Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 3. Nüvə silahı və onun zədələyici amilləri haqqında anlayış



Yüklə 296,18 Kb.
səhifə31/50
tarix18.05.2022
ölçüsü296,18 Kb.
#87299
1   ...   27   28   29   30   31   32   33   34   ...   50
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 3. Nüvə silahı və onun zədələyici amilləri haqqında anlayış.


Nüvə silahı partlayıcı silahdır. Onun təsirinin əsasını müxtəlif nüvə reaksiyaları (çevrilmələri) zamanı bir an ərzində partlayış şəklində meydana çıxan külli miqdar enerji təşkil edir. Enerjini meydana çıxaran reaksiyanın xarakterinə görə nüvə döyüş sursatı bu növlərə ayrılır: atom, istilik-nüvə (hidrogen), hidrogen-uran, neytron döyüş sursatları. Zədələyici təsirinin xarakteri eyni olduğu üçün belə sursatlara birlikdə nüvə silahı deyilir.
Atom silahı partlayışının bütün enerjisi - ağır element (məs:, uran-235 və ya plutonium-239) atomlarının nüvələri parçalanarkən baş verən zəncirvari reaksiya nəticəsində meydana çıxır. Hesablanmışdır ki, 1kq uran-235 izotopunun bütün atom nüvələri bölünərkən ayrılan enerji təxminən 20 min ədəd birtonluq aviasiya bombası partladılan zaman alınan enerjiyə bərabərdir.
Neytron döyüş sursatı istilik-nüvə silahının xüsusi növüdür.
Nüvə döyüş sursatları yerlən müxtəlif yüksəklikdə (havada), yerin (suyun) səthində, yerin (suyun) altında partladıla bilər. Bu cür partlayışlar havada partlayış, yerüstü və yeraltı partlayış adlanır.
Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir. Trotil ekvivalenti - partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər (ekvivalent) adi partlayıcı maddənin (trotilin) tonla miqdarına deyilir.
Yerüstü nüvə partlayışı zamanı onlarca kilometr məsafədə şölə salan parlaq alov görünür, göy gurultusuna bənzəyən güclü gurultulu səs eşidilir. Sonra partlayış alovu od yarımkürəsi şəklinə düşüb sürətlə böyüyərək göyə qalxır, öz ardınca yerdən çoxlu toz-torpağı çəkib sütun şəklində göyə qaldırır, soyuyaraq göbələyə oxşar topa buluda çevrilir. Buludun hündürlüyü 15 km-dən artıq olur.
Nüvə partlayışı zamanı zərbə dalğası, işıq şüalanması, nüfuzedicı radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu zədələylcı tə'sir göstərir. Bunlar nüvə partlayışının zədəiəyici amilləri adlanır.
a).Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə böyük sür'ətlə yayılan bərk sıxılmış hava kütləsindən ibarətdir. Belə ki, 20 kilotonluq (20 min tonluq) nüvə bombası partlayan zaman zərbə dalğası 2 saniyədə 1 km, 5 saniyədə 2 km, 8 saniyədə 3 km məsafəni qət edir.
Zərbə dalğasının yayılma sür'əti göstərir ki, nüvə partlayışının alovunu gördükdə adam yaxınlıqdakı (3-5 addımlıqda) çalada, çuxurda gizlənməyə və ya yerə uzanmağa imkan taparsa, bununla dalğa zərbəsinin gücünü 10 dəfəyədək az hiss edər.
Nüvə partlayışının bütün enerjisinin təxminən 50%-i zərbə dalğasının yaranmasına sərf olur. Zərbə dalğası mühafizə olunmayan adamları zədələyir, binaları, texnikanı və istehsalat avadanlığını dağıdır.
Zərbə dalğasının zədələyici tə'siri sursatın gücündən, partiayışın növündən və partlayış mərkəzinədək (episentrədək) olan məsafədə, yerin relyefindən və s. asılı olur.
Zərbə dalğasının zədələyici və dağıdıcı təsiri onun ön hissəsində yaranan izafi təzyiqlə təyin edilir. İzafi təzyiq səthin hər kvadrat santimetrinə kiloqram hesabilə düşən (kq/sm2) təzyiqlə ifadə olunur.
Zərbə dalğası bina və qurğuları, elektrik və rabitə xətlərini, kommunal təsərrüfat şəbəkələrini dağıdır, mühafizə edilməmiş heyvanlara zərər yetirir. Məsələn, çoxmərtəbəli kərpic binalar zərbə dalğasının 0,4 kq/sm2 izafi təzyiqi nəticəsində - güclü surətdə, 0,2 kq/sm2 nəticəsində - orta dərəcədə, 0,1 kq/sm2 izafi təzyiqdən isə zəif surətdə dağılır. Şəhərlərdə çoxlu binaların dağılması sayəsində, dağılan evlərin hündürlüyünün 1/6 qismi hündürlükdə uçqunlar yaranır.
b) işıq şüalanması nədir, adamlara,heyvanlara, bina və qurğulara necə tə'sir göstərir?
İşıq şüalanması nüvə partlayışından sonra əmələ gələn şüa enerjisi selindən ibarətdir. Mənbəyi nüvə partlayışı anında yaranan odlu kürədir (yarımkürədir); nüvə partlayışı enerjisinin təxminən 35%-i işıq şüalanmasının yaranmasına sərf olur. İşıq şüalanması bir anda yayılır və qısa müddətdə (bombanın gücündən asılı olaraq 2-15 san.) təsir göstərir.
İşq şüalanması mühafizə olunmayan adamların və heyvanların bədənində müxtəlif dərəcəli yanıqlar əmələ gətirə bilər, gözlərini müvəqqəti kor edə bilər. İşıq şüalanması düz istiqamətdə təsir göstərdiyi üçün yanıqlar bədənin yalnız partlayışa tərəf olan sahələrində müşahidə edilir. işıq şüalanması, həmçinin müxtəlıf materialların alınmasına, kömürləşməsinə səbəb olur.
Işıq şüalanimasının zədələyici təsiri işıq impulsu ilə təyin edilir. İşıq impulsu səthin hər kvadrat santimetrinə düşən kalori ilə (kal/sm2) ölçülür. Məsələn, mühafizə olunmamış adamlarda 2-4 kal/sm2 işıq impulsu nəticəsində birinci dərəcəli yanıq (dəridə suluqlar əmələ gəlməsi), 6-12 kal/sm2 nəticəsində üçüncü dərəcəli yanıq (bədənin dəri örtüyünün tamamilə ölgünləşməsi) baş verir, 15 kal/sm2-dən artıq işıq impulsu nəticəsində isə bütün dəri toxuması kömürləşir.
20 kiloton gücündə nüvə silahının havada partlayışı zamanı işıq impulsunun kəmiyyəti: episentrdə - 130 kal/sm2, 500 m məsafədə -75 kal/sm2, 1 km məsafədə

    • 35 kal/sm2"ə çatır. Yerüstü partlayrş zamanı işıq şüalanmasının təsiri havada partlayışın təsirinkindən təxminən iki dəfə zəif olur.

İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar tgrədə bilər. Ən güclü yanğınlar bina və qurğular orta və zəif dərəcədə dağılan sahələrdə baş verir.
İşıq keçirməyən hər cür maneə: daldalanacaq, six ağacların kölgəsi, ban və s. işıq şüalanmasından mühafizə edir. Ağ rəngli materiallar işığı əks etdirdiyi üçün şüalanmanın təsirinə о qədər də məruz qalmır.
İşıq şüalanmasının təsiri metereoloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədtr. Nüvə partlayışının şöləsi görünən andan 2 saniyə ərzində adamlar daldalana bilsələr, işıq şüalanmasının onlara təsir müddəti 2-5 dəfə az olur. Sığınacaq və daldalanacaq işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.
v) Nüfuzedici radiasiya nədir, orqanizmə tə'siri nədən ibarətdir?
Nüfuzedici radiasiya nüvə partlayışı anında partlayış yerindən ətrafa yayılan, gözə görünməyən qamma-şüalar və neytronlar selindən ibarətdir.
Nüfuzedici radiasiya onun tərkibindəki qamma-şüalanmada nəzərə alınmaqla nüvə partlayışı vaxtı cəmi 10-25 saniyə tə'sir edir. Lakin bu qısa müddət əırzində mühafizə edilməmiş adamlar və heyvanlar şüa xəmstəliyinə tutula bilər
Nüfuzedici radiasiyanın tə'siri ondan ibarətdir ki, qamma-şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və heyvan orqanizmində maddələr mübadiləsinin pozulmasına: hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur.
Şüalanmanın dozası- 1 kub santimetr və ya 1 q maddədə udularaq ətraf mühiti ionlaşdırmağa və fəallaşdırmağa sərf olunan enerjidir.
Doza vahidi olaraq rad, yaxud rentgen (R) qəbui edilmişdir. 1 rentgen - qamma-şüalanmanın elə dozasıdır ki, bunun nəticəsində 0°S temperaturda və 760 mm civə sütunu təzyiqi şəraitində quru havanın 1 sm3-də təxminən 2 milyard cüt ion əmələ gəlir.
20 kiloton gücündə nüvə bombasının havada partlayışı zamanı şüalanma dozası açıq sahələrdə 600 m məsafədə 10 000 R, 1 km məsafədə 1000 R, 1,5 km məsafədə 100 R və s. ola bilər. Partlayış yerindək olan məsafə artdıqca radiasiyanın dozası dəfələrlə azalır.
Nüfuzedici radiasiyanın yaranmasına partlayış enerjisinin 5%-ə qədəri sərf olunur.
Müxtəiif six və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın tə'siri zəifləyir. Məsələn, poladın-2,7 sm, betonun-10 sm, torpağın-14 sm, suyun-23 sm, ağacın-30 sm' qalıqlıqda qatları nüfuzedici radiasiyanı 2 dəfə zəiflədir (bunlar yarımzəiflətmə qatı deyiür). Nüfuzedici radiasiyadan mühafizə, məhz materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya dozasını üstü örtülmüş xəndək 40 dəfə, mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.
Nüfuzedici radiasiya qamma-şüalar və neytronlar selindən ibarətdir. Qamma-şüalar neytron selinə nisbətən daha böyük tə'sir dairəsinə malikdir (təxminən 3 km-dək).
Suda, torpaqda, məhsullarda olan bir sıra maddələr bu neytronların tə'sirindən radioaktivləşir və qamma, yaxud beta-şüalar buraxır. Bu zaman sün'i (yaxud ikinci) radioaktivlik əmələ gəlir.
Neytron seli, tərkibində hidrogen olan maddəiərdə (suda, parafində, betonda) daha çox zəifləyir.
q) Radioaktiv zəhərlənmə nədir, adamlara və heyvanlara necə tə'sir edir?
Ərazinin radioaktiv zəhərlənməsi - üzərindən nüvə partlayışının radioaktiv buludu keçən sahələrdə radioaktiv maddələrin çökməsi nəticəsində baş verən zəhərlənməyə deyilir.
Ərazinin radioaktiv zəhərlənməsi belə baş verir: nüvə partlayışı anında radioaktiv hissəciklər (nüvə sursatının parçalanması məhsulları) əvvəlcə od kürəsində olur. Yerüstü od kürəsi duman və tüstüyə bürünərək yuxarı qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hava axını yerdən toz-torpağı, qırıntıları qaldıraraq əmələ gəlmiş buludla birlikdə göyə qaldırır. Bu toz-torpaq radioaktivləşir və 10-12 dəqiqə ərzində 20 km-dək (istilik-nüvə partlayışı zamanı 40 km və daha artıq) yüksəyə qalxaraq topa buiudla birləşir və nəhəng göbələk (göbələyəoxşar toz sütunu) şəklini alır. Toz-torpağın iri hissələri partlayış mərkəzində yerə tökülür, daha xırda zərrəcik isə buludun tərkibində hava axını ilə yüzlərlə kilometr uzaqlara gedir.
Radioaktiv bulud keçən sahələrdə radioaktiv maddələr yerə çökərək havanı, ərazini, binaları, su hövzələrin, əkinləri və s. zəhərləyərək iz qoyur.
Radioaktiv zəhərlənməyə mə'ruz qalan sahələrin öjçüləri partiayışın növündən, gücündən, metereoloji şəraitdərı, partlayışdan sonra keçən müddətdən və s. asılı olur. Məsələn, 20 kiloton gücündə nüvə sursatı uzunluğu 60 km və eni 10 km sahədə radioaktiv zəhərlənmə törədə bilər.
Ərazinin zəhərlənməsi dərəcəsi radiasiyanın səviyyəsi (yə'ni gücü) iiə xarakterizə edilir və rentgen-saatla (r/s) ölçülür. Məsələn, radiasiya səviyyəsi 5 rentgen-saat olan sahədə mühafizəsiz qalmış adam 1 saat ərzində 5 rentgen şüalanma dozası ala bilər.
Yerüstü partlayış zamanı radioaktiv zəhərlənmə güclü oiur. Radioaktiv buludun izi formaca ellipse oxşayır. Ellipsvari zolağın hə: yerindəi zəhərlənmə eyni dərəcədə olmur. Zəhərlənmə zolağmı zəhərlənmənin gücündən asılı olaraq dörd zonaya bölürlər: bunlar çox təhlükəli ("Q" zonası), təhlükəli ("V" zonası), güclü ("B" zonası), və zəif ("A" zonası) zəhərlənmə zonalarıdır. Bu zonaların xarici hüdudlarında partlayışdan 1 saat sonra radiasiya səviyyələri müvafiq surətdə 800; 240; 80; 8 rentgen-saat olur. Radiasiyanın səviyyəsi zonaların xarici hüdudlanndan mərkəzə doğru artır və partlayış mərkəzində maksimai kəmiyyətə çatır.
Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən azalır; bu, radioaktiv maddələrin öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi nəticəsində baş verir. Məsələn, partlayışdan 1 saat sonra radiasiyanm səviyyəsini 100% götürsek və radiasiya 1000 R/s olarsa 2 saatdan sonra bu səviyyə iki dəfədən çox azalıb 437 R/s, 3 saatdar; sonra dörd dəfə azalıb 250 R/s, 7 saatdan sonra on dəfədən çox äzalıb 97 R/s, 24 saatdan sonra 40 dəfədən çox azahb 23 R/s və 49 saatdan sonra yüz dəfə azalıb 10 R/s olacaqdır.
Adamları radioaktiv zəhərlənmədən rnühafizə etmək üçün onları həm ümumi xarici şüalanmadan qorumaq, həm də radioaktiv maddələrin dərisəthinə, burunun, gözlərin selikli qişaiarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin qarşısmı almaq lazımdır. Bu məqsədiə radiasiya daldaianacaqlanndan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafizə vasitələri (əleyhqaz respirator, tozdan qoruyan parça maska, habelə pambıqh tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən etibarlı surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da mühafizə etmək olar.

  1. Elektromaqnit impulsu nədir?

Nüvə partlayışı anında ətrafa külli miqdar qamma kvantiar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşmqiı təsirə qoşularaq elektromaqnit sahələri yaradır, nəticədə hava və yeraltı rabitə-kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenaiannda və s. qısamüddətli, lakin çox güclü cərəyan və gpsrginiik emələ gətirir.

Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə