Mövzu №13. Kağız və kartonla görülən işlərlə əlaqədar təşkili


Applikasiya (qurama) işləri



Yüklə 39 Kb.
səhifə2/2
tarix08.01.2022
ölçüsü39 Kb.
#82714
1   2
mühazire 13

Applikasiya (qurama) işləri

Applikasiya - texniki təsvir növündən olub, müxtəlif formaların kəsilməsi, fon kimi qəbul edilən başqa material üzərinə qoyulması və bərkidilməsinə əsaslanır.

«Applikasiya» anlayışı öz xüsusiyyəti və key­fiyyətinə görə yerinə yetirilmə texnikasının oxşarlığını birləşdirən, müxtəlif olan materiallardan bədii əsərlərin ya­radılması üsulunu özündə əks etdirir. Hər bir material öz xüsusiyyətlərinə malikdir ki, applikasiyanın yerinə yetirilmə texnikasına özünün müəyyən təsirini göstərir: məs; kağız, saman, qurudulmuş bitkilər, kimi materiallar fona müxtəlif yapışqanlarla bərkidilir.

Applikasiya -çox sadə və əlverişli bədii əsər ya­ratma üsuludur ki, bu zaman təsvirin özünün real görünüşü saxlanır. Bu imkan verir ki, applikasiyadan təkcə tərtibat məqsədi ilə deyil (əyani vəsaitlərin müxtəlif oyunlar üçün vəsaitlər, oyuncaqlar, bayraqlar, bayramların keçirilməsi üçün kostyumlara bəzəklər, suvenirlər, divar qəzetləri, sərgi, və s.), həm də şəkil, ornament və s. yaradılmasında istifadə edilsin.

Əl əməyinin təşkilində əsasən applikasiya üsu­lundan istifadə edilir. Belə ki, kağız, parça, bitkilərdən istifadə etməklə applikasiya yolu ilə kompazisiyalar, açıqcalar, kitabçalar və s. hazırlamaq olar.

Applikasiya sözü latınca applicatio - yapışdır­maq sözündən götürülüb. Təsviri sənətin bu növü hələ qədim dövrlərdən geniş yayılmışdır. Parçadan applika­siya - rəngbərəng, müxtəlif fiqurlar formasında kəsilib uşaq paltarına tikilmiş olur. Təbii materiallardan - sa­man çöpündən, qurudulmuş bitkilərdən hazırlanmış applikasiyalar daha qiymətlidir. Müxtəlif ornamentlərlə bəzədilmiş milli paltarlardakı bəzəklər, hətta divar qəzetinin başlığı da applikasiya hesab edilir.

Uşaqlar şəkil çəkməklə yanaşı maraqlı, applika­siyalar da kəsməyi xoşlayırlar. Applikasiya üçün uşaq­lara ilk növbədə qayçı ilə düzgün işləməyi öyrətmək la­zımdır. Qayçının əldən ələ halqa hissəsini uzadıb ver­mək lazımdır ki, iti ucu onun əlini zədələməsin. Qayçını stəkana iti ucu aşağı vəziyyətdə qoymaq lazımdır.

Uşaqlara kağızdan bir neçə zolaq kəsməyi tap­şırın. Aşağıdakı qaydalara riayət edin:



  • Kəsmə xətti düz, çıxıntısız olmalıdır. Bunun qarşısını almaq üçün iti qayçı ilə işləyin;

  • Düz xətləri ağzı düz olan qayçı ilə kəsin;

  • Kağızı düz xətt boyunca kəsərkən, kəsik yerini boş buraxıb, qayçını üzü yuxarı tutub kəsin;

  • Dairə və ya digər formaları kəsərkən qayçını sağ əldə tutub, sol əllə kağızı xətt boyunca fırladın;

  • Çox xırda detalları orta ölçülü qayçılarla kəsin;

  • Kağızda dəlik açmağı öyrənin. Əvvəlcə qayçı­nın iti ucu ilə dəlik açın, sonra ortasını kəsin;

  • Kağızı qənaətlə işlədin. Artıq qalmış kağız par­çalarını atmayın. Onlardan sonra xırda detalları kəs­mək üçün istifadə edə bilərsiniz.

Uşaqlara qayçı tutmağı, zolaqlar və digər asan formaları kəsməyi öyrətdikdən sonra onlara bir neçə qaydanı başa salın. Əvvəlcə bir vərəqi ortadan qatla­yın. 2 səhifəli «dəftər» alınacaq. Qatlanmış vərəqin bir yarım hissəsini sizə tanış olan ağaclardan birinin yar­pağının yarısını qələmlə çəkib, kəsin. Vərəqi açın, bu zaman hazır yarpaq alınacaq. Əgər səliqəsiz kəsibsinizsə, təəssüflənməyin. Yenidən təkrar edin. ( palıd, qarağat, ağcaqayın, tozağacı yarpaqları).

Sarı, narıncı, qırmızı kağızlardan payız yarpaq­larını, yaşıl kağızlardan isə yay yarpaqlarını kəsin. Bitkilərin budaqlarım kağız zolaqlarından kəsmək olar.



Sonra ilk applikasiyaları düzəltməyə başlayın. Fon üçün rəsm kağızı və ya nazik karton götürün, üzə­rinə budaqları və yarpaqları yapışdırın. Sonra üzərinə ağır əşya qoyun ki, applikasiyalar qarışmasın. Yük ki­mi işlətdiyiniz ağır əşya (kitab) bulanmasın deyə yapışdirilmiş applikasiyanın artıq qalan yapışqanını əski ilə silin, üzərinə təmiz kağız qoyun. Yapışqanı fırça ilə formanın ortasından başla­yaraq kənarlarınadək sürtün, 1-2 dəqiqə gözləyib sonra yapışdırın ki, qırışlar yaranmasın Uşaqlar budaqları, çiçəkləri kəsməyi bacardıq­dan sonra onlara güldan kəsməyi öyrədin.

Göbələklər. Uşaqların bəziləri göbələkləri meşə­də, bəziləri isə kitablarda görüb. Göbələyin papağı üçün qırmızı, ot üçün yaşıl, papaqdakı dairələr üçün ağ kağız götürün. Göbələklərin kökü üçün kağızı püskür­mə yolu ilə rəngləyin. Bütün detalları kəsib yapışdırın. Əvvəlcə göbələklərin gövdəsini, onun üzərinə papağını, aşağı hissəyə otları, papağın üzərinə isə ağ dairələri ya­pışdırın. Tanıdığınız digər göbələk növlərini də bu qay­da ilə düzəldə bilərsiniz.




Yüklə 39 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə