Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə12/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   8   9   10   11   12   13   14   15   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Intensiv tipdə isə istehsal sahəsi dəyişmədən, mövcudlardan daha səmərəli istifadə etmək hesabına daha çox məhsul və xidmət istehsal olunur. İntensiv istehsal öz inkişafında iki mərhələdən keçir: I mərhələ- istehsal tədrici intensivləşdirilir. Əl əməyinin kütləvi sıxışdırılması və onun yeni maşınla əvəz edilməsi ilə əlaqədar hissə-hissə intensivləşmədir. Bu mərhələdə intensivləşmə yalnız 1 amili iş qüvvəsinin hesabına həyata keçirilir. Buna görə də bu mərhələ hissə-hissə intensivləşmə adlanır; II mərhələ-İstehsalın bütün amillərinə qənaət etmək hesabına əmək məhsuldarlığın artması ilə əlaqədardır. Bu tip eyni zamanda istehsalın bütün amillərnin intensivləşdirilməsi hesabına həyata keçirilir.
Təkrar istehsalın qarışıq meyarı haggında qeyd etməliyik ki, intensiv və ekstensiv amillər daima qarışıq şəkildə fəaliyyət göstərir. Qarışıq təkrar istehsal istifadə olunan istehsal amillərinin migdarının artırılması, texnika və texnologiyanın təkmilləşdirilməsi nəticəsində istehsal güclərinin artırılmasıdır.
İqtisadiyyat və ölkənin təsərrüfat həyatının inkişaf səviyyəsi, bilavasitə onun maddi bazası sayılan istehsalın nəticəsidir. Hər hansı bir istehsalın çıxış nöqtəsi və mənbəyi, cəmiyyətin resurslarıdır. İstehsal resursları - əmtəələrin, xidmətlərin və başqa dəyərlərin yaradılması prosesində istifadə oluna bilən təbii, sosial və mənəvi qüvvələrin toplusudur.
İqtisadi nəzəriyyə elmi istehsal resurslarını aşağıdakı 4 qrupa bölərək öyrənir:

  1. Təbii resurslar - istehsala tətbiq etmək üçün yararlı olan potensial təbii qüvvələr və müxtəlif əşyalardır. Bu resurslar «tükənən» («bərpa olunmayan») və «tükənməyən» («bərpa olunan») kimi 2 yerə ayrılır.

  2. Maddi resurslar - insanın yaratdığı, yaxud istehsalın nəticəsi olan istehsal vasitələridir.

  3. Əmək resursları - əhalinin əmək qabiliyyətli fəal hissəsidir.

  4. Maliyyə resursları - istehsalın təşkili və inkişafı üçün cəmiyyətin ayırdığı müəyyən məbləğ puldur.

Bu təbii, maddi, əmək, maliyyə resursları hər hansı bir istehsalın yaradılması və sonrakı inkişafı üçün zəruri şərtdir. İqtisadi nəzəriyyədə «istehsal resursları» anlayışı ilə yanaşı, «istehsal amilləri» anlayışı vardır. Bunların fərqi «istehsal resurslarının» istehsala cəlb oluna bilməsində, «istehsal amillərinin» isə artıq real surətdə istehsala cəlb olunmasındadır. «İstehsal resursları» daha geniş anlayış olduğundan, «istehsal amilləri» resurslara daxil edilir. Eyni zamanda «istehsal resurslarından» fərqli olaraq, «istehsal amilləri» yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur.
Deməli, istehsal həmişə amillərin qarşılıqlı fəaliyyət birliyinin nəticəsidir. İstehsalın başlıca və əsas amilləri kimi torpaq, kapital, əmək göstərilir. Müasir iqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyəti, idarəetmə qabiliyyəti, məlumat (informasiya) axını, elmi-texniki tərəqqi, hətta reklam da bəzən istehsal faktoru (amili) kimi qiymətləndirilir. Lakin, müasir istehsal prosesində kəskin bazar rəqabəti şəraiti və elmi-texniki tərəqqi dövründə həmin amillərin rolu inkar edilməsə də, hər halda törəmə, köməkçi və ikinci dərəcəli amillər kimi səciyyələndirilirlər.
Ümumiyyətlə, istehsal prosesinin aşağıdakı ardıcıllıqla: bir dövran prosesi kimi fasiləsiz davam etməsi üçün, istehsalın şəxsi və maddi amillərinin birləşməsi zəruridir. Məhz bu 2 amil həlledici olub, istehsalı, onun gedişini və nəticələrini müəyyən edir. İstehsalın şəxsi amili, «insan amili» hazırda xüsusi bir əhəmiyyət kəsb edir. Hər bir iqtisadi sistemdə mərkəzi yer tutan insan həm istehsal prosesinin amili, həm də onun məqsədidir. Çünki insan maddi nemətlərin yaradıcısı olduğu kimi, eyni zamanda da həmin maddi – mənəvi nemətlərin fəal istehlakçısıdır.
Məlumdur ki, ən yeni texnika və mütərəqqi texnoloji proseslər də insan əməyi, onun fəaliyyəti olmadan bir növ “ölüdür”. İqtisadi nəzəriyyə və iqtisad elmində uzun illər boyu istehsal prosesində ayrı-ayrı amillərin rolu, habelə əhəmiyyəti haqqında mübahisələr getmişdir. Məsələn, klassik iqtisadi nəzəriyyə nümayəndələri istehsal amilləri arasında əməyə müəyyən üstünlük verdikləri halda, marksistlər bu amili bir növ mütləqləşdirərək, əmtəələrin (xidmətlərin) yaradılmasında onun həlledici rolunu göstərmişlər. Müasir dövrdə də bu istiqamətdə mübahisə və fikir ayrılığının davam etməsinə baxmayaraq, təcrübədə bütün iqtisadçılar «üç amil» (torpaq, kapital, əmək) nəzəriyyəsini qəbul edirlər.
Eyni zamanda, «üç amil” nəzəriyyəsinin» hüdudlarını genişləndirib, daha çox amillər (sahibkarlıq qabiliyyəti, elmi-texniki tərəqqi, informasiya, reklam, ekologiya) irəli sürən mövqelər vardır. «İstehsalın üç amilli» nəzəriyyəsi, fransız iqtisadçısı J.B.Seyin (1767-1832) adı ilə bağlıdır. O, ilk dəfə öz əsərlərində belə bir fikri aydın şəkildə əsaslandırmışdır ki, məhsulun dəyərinin (qiymətinin)
formalaşmasında torpaq, əmək və kapital istehsal prosesinin bərabər hüquqlu amilləri kimi iştirak edirlər. İstehsal prosesinin bu üç amili birləşərək kəmiyyət və keyfiyyətcə yeni bir əmtəə (xidmət), deməli, dəyər yaradır. Məhz bu amillər isə müxtəlif adamlara, sahibkarlara, mülkiyyətçilərə məxsus olduğundan, həmin iş adamlarına müəyyən gəlir (qazanc, mənfəət) gətirməlidir.
İstehsalın üç amillinin öz sahibinə gətirdiyi gəliri (əmək - əmək haqqı, kapital

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə