Mövzu 2 Mənəcməntin təkamülü



Yüklə 45,04 Kb.
səhifə4/4
tarix23.07.2023
ölçüsü45,04 Kb.
#119837
1   2   3   4
Movzu 2

İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qay­­­da­da yanaşmanı tələb edir. onlar qeyd edirdilər ki, əmək prosesində işçilərin fərdi xüsusiyyətləri, tələbat ba­ca­­­rığı, qa­bi­liyyəti, səriştəsi, psixologiyası ayrı-ayrılıqda nə­zərə alın­­ma­lıdır.
Bu məktəb idarəetmənin və fəaliyyətin səmərə­li­li­yi­nin ar­tırılması məqsedilə, maddi və mənəvi həvəslən­dir­məni, ida­rəetmedə insan amilini, iş şəraitini, ictimai mü­nasibətləri nə­zərə almağı zəruri hesab edirdi.
İnsani münasibətlər məktəbinin nümayəndələrindən Meri Follet, Elton Mayo, Abraham Maslou və başqalarını mi­sal göstərmək ölar. Meri Follet menecmenti “digərlə­rinin kö­məyi ilə işlərin yerinə yetirilməsinin təmin olun­ması” ki­mi hesab edirdi. Elton Mayo və Abraham Maslou belə hesab edirdilər ki, əmək məhsuldarlığının artırıl­ma­sına nail ol­maq üçün təkcə maddi maraq amili şərt deyil­dir. Bu zaman iş­çilərin arasındakı münasibətlərin düzgün qu­­­rul­ması və idarə olunması, məsələn işçilərlə məs­lə­hət­ləş­­mələr aparmaq, köl­lək­tivdə xöş ünsiyyət yaratmaq, ön­la­rın əhtiyacları, pröb­ləm­ləri ilə maraqlanmaq vacibdir.
İnsani münasibətlər məktəbinin nümayəndələri aş­ağı­da­kı məsələləri tədqiq etmişlər:

  1. Fərdi davranış.

  2. Qrupların meydana gəlməsi.

  3. Qrup davranışı.

  4. İnsanlararası münasibət.

  5. Motivasiya.

  6. Liderlik.

Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri ara­­sın­da ən mütərəqqi səciyyə daşıyır. Bu məktəb idarə­etmedə riyazi- iqtisadi modellər və üsulların tətbiqini nə­zər­­də tutur. Müasir idarəetmə məktəbi yeni texno­lo­gi­ya­ların ida­rə­etmə­yə gətirilməsinə üstünlük verir. Məsə­lən yəni rabi­tə tex­no­lo­giyalarının köməyi ilə informasiyaların ötü­rül­mə­si, kom­pü­tər tex­no­lo­giyası vasitəsiləri yazi he­sab­la­ma­ların aparılması, məlu­mat­la­rın uçota alınması, sax­la­nıl­ma­sı, işlənməsi və ötürül­məsi, tex­niki vasitələrlə ha­di­sələrin gedişatını izləmək və mü­şahi­dələr aparmaq və s. Bu hallar idarəetmə sahəsində vax­­­ta, əl əməyinə xeyli qə­na­ət olun­ma­sına, işin səmə­rəlili­yi­­nin, sürətinin və key­fiy­yəti­nin yük­səldilməsinə səbəb oldu.
İdarəetmə məktəbləri idarəetmə elminin formalaş­ması və inkişafında böyük rola malik olmuşdur. Çünki bu mək­təblər idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş, bu sahədə tədqiqatlar aparmış və probləmləri araşdır­ımış­dır. İda­­rəetmə elminin hazırki duruma gəlib çıxmasını ida­rə­etmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiy­­mət­ləndirmək ölar.
Yüklə 45,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə