Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə22/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   18   19   20   21   22   23   24   25   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

İstehsal (məhsuldar) qüvvələri: a) Təbii resurslar, insanların imkanları və

s. b) İctimai qüvvələri (istehsal vasitələri, əmək bölgüsü) və s. c) ümumi qüvvələr (elm, təhsil, mədəniyyət) və s.;

  1. İqtisadi münasibətlər: a) Sosial-iqtisadi münasibətlər (mülkiyyət münasibətləri); b) Təşkilati-iqtisadi münasibətlər (təcrübə mübadiləsi, marketinq, menecment) c) Texniki-iqtisadi münasibətlər.

Bundan başqa iqtisadi sistemə formasiyalı, sivilizasiyalı və s. baxışlar da mövcuddur. İnsan cəmiyyəti və onun inkişafı üçün lazım olan bütün amillər, həmçinin iqtisadi sistemlər daim hərəkətdə və inkişafdadır, daim bir iqtisadi sistem digəri ilə əvəz olunur, təbii tarixi inkişaf baş verir.
Bəşər cəmiyyətinin inkişaf tarixində həmişə bir iqtisadi sistemi digəri əvəz etmişdir. Yəni, iqtisadi sistemlər daim hərəkətdə və inkişafdadır. Cəmiyyətin təbii tarixi inkişafının sivilizasiyalı tərəqqisi baxımından müxtəlif alimlər fərqli bölgü prinsiplərindən istifadə etmişlər. məsələn, ilk dəfə Şotland filosofu Adam Ferqyusson (1723-1816), Jyuns Henri Morqan (1818-1881), amerikalı U.Rostou və
s. göstərmək olar.
Qeyd edək ki, Qərb mütəfəkkirlərindən xeyli əvvəl Şərqdə tanınmış ərəb alimi İbn Xəldun (1332-1406) cəmiyyətin bölgüsünə xüsusi yanaşmışdır. O, cəmiyyətin üç inkişaf mərhələsini göstərmişdir: 1. Vəhşilik; 2. Kənd yerlərində yaşayış; 3. Şəhərlərin meydana gəlməsi.
Göründüyü kimi tarixi inkişafın dövrləşdirilməsində elm adamlarının müxtəlif mövqeləri olmuşdur. Müasir iqtisadi nəzəriyyədə iqtisadi sistemlər belə təsnifləşdirilir: formasiyalı, mərhələli, sivilizasiyalı (lat.civilis” – “mülki”, “dövlət”) və informasiyalı baxışlar.
İctimai-iqtisadi formasiya istehsal üsulunun müəyyən forması əsasında inkişaf edən cəmiyyətin tarixi tipi deməkdir. İqtisad elminə bu anlayışı K.Marks gətirmişdir. Cəmiyyətin inkişaf tarixi, beş ictimai-iqtisadi formasiyadan ibarət öyrənilmişdir: ibtidai-icma, quldarlıq, feodalizm, kapitalizm və kommunizm. Kommunizm isə iki pillədən ibarət-sosializm və kommunizm, bir formasiya kimi öyrənilmişdir.
“Mərhələli” yanaşma (baxış) nəzəriyyəsinin banisi amerikalı alim Uolter Rostoudur. O, ictimai inkişafı beş mərhələyə bölmüşdür: 1. ənənəvi cəmiyyət; 2. keçid mərhələsinə şərait yaradan dövr; 3. sənayeləşmiş inkişafla irəliləyən və keçən mərhələ; 4. sənayeləşmədən sonrakı yetkin cəmiyyət; 5. kütləvi istehlak cəmiyyəti.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə