Mövzu İqtisadi fikir tarixi fənninin predmeti, metodu və strukturu



Yüklə 312,77 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix24.03.2022
ölçüsü312,77 Kb.
#84679
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 1. İqtisadi fikir tarixi fənninin predmeti, metodu və strukturu - DGKA

Praqmatik metodologiya:

 praqmatik həqiqət konsepsiyası fayda gətirən, sərfəli və səmərəli 

olan və  praktikada uğur  qazanmağa kömək edən  biliyi həqiqət  hesab  edir. Amerika filosofu və 

psixoloqu  Uilyam  Ceyms  hesab  edirdi  ki,  insanlara  xeyir  verən  istənilən  ideya  həqiqət 

sayılmalıdır. Bu yanaşmaya əsasən bir nəzəriyyə faydalıdırsa deməli həqiqətdir, praktikada fayda 

vermirsə o həqiqət sayılmır.  



Dialektik metodologiya:

 dialektik metodun tərəfdarlarına  (V.Hegel,  K.Marks və s.) görə 

elmi həqiqətləri öyrənmək üçün hadisələri daim inkişafda, qarşılıqlı əlaqədə, dəyişlikdə, bir-biri 

ilə ziddiyyət və mübarizədə tədqiq etmək lazımdır. Onlara görə həmişə hər hansısa bir nəzəriyyəyə 

(tezisə)  əks  nəzəriyyə  (antitezis)  meydana  çıxır.  Onların  arasındakı  ziddiyyət  və  mübarizə 

nəticəsində yeni bir nəzəriyyə (sintez) yaranır. Məsələn, liberal iqtisadçılarla keynsçilər arasındakı 

ziddiyyətdən sonra neoliberallar, kapitalistlərlə sosialistlər arasındakı ziddiyyət nəticəsində sosial 

demokratlar meydana çıxdı. Meydana çıxan sintez özü də bir tezis (yeni nəzəriyyə) sayıldığı üçün 

onun da bir antitezisi var. Bu yeni tezis-antitezis mübarizəsindən isə başqa bir sintez yaranır. Və 

bu proses o vaxta qədər davam edir ki, meydana çıxan sintezin antitezisi olmasın. Yəni bu halda 

həmin sintez (yaxud da yeni tezis) ən ideal nəzəriyyə sayılır.  


Yüklə 312,77 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə