Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 4. AR-nin ərazisinin fiziki və coğrafi şəraiti haqqında anlayış



Yüklə 296,18 Kb.
səhifə24/50
tarix18.05.2022
ölçüsü296,18 Kb.
#87299
1   ...   20   21   22   23   24   25   26   27   ...   50
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 4. AR-nin ərazisinin fiziki və coğrafi şəraiti haqqında anlayış.


AR-si qitənin şərq hissəində yerləşir. Həmin hissədə Yunanıstan, İspaniya, Türkiyə, Koreya dövlətlərində yerləşirlər.
AR-nin ərazisi-şimal-cənub tərəfdən – 400 km-dir. Qərb və şərq tərəfdən – 500 km-dir. Respublikanın əsas hissəsi böyük və balaca Qafqaz və Talış dağları ətəyində yerləşibdir.
Əgər sakinləri (sərhədləri) götürsək ərazinin uzunluğu – 955 km-dir. AR-da ən böyük yarımadalar: Abşreon, Kür saçağı, Sara; su axınları – Abşeron, Qızılağac, Bakı buxtası; adalar – Yaşayış, Pirallahi; Ən böyük çaylardan Kür, Arazdır. Kür çayına aid olan çaylar – Qanıx, Qabırrı, Turyan, Ağstafa, şəmkir, Tər-tər; Araz çayına aid olan çaylar – Arpa, Naxçıvan, Oçu, Akera, Kəndələn və başqaları. Xəzər dənizinə aid olan çaylar - Samur, Kudial, Vəlvələ, Bilyaş, Lənkəran və s.
Azərbaycan Respublikasında 8400 böyük və balaca çaylar axır. Onlardan bir neçəsinin uzunluğu – 5 km-dəkdir. Cəmi 24 çayın uzunluğu 100 km-dan artıqdır.
Kür çayının uzunluğu – 1515 km-dir. Öz mənbəyini şimal-qərb hissədən Qızılyadıq çayından. Sabirabadda Araz çayı ilə birləşərək Xəzər dənizinə tökülür.
Araz çayı öz mənbəyini Türkiyənin ərazisindən götürür. Uzunluğu – 1072 km. Samur çayı – böyük çaydır. Öz mənbəyinin Dağıstanın ərazisindən götürür. Uzunluğu – 216 km. Xəzər dənizinə tökülür.
AR-da ərazisində 250-dək çox göllər var. Bir neçəsinin suyu duzdudur və içməli sulardır. Onlardan – Göygöl, Maralgöl, Qaragöl, Batabatgöl, Ağ göl, Sarı göl, Mehman göl, Hacıqabul və Böyük şor gölləridir.

  • 60 çox su ambarları var. Tutumları 19 mlrd m3dır. Mingəçevir su ambarı – 1 mlrd m3-dır.

  • Torpaq tərkibi cəhətdən AR-si ərazisi.

-dağlıq- düzənlik;
-dağlıq-meşəlik;
-dağlıq-göl-dur
Onun ərazisində (Lənkəran və Qafqaz) ən qiymətli bitki bitir – Flora;

  • AR-si ərazisində heyvan aləmi çox zəngindir – Ceyran, Maral, dağ keçiləri, dövşan, canavar, tülkü, çaqqallar, ayı və s.

  • Balıqlardan – 50-yə yaxın növləri var. Onlardan asetrina, beluqa, los, sevruqa, seld, kütüm, sazan, minoqa, ğilka və s.

  • Ekoloji cəhətdəm AR-nin ərazisi (Abşeron yarımadasında) ən çirkli havası, suyu və torpağın tərkibi. Ancaq dağlıq hissəsində hava və su təmizdir.

  • Azərbaycanda 14 zapovednik, onlar dövlət tərəfindən mühafizə olunurlar. Həmin sahədə - maral, ceyran, tur, muflon, dağ keçisi və sayqar saxlanılır.

  • AR-nın iqliminə Xəzər dənizi çox təsir göstərir. Burada 9-dan 11-dək cürbəcür iqlim olur. Onlardan

-quru iqlim (Aran sahəsi)
-nəm iqlim (Lənkəran sahəsi)
-yumşaq iqlim (Böyük və Kiçik Qafqaz dağları ətəkləri) Havası hərarəti – min 250C
– max +440C
Abşeron yarımadasında güclü küləklər əsir – 20 m/san-dək.
Vulkanlar Yer kürəsində nadir hadisə deyildir. Onlar öz adlarını çox əsrlərdən əvvəl qədim Romada od və dəmirçilik Allahı Vulkanusdan götürmüşlər. İlk dəfə Tirren dənizində yerləşən adaya Vulkanno adı verilmişdir ki, romalılar da bu adanı Allah tərəfindən yaradılmış cəhənnəmi giriş qapısı adlandırmışlar. Vulkanlarla ən zəngin olan yer əsasən Sakit okean sahilləri və orada yerləşən adalardır. Avropada ən məşhur yanar vulkanlar Vezuvi və Etnadır (İtaliya).
Bizim ölkəmizdə əsasən palçıq vulkanlarımövcuddur. Palçıq vulkanları təbiətin nadir və maraqlı hadisələrindən biridir. Ölkəmizin ərazisi palçıq vulkanlarmm inkişaf etdiyi nadir bir regiondur.
Planetimizdə ınövcud olan 850-yə yaxın palçıq vulkanlarının 300-dən çoxu Azərbaycanda yerləşir. Odur ki, Azərbaycan haqlı olaraq palçıq vulkanları diyarı adlandırılır.
Palçıq vulkanları başlıca olaraq Şərqi Azərbaycan ərazisində - Şamaxı - Qobustan, aşağı Kür çökəkliyi, Abşeron yarımadası və Bakı buxtası ətrafında geniş yayılmışdır.
Azərbaycan ölkəsinin tarixi əraziləri Cənubi Qafqazın şərq və cənubi-qərb hissəsini və indiki İran dövlətinin şimali – qərbini əhatə edir. Ümumi sahəsi 400 min km2, əhalisinin sayı 55 milyondan artıq olan bu ölkənin şimal hüdudları Dərbəndə, cənub hüdudları isə Həmədana qədər uzanır. Şərqdə Xəzər dənizi və Qəzvin şəhəri, qərbdə isə indiki Gürcüstan və Türkiyə ilə həmsərhəddir. Hazırda bu tarixi ərazinin yalnız 86,6 min km2 hissəsində müstəqil Azərbaycan Respublikası fəaliyyət göstərir ki, onun da əhalisinin sayı artıq 9,6 milyonu keçmişdir. Yerdə qalan Azərbaycan torpaqlarının böyük bir hissəsi – Cənubi Azərbaycan indiki İran dövlətinin tərkibindədir ki, onun da ərazisi 280 min km2 və əhalisi – 35 milyondan artıqdır. Bundan savayı 27 min km2 Azərbaycan torpaqları indiki Ermənistan, 8 min km2 – Gürcüstan və 4 min km2 Rusiya Federasiyasının Dağıstan Respublikasının tərkibində qalmaqdadır. Iraqın şimalında Kərkük və Türkiyənin İqdır vilayətləri də tarixən Azərbaycan türklərinin yaşadığı ərazilərdir. Araz çayı Azərbaycan ərazilərini iki hissəyə bölür. Arazdan başqa Şimaldan Kür, cənudan isə Qızıl Üzən (farslar ona Səfidrud deyirlər) Azərbaycanın ən böyük çaylarıdır. Bundan əlavə, ölkədə 187 çay vardır ki, onların hamısı başlanğıcını dağlardan götürür. Azərbaycanın cənubunda şor sulu Urmiya gölü yerləşir. Onun sahəsi 5900 kvadrat kilometr, uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün sutoplayıcı hövzəsinin ümumi sahəsi 50 min kvadrat kilometrdir. Maksimal dərinliyi 15 metr olan bu gölün səviyyəsi yalnız yağmurlu payız və yaz aylarında qalxır. Yayda isə su səhtinin intensiv buxarlanması nəticəsində gölün su səviyyəsi kəskin azalır. Son zamanlar İran dövlətinin bu ölkədə apardığı ekoloji siyasət Urmiya gölünü tam qurumaq təhlükəsi qarşısında qoymuşdur.
Azərbaycan tarixən dağlıq ölkə kimi məlumdur. Böyük Qafqaz dağlarının şərq qolu Azərbaycanın ərazisinə daxil olduqdan sonra cənub istiqamətində uzanır və Kiçik Qafqaz dağ silsiləsini təşkil edir. Silsiləni cənuba doğru uzanan, İraq və İranın sərhəddini təşkil edən Zaqroş dağları davam etdirir. Azərbaycanın
Urmiya gölü hövzəsindəki qərb sərhədləri Zaqroş dağlarına söykənir. Azərbaycanda Murovdağ, Şahdağ, Qarabağ yaylası, Talış, Qaradağ, Səhənd, Savalan və sair dağlar, Kür –Araz, Lənkəran, cənubda Ərdəbil, həmçinin Urmiya gölü hövzəsi düzənliyi, Sulduz, Miyanə, Zəncanrud vadiləri və sairə kimi böyük ovalıqlar yerləşir. Dağlararası çay vadiləri hələ qədimdən yararlı torpaqlara malik idi. Azərbycanın təbii mənzərəsini dağ və çaylar ilə yanaşı məhsuldar ovalıq və vadilər, geniş aran hissələri təşkil edirdi ki, bu da qədim zamanlarda burada əkinçilik və maldarlığın inkişafı üçün əlverişli şərait yaratmışdı. Azərbaycanın təbii şəraiti ölkədə geniş miqyasda suvarma sisteminin yaradılmasına imkan verməmiş, yalnız ayrı-ayrı regionlarda, vadi və ovalıqlarda yerli əhəmiyyəti olan xırda suvarma şəbəkələri mövcud olmuşdur. Buna görə də Azərbaycan ərazisində yaranmış ilk qədim dövlətlərin siyasi təsir dairəsi ayrı-ayrı regionlar ilə məhdudlaşırdı.



Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə