Mövzu 11. Peşəkar “yanma” fenomeni, onu yaradan səbəblər və qarşısının alınması yolları Peşəkar yanma



Yüklə 28,53 Kb.
səhifə3/4
tarix28.12.2022
ölçüsü28,53 Kb.
#97968
1   2   3   4
Müh. 11

1. Faza «gərginləşmə». Əsəbi gərginlik (narahatlıq) emosional tükənmənin başlamasından xəbər verən və onun yaranma prosesini işə salan bir mexanizmdir.
«Psixoloji sarsıntı şəraitinin yaşanması» simptomu. Bu zaman insan elə dərk edir ki, onun peşəkar fəaliyyət faktorları ona yüksək psixi sarsıntı, travma yetirir, bu cür düşünmə getdikcə güclənir və onun qarşısını almaq ya çox çətin, ya da qeyri mümkün olur. Peşəsi ilə bağlı qıcıqlanma getdikcə artır. Situasiyanın həll olunmazlığı isə digər yanma təzahürlərinin ortaya çıxmasına rəvac verir.
«Özündən məmnun olmamaq» simptomu. Yaşanmış uğursuzluqlara görə ya da psixi-sarsıntı şəraitinə təsir edə bilmədiyinə görə insan adətən özündən narazılıq hiss etməyə başlayır. O, həm özündən, həm peşə seçimindən, tutduğu vəzifədən, gördüyü işdən, konkret öhdəliklərdən narazılıq hiss edir. Emosional yerdəyişmə mexanizmi işə düşür- energetika təkcə xaricə deyil, həm də insanın içinə yönəlməyə başlayır. Yanmanın ilk mərhələsində insanlar gərginlik göstərməyə başlayır, sonradan isə özünümüdafiəyə keçirlər, yəni psixoloji müdafiə simptomu yaşanır.
 «Qəfəsə sıxılmaq» simptomu. Psixi-sarsıdıcı şərait həddindən çox təzyiq göstərəndə və onları aradan qaldırmaq mümkün olmadıqda, biz adətən elə hiss yaşayırıq ki, sanki çıxılmaz vəziyyətə düşmüşük. Biz nəyisə dəyişməyə çalışır, dəfələrlə öz işimizin bizi razı salmayan tərəflərini, xoşa gəlməz aspektlərini düşünüb-daşınırıq. Psixi enerjinin bir yerdə cəmlənməsi təhlükəli həddə çatır. əgər o çıxış yolu tapa bilmirsə, onda insan özünün «sanki, küncə, qəfəsə sıxılmış» kimi hiss edir. Bu vəziyyət «intellektual-emosional dalan, tıxac» halı hesab olunur.
2. Faza «tükənmə». Ümumi enerji tonusunun xeyli miqdarda aşağı düşməsi və əsəb sisteminin zəifləməsi ilə xarakterizə olunur. Yanma formasında emosional müdafiə şəxsiyyətin ayrılmaz bir atributuna çevrilir.
 «Emosional defisit»  simptomu. Peşəkara belə bir hiss gəlir ki, o artıq emosional baxımdan öz fəaliyyət subyektlərinə kömək edə bilməyəcək. O, özünü onların yerinə qoymaq, onların dərdinə həm şərik olmaq, mərhəmət göstərmək, onlar ilə bilikdə narahat olmaq, situasiyaya reaksiya vermək, insanı silkələməli, onun intellektini sınağa çəkən, iradəsini toplayıb, cəsarətli davranmağa sövq edən situasiyalara cavab vermək iqtidarında deyil. Kəskinlik, kobudluq, qıcıqlanma, küskünlük, şıltaqlıq «emosional defisit» simptomunu tamamlayır.
«Emosional kənarlaşdırma» simptomu. Insan peşəkar fəaliyyət sferasından öz emosiyalarını tamamı ilə uzaqlaşdırır. Onu demək olar ki, heç nə narahat etmir, demək olar ki, heç nə onda emosional əks-səda, haray doğurmur –nə pozitiv, nə də neqativ vəziyyət. O tədricən robot, cansız avtomat kimi işləməyi öyrənir. Digər sferalarda isə yarımcanlı varlıq kimi həyat tərzi sürür. Heç bir emosiya və hiss olmadan yaşamaq emosional tükənmənin ən gözə çarpan və parlaq simptomudur.
«Psixi-somatik və psixi-vegetativ pozulmalar» simptomu. Psixi və fiziki sağlamlıqda özünü göstərir. Peşəkar fəaliyyət ilə bağlı bir sıra amillər insanın psixi və somatik durumuna mənfi təsir göstərir. Bəzən hətta onlar haqqında fikirləşmək və ya onlar ilə istənilən əlaqə insanın əhval-ruhiyyəsini pozur, pis assosiasiyalara, yuxusuzluğa, qorxu hissinə, ürək tərəfdə xoşa gəlməz ağrılara səbəb olur, oynaqlarda reaksiyalar və kəskin xroniki xəstəliklər ilə nəticələnir. Bu onu sübut edir ki, emosional müdafiə (tükənmə) artıq bu yükün ağırlığının altından çıxa bilmir və emosiyaların enerjisi digər alt sistemlər arasında paylanır.

Yüklə 28,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə