Mövzu 11. Peşəkar “yanma” fenomeni, onu yaradan səbəblər və qarşısının alınması yolları Peşəkar yanma



Yüklə 28,53 Kb.
səhifə4/4
tarix28.12.2022
ölçüsü28,53 Kb.
#97968
1   2   3   4
Müh. 11

Profilaktika və müalicə
Istənilən bir xəstəlik kimi, yanma sindromundan da vaxtında xəbər tutmaq və onu səmərəli şəkildə müalicə etmək mümkündür.Yanmanın qarşısını almaq üçün ilk addım –məsələni özünlə aydınlaşdırmaqdı: təkcə öz hədəflərini müəyyən etməklə kifayətlənmək olmaz, siz öz gələcək obrazını təsəvvür etməli və indi etdiklərinizin mənası nədir-sualına cavab verməlisiniz. Bu situasiyanın axırıma çıxmağın ən geniş yayılmış üsulu –ondan daha yüksəyə qalxmağa cəhd etmək, öz baxış bucağını dəyişdirmək, öz vəziyyətinə və öz işinə qlobal nöqteyi-nəzərdən yanaşmaq, daha açıq gözlərlə baxmaqdır.
İkinci üsul isə hazırkı iş yeri ilə sıx əlaqədar, qonşu bir sahəyə keçməkdir, onda keçmiş biliklər, bacarıqlar və səriştələr özünə yeni tətbiq sahəsi tapır. Insan bir növ özünə horizontal (üfüqi istiqamətli) karyera qurmuş olur.
Üçüncü üsul, vəzifələrin icrasını dayandırmadan, bu əməkdaşları daha qlobal hədəflərə nail olmaq alətinə çevirməkdir.
Dördüncü üsul ondan ibarətdir ki, insan eyni situasiyada qalmaqda davam edərək, öz gücünü yenə də əvvəlki kimi ona yaxşı bəlli olan, yaxşı mənimsədiyi tapşırıqlara deyil, yeni məsələlərə, həll yolu ona məlum olmayan tapşırıqlara, onun uçub problem hesab olunan məsələlərə yönəltsin. Onda köhnə peşədə yeni anlam kəsb etməyə başlayır, onun özünü inkişaf üçün bir alətə çevrilməsi isə peşəkar yanmaya qarşı bir profilaktika tədbiri rolunu oynayır.
Peşəkar yanmadan müalicənin tam universal resepti olmasa da, bu problem məqsəd yönlü şəkildə onunla məşğul olduqda həll oluna bilər. Hər bir kəs gərək müəyyən dövrdən bir dayansın və ətrafına nəzər gəzdirsin. Bir az tənhalığa çəkilib kim olduğunu, haradan gəlib, hara getdiyini, kim ilə həmyoldaş olduğunu, hansı sürətlə və ən vacibi nəyə görə -hansı məqsədlə hərəkət etdiyini fikirləşsin.
Yüklə 28,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə