibarətdir.
Mən — obraz mürəkkəb hadisədir. İnsanda eyni vaxtda üç «Mən — obraz» «real mən», «ideal mən» və «sosial mən» mövcuddur.
«R e a l m ə n». İıısan özünü nece təsəvvür edir? Özünün qabiliyyətlərini, rollarını, statusunu necə qavrayır? 0, əslində necə adamdır? «Real mən»in məzmununu həmin suallar təşkil edir. Bu zaman insan özünə öz gözüylə baxır. O, özünün «real-mən»i ilə fəxr edə bilər; insanın özü haqqındakı bu obrazı başqa adamlardan gizlətməsi də mümkündür. Bəzi hallarda isə «real mən» ətrafdakı adamların insana verdikləri qiymətlərə uyğun gəlmir.
«İ d e a l m ə n». Hər bir insanın «real mən»indən başqa həm də «ideal mən»i vardır. İnsan özünü necə görmək istəyir? Hansı keyfıyyətləre yiyələnməyə çalışır? «İdeal mən»in məzmununu bu suallara əsasən səciyyələndirnıək olar. Adından göründüyü kimi, «ideal mən» insanm özü haqqında idealları ilə bağlıdır. Onun psixoloji baxımdan mənası da, birinci növbədə, bundan ibarətdir: insan öz «ideal mən»ini həyata keçirmək üçün yollar axtarır və bu sahədə böyük uğur göstərir. İnsan özünütərbiyə ilə məşğul olarkən adətən özünün «ideal mən»indən çıxış edir.
İnsanın şəxsi keyfıyyətləri çoxdur. Görəsən, bunların hamısi onun «ideal mən»ində əks olunurmu? Yox. Hər bir insanın yüksək qiymətləndirdiyi müəyyən keyfiyyətlər vardır. «İdeal mən»də nıəhz bu keyfiyyətlər əks olunur. Təsadüfi deyildir ki, insan özünütərbiyə ilə məşğul olarkən də özündə hər hansı bir keyfıyyəti deyil, məhz yüksək qiymətləndirdiklən keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirir.
«S o s i a l m ə n». İnsan həmişə özünə başqalarının gözüylə baxır. Başqa adamlar onu necə görürlər? O, özünü başqa adamlara necə göstərmək istəyir? Nece hərəkət etsə, başqa adamlar onu yaxşı adam və ya mütəxəssis (müəllim, həkim və s.) kimi tanıyarlar? Bu üç sual yaşından asılı olmayaraq insan üçün böyük əhəmiyyətə malikdir. Axı, bizim hər birimiz insanların içərisinda yaşayırıq və istər-istəməz özümüzə onların gözüylə baxmalıyıq. Insanların qarşılıqlı sosial təsiri prosesində «sosial mən»in əhəmiyyəti də məhz bundadır.
İnsan başqa adamlarla ünsiyyətə girərkən adətən özünün «sosial mən»indən çıxış edir: o, həmişə özünü başqa adamlara yaxşı tərəfdən göstərməyə çalışır, özünün «pis cəhətlərini» belə müxtəlif yollarla pərdələyir; psixoloji «maskalardan» da bu məqsədlə istifadə edirlər.
İnsanın «real mən»i onu nə dərəcədə təmin edir? Ətrafdakı adamlar onu nə dərəcədə təqdir edir və ya bəyənirlər? O özünün hər hansı bir keyfiyyətini başqa adamlardan nə dərəcədə gizlətməyə çalışır, o, özünü başqa adamlara necə (tutaq ki, yaxşı adam, əsl müəllim, elm adamı və ya varlı adam) kimi göstərmək istəyir? Bu sualları izah etmədən insanın «sosial mən»inin məzmununu aydınlaşdırmaq olmaz.
Psixoloji planda real, ideal, sosial «Mən» birlikdə mövcuddur. Onlar bir-birlərini bir növ tamamlayır və zənginləşdirirlər. Lakin bəzən real, ideal və sosial «Mən»lər arasında köklü ziddiyyətlər də müşahidə olunur. Əgər «real mən» «ideal-mən»ə uyğun gəlmirsə, «sosial mən» «real mən»i gizlətməyə xidmət edirsə, insanın özü haqqında təsəvvürlərində özünəməxsus çətinlikiər meydana çıxır. Belə hallarda insan adətən refleksiya yolu ilə bu uyğunsuzluqları təhlil edir, bir növ onların hamısı üçün «ümumi məxrəc» taparaq müvafıq ziddiyyətləri aradan qaldırır. Bəzən də bu cəhət ona mü-yəssər olmur. Xalq ifadəsi ilə deyilsə, «öz həqiqi sifətini, simasını büruzə verir». Yəni psixoloji maska insanın həqiqi sifətini heç də həmişə pərdələyə bilmir.
«Mən - obraz»ın formalaşması dialektik prosesdir. O, müxtəlif amillərlə şərtlənir. İnsanda özü haqqında təsəvvürlərin formalaşmasında hərəkət və görmə duyğuları mühüm rol oynayır. İnsanın özünü qavramasının təsirli vasitəsi kimi güzgünün əhəmiyyətini qeyd etməmək olmaz. Lakin «Mən - obraz»ın formalaşmasının əsas mənbəyini başqa adamlar - yaşlılar, həmyaşıd oğlan və qızlar təşkil edirlər. İnsan başqa adamlar vasitəsilə kişilik, qadınlıq, mənəvi gözəllik və s. haqqındakı etalon və stereotiplərə yiyələnir, başqa adamları və özünü qiymətləndirməyi öyrənir.
Özünüqiymətləndirmə termini iki sözdən - özünü və qiymətləndirmə sözlərindən əmələ gəlmişdir. Onun psixoloji mənası aydındır: söhbət insanın özünə verdiyi qiymətdən, özünün obrazını qiyməlləndirməsindən gedir.
İnsanın özü haqqındakı təsəvvürlərinin formalaşması bilavasitə özünüqiymatləndirmə ilə bağlıdır. Insan özü özündə hansı cəhətləri qiymətləndirir? Onun üçün bir insan kimi mühüm olan hər şeyi: özünün qabiliyyətlərini, mənəvi keyfiyyətlərini, öz imkanlannı və perspektivlərini, özünün qarşılıqlı münasibətlərini, qrup və kollektivdə, başqa adamlar içərisində tutduğu yeri qiymətləndirir və s. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kollektivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, konflikt şəraiti yarandiqda və s. özünüqiymətləndirmə xüsusilə mühüm əhəmıiyyət kəsb edir. Aydın məsələdir ki, özünüqiymətləndirmə mürəkkəb prosesdir: o, özünümüşahidə və özünütəhlil yolu ilə formalaşır, bu zaman insan özünə adətən başqa adamların gözüylə baxır, bir qayda olaraq, özünü onlarla müqayisə edir.
Özünüqiymətləndirmə zamanı qiymətin müxtəlif növlərindən - əxlaqi, estetik, intellektual, emosional və s. qiymətlərdən istifadə olunur. Lakin bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur: əxlaqi qiymət də, intellektual qiymət də özünüqiymətləndirmə səviyyəsində emosional çalar kəsb edir. Özünüqiymətləndirmə, hər şeydən əvvəl, özünüsevmə, özünəhörmət, öz ləyaqətini saxlamaq və s. kimi hisslərlə çulğaşır, yəni emosional qiymətlərə əsaslanır. Bu onunla bağlıdır ki, özünüqiymətləndirmə səviyyəsində qiymətverən və qiymətləndirilən eyni bir adamın şəxsində birləşir: mən - mənə qiymət verir. Bu zaman insan hətta müəyyən obyektiv meyarlara əsaslansa belə özünüqiymətlərıdimədə subyektiv amillər əsas yer tutmağa başlayır.
Öziinüqiymətləndirmə sistemini təhlil edərkən aşağıdakı cəhətiəri xüsusilə nəzərə almaq lazımdır:
a) özünüqiymətləndirmə prosesində «ıeal mən» obrazı ilə «ideal rnərı» obrazının müqayisə edilməsi mühüm rol oynayır. Orıtarın bir-birinə uyğun gəlməsi psixi sağlamlığın mühüm cəhətidir. Müəyyən edilmişdir ki, irısanın «real mən» obrazı «ideal mən» obrazına müvafiq olduqda, o, adətən, özünü yüksək qiymətləndirir. İnsan bu iki mühüm xarakteristika arasında uçurum hiss etdikdə isə özünü adətən aşaği qiymətləndirir. Bəzən belə hallarda insanııı özü özlüyündə hörrnətdən düşür;
b) insan özünün hər hansı bir keyfıyyətini qiymətləndirərkən, onun yaxşı və pis keyfiyyət olduğunu necə müəyyən edir? Lap kiçik yaşından uşaqlara öyrədirik ki, «Yaxşı nədir, pis nədir?». İnsan özünə qiymət verəndə bu təsəvvürlərdən etalon kimi istifadə etməyə başlayır: əgər etdiyi hərəkətlər «yaxşı» etalonuna uyğun gəlirsə, onları müsbət. «pis» etalonuna uyğun gəlirsə mənfi qiymətləndirir. Yaş artdıqca, insanın sərvət meylləri fornıalaşır, ideallarının xarakteri dəyişir və buna müvafiq olaraq onun etalonlar sistemi mürakkəbləşir. Biz hər hansı bir adamın özünü necə qiymətləndirdiyini aydmlaşdırmaq üçün onun özünü hansı etalonla tutuşdurduğunu, özünə hansı etalona əsasən qiymət verdiyini bilməliyik. Bu yolla biz həm də onun «ideal mən»inin məzmununu təhlil etmək imkanı əldə edirik. Çünki müvafiq etalonlar «ideal mən»də xüsusi yer tutur;
v) insanın özünəməxsus qiymətlər sistemı vardır. Bir tərəfdən, insan özü-özünü qiymətləndirir, digər tərəfdən, onun davranış və rəftarı mənsub olduğu qrup tərəfindən qiymətləndirilir. Bundan başqa, adam bu və ya digər tərzdə hərəkət edərkən ətrafdakı adamlann, o cümlədən iş yoldaşlarının və dostlarının onu necə qiymətləndirəcəklərini nəzərə alır. Buna gözlənilən qiymətlər deyilir. Qrupun şəxsiyyətə verdiyi qiymətlərsə gözlənilən qiymətlər bir-biri ilə vəhdətdə olsa da, onları eyniləşdirmək olmaz. Qrupun şəxsiyyətə verdiyi qiymət r e a l q i y m ə t d i r . Özünüqiymətləndirmə müxtəlif üsullarla öyrənilir. Məsələn. şagırdlərə özlərini sərbəst surətdə təsvir etrnək təklif olunur. yaxud onlara müəyyən qiymətverici hökmlər yazılmış vərəqələr verilir: bu zaman şagirdlərə onlann zahiri görkəmini və ya hisslərini ifadə edən vərəqələri qruplaşdırmaq təklif olunur. Şagirdlərin özlərini səciyyələndirrnəsini nəzərdə tutan müxtəlif özünüqiymətləndirmə şkalaları və əmsalları da məlumdur. Bu məqsədlə müəyyən sifət - sözlərdən istifadə olunur.
Özünüqiymətləndirmənin böyük ehəmiyyəti vardır. O, insanın davranışının tənzim olunmasında mühüm rol oynayır. İnsanın başqa adamlarla qarşılıqlı münasibətləri, onun öz uğurlarına və uğursuzluqlarına münasibəti, ayrı-ayrı həyati siluasiyalarda davranış və rəftarı özünüqiymətləndirmədən asılıdır. Başqa sözlə, özünüqiymətləndirmə insanın fəaliyyətinin səmərəliliyinə və onun bir şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir.
Hələ XIX əsrin sonlannda özünüqiymətləndirmənin şəxsiyyətin iddia səviyyəsi ilə bilavasitə əlaqədar olduğunu göstərən maraqlı faktlar müəyyən edilmişdi. 1890-cı ildə U. Ceyms həmin faktları aşağıdakı orijinal düsturla bclə ifadə etmişdi:
Özünüqiymətləndirmə = müvəffəqiyyət -- iddia
Düsturdan göründüyü kimi, özünüqiymətləndirmənin səviyyəsi iki mühüm amilin - müvəffəqiyyət və iddianın qarşılıqlı əlaqəsi ilə şərtlənir. Bəs, insanın özünü yüksək qiymətləndirməsi nədən asılıdır? Formulda bunun faktik olaraq iki yolu göstərilir.
XIX əsrin sonlarında özünüqiymətləndirmə ilə müvəffəqiyyət və iddia arasındakı asılılıq hələ eksperimental surətdə öyrənilməmişdi. U. Cems bu asılılığı intiutiv surətdə tapmış və onu ümumi şəkildə ifadə etmişdi. Psixologiyada bu problem eksperimental surətdə XX əsrin 30-cu illərindən öyrənilməyə başlanılmışdır.
İddia nədir? Onun müvəffəqiyyətlə nə kimi əlaqəsi vardır? Bu kəmiyyətlər özünüqiymətləndirməyə nəcə təsir göstərir?
30-cu illərin əvvəllərində motivasiya məsələləri psixologiyada daha çox aktuallıq kəsb edirdi. Bu sahədə eksperimental tədqiqatlar aparan alimlərin diqqətini maraqlı bir fakt cəlb etdi: adamlar özlərinin uğurlarına və ya uğursuzluqlarına eyni münasibət bəsləmirdilər. Bir eksperimentlə tatıış olaq: xüsusi lentə bərkidilmiş dəmir qarmaqlar divar boyu müəyyən səratlə hərəkət edir. Təcrübədə iştirak edən adamlara 16 halqa verilir. Onlar müəyyən vaxt ərzində halqaları qarmaqlara atmalıdırlar. Adamların bir qismi eyni nəticəni əldə etdilər: 16 halqadan 10-nu qarmağın üzərinə ata bildilər. Lakin bu zaman onlann əldə etdikləri eyni nəticəyə miixtəlif münasibət bəsləməsi faktı müəyyən edildi: adamların bir qismi sevinir və özündən razı olduğunu bildirir, digər qismi isə öziündən narazı görünürdü. Bu o deməkdir ki, eyni bir obyektiv nəticəni (16 halqadan 10-nu ata bilən) bir adam özü üçün müvəffəqiyyət, başqa birisi isə uğursuzluq kimi qiymətləndilə bilər. Bundan başqa, eyni bir nəticoniıı bir şəraitdə müvoffoqiyyot, başqa bir şəraitdə isə müvəffəqiyyətsizlik kimi qiymətləndirilməsi mümkündür. Bu faktları nə ilə izah etmək olar?
Eksperiment prosesində adamlar öz qarşılarına konkret məqsəd qoyurlar: onlar bu məqsədə müvafiq olaraq müəyyən nəticə əldə etməyə çalışırlar.
Beləliklə, biz eksperimentdə iki kəmiyyətlə: a) adamın əldə etmək i s t ə d i y i nəticə və; b) faktik olaraq g ö s t ə r d i y i nəticə ilə rastlaşırıq. Məsələn, qarmaqlara 16 halqa salmaq istəyir (A), halbuki ona verilmiş vaxt ərzində ancaq 10-nu ata bilir (B).
Müəyyən edilmişdir ki, eksperiment zamanı adaraların əldə etdikləri nəticə öz-özlüyündə hələ müvəffəqiyyət və ya uğursuzluq kimi nəzərdən keçirilə bilməz, hər hansı bir adamın özü haqqındakı təsəvvürlərindən, özünə verdiyi qiymətlərdən və s. asılı olaraq bu və ya digər nəticə müvəffəqiyyət və ya uğursuzluq kimi qiymətləndirilir.
Müasir psixoloji təsəvvürlərə görə insanı özünütənzimlədən və özünütəkmilləşdirən sistemdir. Hər bir sistemin mühüm bir xüsusiyyəti vardır: o, bir qayda olaraq, özünün sabitliyini saxlamağa cəhd göstərir.
İnsanın psixi həyatı çoxcehətlidir. Onun duyğuları, təfəkkürü, eləcə də hissləri sahəsində də müxtəlif ziddiyyətlər özünü göstərir. Şəxsiyyətin inkişafının hərəkətverici mexanizmlərini təhlil etmək üçün bu ziddiyyətləri müəyyən etmək kifayətdirmi? Şübhəsiz ki, yox. Həmin ziddiyyətlərin təhlili öz-özlüyündə duyğunun, təfəkkürün və ya hisslərin inkişaf mexanizmini aydınlaşdırmaq imkanı verir, lakin onlar şəxsiyyətin hərəkəlverici mexanizmlərini izah etmak üçün kafi əsas ola bilməz. Qarşıya sual çıxır: bəs, onda biz şəxsiyyətin inkişafının hərəkətverici mexanizmlərini hansı ziddiyyətlər əsasında izah edə bilərik?
Suala cavab vermək üçün biz şəxsiyyətin fəallığının mənbələri məsələsinə diqqəti cəlb etməliyik.
Təlabatların özlərinin təmin olunması daxilən ziddiyyətli prosesdir. Bu məsələni düzgün başa düşmək üçün iki cəhəti nəzərə almaq lazımdır.
Təlabatlar bir qayda olaraq fəaliyyət və ünsiyyət prosesində dəyişirlər: əmələ gələn və təmin olunan tələbat əsasında başqa tələbat əmələ gəlir. Bu iki (əvvəlki və sonrakı) tələbat hətta eyni tipli olduqda belə, çox vaxt bir-birlərini sadəcə olaraq təkrar etmirlər. Onların məzmunu tədricən genişlənir.
İnsan məhz təlabatların aradan qaldırılması prosesində bir şəxsiyyət kimi formalaşır və inkişaf edir. Bu prosesi ən ümumi şəkildə aşağıdakı kimi təsəvvür etmək olar. Fəaliyyət prosesinde əvvəlki tələbatlar dəyişilir, yeni tələbat əmələ gəlir. Lakin insanın real imkanları həmin tələbatları təmin etmək üçün azlıq edir. O, özünün yeni tələbatlannı təmin etmək üçün yeni vasitələr axtarır: müvafiq üsullara, əməliyyatlara, bacarıqlara, biliyə və s. yiyələnir, beləliklə də tələbatlarla onların təmin olunması imkanları arasındakı ziddiyyətləri fəaliyyət prosesinde aradan qaldırır. Bu proses ardıcıl suretdə təkrar olunur: hər dəfe tələbatların təmin olunması zəminində yeni tələbatlar əmələ gəlir, yəni tələbatlarla onların real surətdə təmin olunması imkanları arasında ziddiyyət əmələ gəlir. Şəxsiyyət öz fəaliyyəti prosesində onları aradan qaldırır, bu əsasda yenə də müəyyən tələbatlar yaranır. Proses ardıcıl surətdə davam etdikcə, hər dəfə şəxsiyyətin inkişafında yeni cəhətlər xüsusiyyətlər, xassələr əmələ gəlir. Bu zəmində şəxsiyyətin özünə verdiyi qiymət meyarları dəyişir, əldə etdiyi uğurlar, düçar olduğu uğursuzluqlar, bu yolda rast gəldiyi adamlar onü- özünü dərk etməsi üçün şərait yaradır, iddia və gözləmə səviyyələrinə təsir göstərir, nəinki özü haqqında təsəvvürlərini, həm də dünya, insanın borcu və vəzifələri, həyatın mənası, insanın qiymətli keyfıyyətləri haqqında təsəvvürlərini dəyişir. Bu şəraitdə onun motivasiya sahəsi, sərvət meylləri, münasibətlər sistemi formalaşır, mənlik, şüuru inkişaf edir.
Tələbatlar ictimai tarixi xarakter daşıyır:Belə ki, tələbatların «təbiəti və təminolunma üsulları» insanları bir-biri ilə bağlayır (cinslərarası münasibətlər mübadilə, əmək bölgüsü), buna görə də bir-birilə qarşılıqlı münasibətə girmək onlar üçün zəruriləşir.
Bu mühüm faktdan çıxan ilk nəticə bundan ibarətdir ki: a) insanın tələbatlarının formalaşması prosesinə başqa adamlar, xüsusilə kollektiv mühüm təsir göstərir, b) insan başqa adamlarla qarşılıqlı əlaqə şəraitində öz tələbatlarını təmin edərken onların mənafeyini nəzərə almaqla yeni müəyyən sosial normalara, birinci növbədə, əxlaq normalarına əməl etməlidir. Bu o deməkdir ki, kiçik yaşlarından başlayaraq tələbatlann tərbiyə olunması şəxsiyyətin formalaşmasının çox mühüm bir sahəsini təşkil edir.



Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə