Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə30/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   26   27   28   29   30   31   32   33   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Banknotlar digər natamam dəyərli pullar kimi yalnız qızıl külçələrə dəyişdirilir. Avstriya, Almaniya, Danimarka, Norveç və digər ölkələrdə qızıl deviz standartı tətbiq edilirdi ki, burada da qızıl sikkələrin tədavülü və onların sərbəst kəsilməsi olmur. Natamam dəyərli pulların dəyişdirilməsi qızıl külçə standartlı ölkələrin valyutalarına dəyişdirilməsi yolu ilə aparılır. Beləliklə, qızıl deviz standartında bir ölkənin valyutası digər dövlətlərin valyutasından asılı olur. 1929-1933-cü illərdə dünya iqtisadi böhranı nəticəsində qızıl standartı bütün ölkələrdə ləğv olundu və xırdalanmayan banknot tədavülü sistemi təsdiqləndi.

Mövzu 7. Bazar və bazar iqtisadiyyatı


Ümumi iqtisadi formaların tarixən birincisi natural təsərrüfatdır. Bu təsərrüfatda hazırlanan məhsullar istehsalçının şəxsi tələbatının, təsərrüfatdaxili ehtiyacların ödənilməsi üçün istifadə olunur. Burada istehlak əksəriyyət hallarda istehsala uyğun gəlir ki, bu da onların əlaqələndirilməsi problemini sadələşdirir. Istehsalın natural forması əməyin məhdud mənada ictimai xarakter daşımasının nəticəsi kimi meydana gəlmişdir. Təsərrüfatçılığın bu forması cəmiyyətin iqtisadi tarixinin «istehsal» mərhələsini təşkil edir və minilliklər ərzində davam etsə də, zaman keçdikcə tədriclə sıxışdırılmış və öz yerini əmtəə təsərrüfatına vermişdir.


Əmək bölgüsü və əməyin ixtisaslaşması–məhdud miqdarda ehtiyatların hər birinin spesifik xüsusiyyətlərindən daha səmərəli istifadə etmək məqsədilə, ayrı-ayrı fəaliyyət sahələrində konkret iş növlərinin yerinə yetirilməsi, nisbi əlahiddələşmə deməkdir. Hansı miqyasda həyata keçirilməsindən asılı olmayaraq əmək bölgüsü əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur. Müxtəlif ixtisas və peşələrin bir- birindən ayrılması da məhz bu üstünlüklərlə əlaqədardır.
Əmək bölgüsü şəraitində hər bir adamın tələbatının çox cüzi bir hissəsi onun özünün istehsal etdiyi məhsullar hesabına ödənilə bilər. Hər bir adam öz tələbatının çox böyük hissəsini özünün istehsal etdiyi məhsulları başqa adamların əmək məhsulları ilə mübadilə etməklə ödəyir. Bütün bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, əmək bölgüsünün meydana gəlməsi və onun getdikcə dərinləşməsi bazarın meydana gəlməsinin obyektiv şərtlərindən biridir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə