Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə13/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   9   10   11   12   13   14   15   16   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

- faiz, torpaq - renta) izah etməyə çalışaq. İstehsal amilləri istehsal prosesinin müstəqil və bərabər hüquqlu iştirakçılarıdır. Ona görə də, istehsal prosesinin sonunda hər bir amillin sahibi «ədalətlə» öz mənfəət payını alır. Aydındır ki, maddi nemətlər istehsal edilərkən və əhaliyə xidmətlər göstərilərkən insanın təbiətə təsiri heç də birmənalı olmur. İnsan öz istehsal fəaliyyəti ilə ətraf mühitə və son nəticə etibarilə cəmiyyətə, habelə onun üzvlərinə zərər də gətirə bilər. Ona görə də müasir mərhələdə ətraf mühitin qorunması və ekologiya problemləri ciddi əhəmiyyət kəsb edir.
Cəmiyyət həyatında baş verən fasiləsiz istehsal prosesi təcrübəsi sübut edir ki, müxtəlif təsərrüfat və xidmət sahələrinin fəaliyyətini uğurla təmin etmək üçün, istehsal amillərinin ayrı-ayrı nisbətlərdə iştirakı tələb olunur. İstehsalın maddi- texniki bazası, texnologiya dəyişiklikləri, yeni material və xammal növlərinin tətbiqi, şübhəsiz istehsal amillərinin yeniləri, iqtisadi-sosial cəhətdən daha səmərəli variantları ilə əvəz olunmasını irəli sürür. Belə qarşılıqlı əvəz olunma prinsipi özünü kimyəvi məhsullarda (dərmanlar, yuyucu tozlar, qablaşdırıcılar, tara materialları, kosmetika məmulatları); ərzaq məhsullarında (müxtəlif bitki və mal-qara yağları); yaşayış binaları tikintisində (taxta, daş, blok-beton), habelə yanacaq, metallurgiya, yüngül və yeyinti sənayesi sahələrində göstərir. İstehsal amillərinin qarşılıqlı surətdə bir-birini əvəzləməsini təkcə istehsalın tələbləri, alıcılarını dəyişkən zövqü ilə bağlamaq düzgün deyildir.
Cəmiyyətin istehsal və istehlak xarakterli tələbatlarını tədricən genişlənib artmasına baxmayaraq, bunların hazırlanması üçün lazım olan resursların, amillərin həcmi məhduddur. Bu qanunauyğun meyl istehsalçılardan ənənəvi resurs və materiallardan istifadə etməklə yanaşı yeni, daha əlverişli xammal-materiallardan istifadə olunmasını irəli sürür. Təsadüfi deyildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və işgüzar biznes adamları elə materiallar, texnika, texnoloji rejimlər seçirlər ki, nadir və az tapılan, habelə nisbətən baha qiymətə başa gələn istehsal amillərindən imtina etsinlər, yaxud bunlardan az istifadə olunsun. Belə bir yol və istiqamətin seçilməsi, şübhəsiz zəruri istehsal xərclərinin azaldılmasına gətirib çıxaracaq, mövcud istehsal amillərindən müxtəlif variantlarda daha səmərəli istifadəni şərtləndirəcəkdir.
Təsərrüfat təcrübəsində istehsal amillərindən istifadə edilməsinin tam, natamam, optimal, alternativ variantları seçilə bilər. İstehsal amillərindən necə istifadə məsələsi bazarda formalaşmış tələb və təklifdən, resurs imkanlarından, iş qüvvəsi peşəkarlığından, ixrac həcmindən, habelə digər şərtlərdən asılı surətdə həll oluna bilər. Aydındır ki, təsərrüfat həyatının müxtəlif sahələrində istehsal amillərinin bir- birini əvəzləməsi, müəyyən hədd daxilində mümkündür. Məsələn, eyni təyinatlı tikinti materialları, yaxud ərzaq məhsulları, sürtgü yağları, çörək məmulatları bir-
birini müəyyən həddə qədər əvəz edə bilər. Bu prinsip, insan əməyinə də aiddir. İnsanın iş qüvvəsindən yalnız müəyyən həddə qədər faydalanmaq mümkündür. Həmin həddən sonra iş rejimini daha optimal variantda aparmaq üçün insan əməyini texnika əvəz etməlidir. Deməli, istehsal amillərinin bir-birini tədricən əvəzlənməsi, konkret şəraitdən asılı, qarşılıqlı əlaqələrin ifadəsi kimi həyata keçirilir.
Sahibkar və işgüzar biznes adamı öz istehsalının və xidmət dairəsi obyektinin fəaliyyətini elə qurub əlaqələndirməyə çalışır ki, daha çox məhsul buraxa, yaxud xidmət göstərə bilsin. İstehsal amillərinin müəyyən kompleksi (dəsti) ilə istehsal olunan maksimum (ən çox) məhsul həcmi arasındakı nisbət - istehsal funksiyası adlanır. İstehsal funksiyası istehsala cəlb olunmuş resurs məsrəfləri ilə hazır məhsul buraxılışı arasındakı real texnoloji asılılığı əks etdirir. İstehsal funksiyası adətən bir qayda olaraq, müəyyən texnoloji struktur üçün qurulur.
Təsərrüfat təcrübəsində istehsal funksiyasından, hər hansı bir məhsullun müəyyən həcmdə istehsalına lazım olan məsrəflərin (istehsal amillərinin) maksimum səviyyəsini müəyyən etmək üçün istifadə olunur. Konkret bir misal kimi bütün istehsal amilləri və resurslarını əmək – material – kapital məsrəfləri hesab etsək, onda istehsal funksiyasını belə ifadə etmək olar:

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə