Adi iqtisadi biliklər
də dərketmənin qeyri-elmi sahəsinə aiddir. Bu bilik sağlam düşüncəyə,
həyati təcrübəyə və praktiki ağıla əsaslanır. Belə biliklər professional iqtisadi təhsili olmayan –
iqtisad elmində diletant olan insanlar arasında çox geniş yayılmışdır. İqtisadiyyatı öyrənmək üçün
elmi metodlara deyil saxta faktlara söykənən, bəzən heç bir fakta söykənməyən, subyektiv şəxsi,
elmi əsassız, bəzən hətta müəllifsiz (bir təhlilin ki, müəllifi yoxdur ona inanmaq aşpazı və ərzağı
məlum olmayan yeməyi yeməyə bənzəyir), populist, kütləyə ciddi təsir edən manipulyativ
xarakterli, insanları elmdən uzaqlaşdıran, sosial şəbəkələr, TV kanallar və digər elmi olmayan
mənbələrdə yayılan təhlillərə və nəzəriyyələrə əsaslanmaq qeyri-elmi metodologiya sayılır.