Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 5. Bakterioloji silah və onun haqqında anlayış



Yüklə 296,18 Kb.
səhifə33/50
tarix18.05.2022
ölçüsü296,18 Kb.
#87299
1   ...   29   30   31   32   33   34   35   36   ...   50
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 5. Bakterioloji silah və onun haqqında anlayış


БАКТЕРИОЛОJИ СИЛАЩ – кцтляви гырьын силащларынын бир нювцдцр. Бу силащ – бактериал васитяляря вя онлары тятбиг етмяг цзцн ишлядилян дюйцш сурсатына, cищаз вя тяртибатларa дейилир. Бактериолоjи силащын(БС) ясасыны хястялик тюрядян микроблар вя онлардан алынан зящяр – токсинляр тяшкил едир . Xястялиk щава, су, щяшаратляр васитяси иля йайыла биляр. Дцшмянин бактериолоjи васитяляр тятбиг етдийи районларда инсанлар арасында кцтляви епидемийа, щямчинин мал-гаранын гырылмасы щаллары баш веря биляр. Bунун гаршысыны алмаг цчцн обсервасийа вя карантин постлары тяйин едилир.
Kütləvi qırğın silahlarının bir növüdür. Bakterioloji silah bakterial vasitələr doldurulmuş aviasiya bomba-larından, raketlərdən, artilleriya mərmilərindən və s. ibarət ola bilər. Bakterial vasitələr isə xəstəiik törədici mikroblardan (bakterial, viruslar, rikketsiyalar, göoələkciklər) və bakteriyaların törətdiyi zəhərlərdən - toksinlərdən ibarətdir.
Bakterioloji silahın döyüş xassələri adamlar və heyvanlar arasında kütləvi xəstəliklər törətməkdən, təsirinin uzun müddət davam etməsindən (məsələn, qarayara xəstəliyinin spor formalı mikrobları 02 zədələyici xassələrini bir neçə il ərzində saxlaya bilər), mikrobiann ətraf mühitdə çətin aşkar edilməsindən, uzunmüddətli gizli təsir (inkubasiya) dövrünə malik olmasından, mikrob və toksinlərin kip olmayan binalara hava ilə keçə bilməsi qabiliyyətindən ibarətdir.
Mühafizə olunmayan adamlar mikrob yoluxmuş hava ilə nəfəs alarkən, selikli qişalara və dərinin zədələnmiş yerlərinə mikrob və toksinlər düşdükdə, yoluxmuş qida məhsulları və sudan istifadə edərkən, yoluxmuş həşərat və gənələrin dişləməsi ilə xəstələnə bilərlər)
Düşmən adamları və heyvanları zədələmək məqsədilə taun, qarayara, vəba, selikli yatalaq, çiçək və başqa xəstəlik törədicilər, habelə botulizm toksinləri işlədə bilər. Heyvanlara zərər vurmaq məqsədilə, brusellyoz, bitkilərə zərər vurmaq üçün taxılda pas xəstəliyi, kartofda fitoftora xəstəliyi törədiciləri və s. işlədilməsi mümkündür.
İri-yaşayış məntəqələri, dəmiryol qovşaqları, limanlar, təchizat bazaları, ərzaq anbarları, su mənbələri, iri heyvandarlıq təsərrüfatları, əkinlər və meşələr düşmənin bakterioloji silah işlədə biləcəyi daha çox ehtimal olunan obyektlərdir.
Düşmən ərazini və su mənbələrini yoluxdurrnaq üçün maye və toz halında olan bakterial maddələrlə doldurulmuş müxtəlif döyüş sursatı (bakterioloji sursat) tətbiq edə bilər. Toz və duman halında (aerozol halında) işlədilən bakterial vasiətələrlə zəhərlənmiş hava xüsusilə təhlükəlidir.
Dərhal mühafizə tədbirləri görmək üçün bakterioloji hücüm əlamətləri tezliklə aşkar edilməlidir. Bu əlamətlər aşağıdakılardan ibarət ola bilər: sursat partlayan yerdə torpağın, bitkilərin, əşyaların səthində maye damcılarının və ya toza oxşar maddələrin olması (bakterioloji sursatın partlayış səsi adi döyüş sursatlarına nisbətən zəif olur); partlayış yerində azacıq tüstü və ya duman buludunun yaranması, təyyarənin arxasında tədricən yerə çökən və səpələnən qara zolaq görünməsi; yerdə qeyri-adi şəraitdə çoxlu həşərat və gəmiricilər toplanması; kənd təsərrüfatı heyvanlarının və vəhşı heyvanların kütləvi halda xəstələnməsi və qırılması; adamlar arasında eyni tipli xəstəliyin kütləvi surətdə baş verməsi və s.
Bu əlamətlərdən biri aşkar olunan kimi, dərhal mühafizə tədbirlən görrnək (əleyhqaz,respirator, maska, dərini, gözləri qoruyan vasitələr geymək), habelə bu barədə ən yaxındakı milis, MM orqanlarına, tibb müəssisəsinə və ya idarə rəhbərinə xəbər vermək lazımdır.
Bioloji silah və insanlara təsiri əlamətləri-Kütləvi qırğın silahların bir növüdür. Başqa silahlara nisbətən yaşlı silahdır. Onun tərkibini xəstəlik törədən mikroblar, zəhər-toksimlər, bakteriyalar, göbələklər və.s təşkil edir. Xəstəliyin yayılmasmda ən sadə üsullarından biri havanın yoluxmasıdır.İçərisində BV-lər olan sursat havada duman və ya tüstülü aerozol hissəciklərinin zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olur. BS-hin zədələmə ocağı o ocağa deyilirki, orada bioloji silahın tədbiqi nəticəsində insan, heyvan və bitki təlafatı olur. Xəstəliyin qarşısını almaq üçün:
Observasiya-epidemiya ocağında yolxucu xəstəliklərin, yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən təcridetmə məhdudlaşdırma və müalicə
profilaktika tədbirləri sisteminə deyilir. Tibb məntəqələri təcili profilaktika və müalicə tədbirləri görür.
Karantin-bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya əlehinə rejimü profilaktika tədbiriər sistemidir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etməkdir.
Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət orqanları xüsusi recim – karantin yaradırlar və həmin rayona gediş – gəliş qadağan edilir.
Düşmənin bakterioloji silahı tətbiq etməsi nəticəsində yaranan şəraitə bakrerioloji şərait deyilir.
Bakterioloji şəraiti adamların, heyvanların, ərazinin, təsərrüfat obyektlərinin baterioloji zəhərlənməsi miqyasını və dərəcəsinin aydınlaşdırmaq, bakterioloji vasitələrin mülki müdafiə dəstələrinin kənd təsərrüfatı işlərinin aparılmasında göstərdiyi fəaliyyətinə təsirini təyin etmək üçün qiymətləndirirlər. Bakterioloji şərait adamların, heyvanların, bitkilərin və sairənin mühafizəsini vaxtında təşkil edən tədbirləri həyata keçirmək üçün də qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, bakterioloji zəhərlənmə ocağını şəhər, rayon, respublika miqyasında ləğv edirlər. Ərazi rəhbərləri, qərargahlar, dəstələr bakterioloji zəhərlənmə ocağının ləğvində bilavasitə iştirak edirlər.
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir: bakteriloji zəhərlənmə rayonunun sərhədini təyin etmək; torpaqdan istifadə etmə planına və ya ümumi vəziyyət sxeminə zəhərlənmə rayonunu köçürmək; karantin rejimini dəqiqləşdirmək; xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini təyin etmək; həmçinin müalicə-profilaktik tədbirləri qaydalarını və həcmini müəyyənləşdirmək. Zəhərlənmə ocağının sərhədlərini tibb və baytar kəşfiyyatları təyin edir, onları ərazidə nişanlaryır və lazımi məlumatları plana və ya xəritəyə köçürürlər.

Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə