Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtəələrin istehsalına yönəltdiyi üçün onların səmərəli bölüşdürülməsinə təsir edir



Yüklə 0,96 Mb.
səhifə33/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   29   30   31   32   33   34   35   36   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtəələrin istehsalına yönəltdiyi üçün onların səmərəli bölüşdürülməsinə təsir edir:


  • Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məhsul istehsal etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə imkan verir. Çünki məhsul istehsalında ehtiyatların kombinə olunmasının səmərəli üsullarından istifadə edilməsi, yeni, faydalı istehsal texnologiyasının işlənib hazırlanması və istehsalata tətbiqinə şərait yaradır;

  • Informasiyaların məhdudluğu şəraitində belə, özünün səmərəli fəaliyyət göstərməsini təmin edir. Bu zaman qiymətlər və istehsal xərcləri haqqında məlumatların olması kifayətdir.

  • Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti formalaşdırır. Məsələn, keçən əsrin 70-ci illərində enerji daşıyıcılarının qiymətləri artdıqda, bazar, ona qarşı alternativ enerji mənbələrinin axtarılıb tapılması, ehtiyatlara qənaətedici texnologiyanın tətbiqi və enerji resurslarına qənaət rejiminin həyata keçirilməsinə səbəb olmuşdur;

  • Elmi-texniki tədqiqatların nəticələrindən optimal istifadə olunmasına şərait yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfəət əldə etmək məqsədilə yeni əmtəələr yaradır, ən yeni texnologiyalardan istifadə edir, bu isə rəqiblər qarşısında müvəqqəti üstünlük əldə etməyə imkan verir;

  • Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının daha tez təshih edilməsi üçün şərait yaradır.

    Göründüyü kimi, bazar sistemi müəyyən üstünlüklərə malik olması ilə səciyyələnir, qıtlığın aradan qaldırılması, istehlak malları bazarının normallaşdırılması, son nəticədə istehlakçıların tələbatlarının daha yaxşı ödənilməsinə səbəb olur. Lakin bunlarla yanaşı, bazarın çatışmazlıqları da vardır.
    Belə ki, bazar:
    1. Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanılmasını təmin edə bilmir;


    2. Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik deyildir. Odur ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik aktları məcbur edir;


    3. Yüklə 0,96 Mb.

      Dostları ilə paylaş:
  • 1   ...   29   30   31   32   33   34   35   36   ...   66




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə