Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxımdan təhlili



Yüklə 181,46 Kb.
səhifə42/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   38   39   40   41   42   43   44   45   ...   52
Mühazirə Psixologiya

3. Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxımdan təhlili. Aparılmış müşahidələr və araşdırmalar göstərir ki, eyni qrupa daxil olan adamlar bir-birlərinə münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özlərinin işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha doğrusu, onu nə dərəcədə qəbul edib-etməmələrinə görə qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza malik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir; biri ilə daima ünsiyyətdə olmağa can atsalar da, digərini görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq mümkün olduğu halda, digərinə etibar etmir, inanmırlar və s. Bu hal qrup differensiasiyası kimi diqqəti cəlb edir. Şübhəsiz qrup differensiasiyasını aşkara çıxarmaq onun gələcək fəaliyyətinin səmərəliliyini təmin etmək nöqteyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edir. Bu cəhət uzun müddət birgə fəaliyyətdə olan şagird qruplarında (siniflərində) özünü daha qabarıq şəkildə göstərir.
Şagird qruplarında qrup differensiyasını aşkara çıxarmaq üçün ya uzun müddətli, sistematik və ciddi pedaqoji müşahidələr aparmaq, ya da müvafiq müəyyənedici eksperimentlərdən istifadə etmək lazım gəlir. Qrup psixorlogiyasını öyrənən psixoloqlar qrupdaxili differensiasiyanın iki başlıca sistemini: sosiometrik və referentometrik seçməni fərqləndirmişlər.
Birinci növbədə şəxsiyyətlərarası seçməni sosiometrik baxımdan nəzərdən keçirək. Qrupdaxili münasibətlərin statik mənzərəsini sosiometriya adlanan metodun köməyi ilə əldə etmək mümkündür. Bu metod, onun tətbiqi və təhlili qaydaları Amerika psixoloqu C.Moreno tərəfindən irəli sürülmüşdür. Sosiometriyadan qrup üzvləri arasında mövcud olan simpatiya və antipatiyanı aşkara çıxarmaq üçün geniş istifadə olunur. Onun köməyi ilə eyni zamanda qrup liderini müəyyənləşdirmək mümkündür.
Adətən, sosiometriya metodu aşağıdakı şəkildə tətbiq olunur:
1. Qrup üzvlərinə sosiometrik kriteriyanı (ölçünü) özündə əks etdirən təlimat verilir. Məsələn, qrup üzvlərinə belə bir mətn çatdırılır: «fərz edin ki, sizin qrupa (sinfə) dərs ili ərzində daha bir neçə nəfər əlavə olunub. Ona görə də bu qrupu iki yerə ayırırlar. İndi sən kiminlə bir sinifdə olmaq (və ya kiminlə bir partada oturmaq, kiminlə birlikdə imtahanlara hazırlaşmaq) istərdin? Əgər o olmasa ikinci və üçüncü kimi seçərdin?
2. Həmin ölçüdən asıılı olaraq qrup üzvləri hər bir seçdikləri yoldaşlarının adlarını seçdikləri ardıcıllığa uyğun (1,2,3) vərəqdə qeyd edib yoxlamanı aparana təhvil verirlər.
3. Müvafiq suallara verilmiş cavablar statistik yolla işlənilir, sosiometrik matris, sosioqramlarda öz əksini tapır. Matris və sosioqramlar qrup üzvlərinin qarşılıqlı seçmələrini aydınlaşdırmağa imkan verir. Sosiometrik matrisa adi idman yarışı yekun cədvəllərinə oxşar şəkildə tərtib olunur. Qrup üzvlərinin adları eyni ardıcıllıqla üfiqi və şaquli şəkildə qeyd olunur. Əgər birinci adam birinci olaraq üçüncünü seçmişsə üçüncü xanədə 1 rəqəmi qeyd olunur; həmin adam ikinci olaraq 6-cını seçmişsə altıncı xanədə 2 rəqəmi qeyd olunur; üçüncü olaraq 4-cü adamı seçmişsə öz sırasının 4-cü xanəsində 3 rəqəmi qeyd olunur. Sonrakı adamların (şagirdlərin) seçimləri də bu qayda ilə qeyd olunur. Əgər seçimlər qarşılıqlıdırsa yazılan rəqəm dairəyə alınır.
Cədvəlin sonunda seçilmə və qarşılıqlı seçilmənin miqdarı göstərilir (sosiometrik seçməni göstərən matrisa müvafiq mühazirənin prezintasiyasında 9-cu slaydda göstərilib).
Nəticədə kimin daha çox seçildiyi (və ya seçilmədiyi) aydın olur. Sosiometrik seçməni göstərən sosioqrama gəldikdə bu qrafik şəklində tərtib olunur. Bunun üçün bir-birinin içərisində olan dörd dairə çəkilir. Ən çox seçilən qrup üzvünün sıra nömrəsi daxildəki dairədə, nisbətən bir-birindən çox seçilənlər 2-ci və 3-cü dairələrdə, heç seçilməyənlər isə sonuncu – dördüncü dairədə qeyd olunur. Seçmənin xarakteri xətlərdəki oxlarla qeyd olunur. Əgər qrupda oğlan və qızlar olursa məsələn, qızların sıra nömrəsi kiçik dairələrdə, oğlanlarınki isə üçbucaqda qeyd olunur.

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə