Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Mövzu 5. İqtisadi sistemlər



Yüklə 0,96 Mb.
səhifə20/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Mövzu 5. İqtisadi sistemlər




İqtisadi sistemin mahiyyəti, ümumi əsasları, onun ümumi və fərqli tərəfləri. Tarixi inkişaf mərhələlərində insan cəmiyyətinin iqtisadi fəaliyyəti üçün heç də həmişə eyni dərəcədə əlverişli şərait olmamışdır. Belə ki, ayrı-ayrı dövrlərdə müxtəlif iqtisadi sistemlər mövcud olmuş və fəaliyyət göstərmişdir, bu gün də davam edir. Sistem nədir? Sistem yunanca “sustem” sözündəndir, tərcüməsi “müxtəlif hissələrdən ibarət tam”, “bütöv” mənasını verir. Ümumiyyətlə sistem həm təbiətin, həm də cəmiyyətin inkişafında mövcuddur.
İqtisadi sistem nədir? İnsan cəmiyyətində mövcud hakim iqtisadi münasibətlər və təşkilat formaları əsasında yaranmış iqtisadi proseslərin məcmusuna iqtisadi sistem deyilir. İqtisadi sistem dedikdə təbiətin, cəmiyyətin və insan fəaliyyətinin qarşılıqlı əlaqəsi, kompleks şəkildə inkişafı başa düşülür. İqtisadi hadisələrin və prinsiplərin inkişafını təhlil etməklə iqtisadi sistem haqqında təsəvvür əldə etmək olar. İqtisadi sistemi istehsalın məhsuldar qüvvələri və istehsal münasibətlərinin məcmusu (vəhdəti) kimi də izah etmək olar. Beləliklə, iqtisadi sistem konkret hər hansı bir cəmiyyətdə olan istehsal imkanlarına, ölkənin və əhalinin maddi və mənəvi ehtiyaclarının ödənilməsi səviyyəsinə uyğun olmalıdır. Çünki istər təbiətdə, istərsə də, cəmiyyətdə baş verən bütün hadisə və proseslər qarşılıqlı əlaqədə və asılılıqda olur. Buradakı bütün komponentlərin özləri də daxili quruluşa, sistemə malikdir.
Hər bir sistem özü də yarımsistemlərə malikdir. Bütün komponentlər bir-biri ilə bağlıdır, onların mövcudluğu qarşılıqlı əlaqə, vəhdət və asılılıq prinsiplərinə əsaslanır. İqtisadi sistemin xarakterik cəhətləri (xüsusiyyətləri):
  1. İqtisadi sistemin bütün tərkib hissələrinin vəhdətliliyi və bütöv- lüyüdür, yəni istehsal, bölgü, mübadilə, istehlak;


  2. Təsərrüfatçılığın maddi və ictimai tərəflərinin qarşılıqlı əlaqəliliyi. (subyekt-əşya; əşya-subyekt);


  3. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə