Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə36/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   32   33   34   35   36   37   38   39   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

İş qüvvəsi bazarı prinsip etibarilə həmişə mövcud olub. Lakin keçmişdə bizim iqtisadiyyatda iş qüvvəsi onun planlı bölgüsü, qeyri-iqtisadi yollarla əməyə məcburetmə (müftəxorluqla mübarizə) və əməyin ödənilməsində dövlət tarifləri, işə sərbəst götürmə və işdən çıxartmanın olmaması ilə bağlı sərbəst alqı-satqı obyekti deyildi. Son vaxtlara qədər iş qüvvəsinin əmtəə xarakteri inkar edilirdi. Iş qüvvəsi bazarının inkişafı hər bir fərdin öz iş qüvvəsini işçi və işəgötürən arasında müqavilə əsasında öz seçimi, istəyi və bazar qiymətlərilə satmaq hüququnun tanınmasını nəzərdə tutur.
Qiymətli kağızlar bazarı son vaxtlara qədər yalnız dövlət istiqraz vərəqləri və lotereya biletlərinin alqı- satqısı ilə təmsil olunmuşdu. Hazırda səhm, istiqraz vərəqləri, assiqnasiyalar, çeklər, akkreditivlər, veksellər və başqa növ pul öhdəliklərinin alqı-satqısı aparılır. Pul valyuta bazarı bizim iqtisadiyyatda rəsmən yox idi və ya gizli səciyyəli idi. İnvestisiya bazarı pul bazarı növlərindən biridir, burada bazar münasibətlərinin obyekti sərmayə qoyuluşlarıdır.
İnformasiya məhsulları bazarı xüsusi bir bazardır, burada alqı-satqı obyekti kitablar, qəzetlər, şəkillər, müxtəlif növ reklam və insanlara zəruri informasiyanı çatdıran çoxsaylı digər əşyalar və fəaliyyət növləridir. Lisenziyalar bazarı innovasiyalar bazarının bir hissəsidir. Burada alqı və satqı obyekti ixtiraların, texnoloji təcrübənin, sənaye sirləri və kommersiya biliklərinin, əmtəə nişanlarının verilməsinə patentli və patentsiz lisenziyalardır. Bu texnologiya ticarətidir. Hal- hazırda beynəlxalq təcrübədə nou-hau (texniki biliklər və praktik təcrübədən ibarət, kommersiya dəyəri olan və patent müdafiəsi ilə təmin edilməmiş informasiyalar: spesifikasiyalar, formullar, reseptlər, sənədlər, istehsalın təşkili sxemi, texnoloji prosesin xarakteristikası və s.) və verilən texnologiyanın sənaye tətbiqi üçün mühəndis xidmətlərinin verilməsini nəzərdə tutan kompleks texnoloji mübadiləyə dair lisenziya razılaşmaları daha çox yayılmışdır.
Alıcı bazarında təklif tələbdən çox olmalıdır, bu halda alıcı müxtəlif növ əmtəələri, onların qiymətlərini müqayisə edir və bu və ya digər əmtəəni seçir. Burada istehsalçı və ticarətçilərin rəqabəti mövcuddur, bu müasir inkişaf etmiş milli və beynəlxalq bazarlar üçün səciyyəvidir. Satıcı bazarı tələbin təklifdən xeyli çox olması ilə səciyyələnir. Burada əmtəə və xidmətlərin kəmiyyəti əsas rol oynayır, keyfiyyətə minimum diqqət yetirilir. Satışqabağı və satışdan sonrakı servisin adı belə çəkilmir, hər şey o saat, yerindəcə satılır, çünki istehsalçılar arasında rəqabət yoxdur, əmtəə çeşidi kasaddır.
İctimai əmək bölgüsünə görə fərqləndirilirlər: ■ yerli (lokal) bazar; ■ region bazarı; ■ milli bazar; ■ dünya bazarı.
Dünya bazarı iqtisadi əlaqələri yalnız beynəlxalq ticarətlə (o cümlədən lisenziyalar, xidmətlər, kapitalın beynəlxalq hərəkəti və s.) müəyyənləşmiş müxtəlif dövlətlərin milli bazarlarının məcmusu deyil, həm də keyfiyyətcə yeni səviyyədir. Təsnifatın başqa meyarlarını da göstərmək olar:

  1. Mükəmməllik səviyyəsinə görə: ■ tarazlı bazar, ■ qıtlıq bazarı, ■ ifrat bazar;

  2. Yetkinlik səviyyəsinə görə: ■ inkişaf etməmiş bazar, ■ inkişaf etmiş bazar, ■ formalaşan bazar;

  3. Rəqabətin məhdudlaşdırılması dərəcəsinə görə: ■sərbəst bazar, ■ inhisarçı bazar, ■ oliqo-polik bazar, ■ qarışıq bazar;

  4. Qüvvədə olan qanunvericiliyə uyğunluğuna görə: ■ leqal bazar, ■ qeyri-leqal («qara») bazar;

  5. Sahələr üzrə: ■ avtomobil bazarı, ■ kompüter bazarı və s;

  6. Bazar mübadiləsinin təşkilinə görə: ■ topdansatış bazarı,■ pərakəndə satış bazarı, ■ ixrac bazarı; ■ idxal bazarı;

  7. Əmtəənin çeşidinə görə: yalnız ilkin istehsalçının əmtəəsi olan qapalı bazar,■ çoxlu istehsalçının çoxsaylı oxşar əmtəələri olan dolğun bazar, ■ bir ya öz aralarında əlaqəli olan bir neçə tələbatı ödəməyə yönəldilmiş və bir-birinə uyğun gələn bir sıra əmtəələrin mövcud olduğu geniş çeşidli bazar, ■ aralarında əlaqə olmayan müxtəlif əmtəələr təmsil olunmuş qarışıq bazar.

Xarici ölkələrin iqtisadiyyatında aşağıdakı bazarları da fərqləndirirlər: hərraclar, uzunmüddətli müqavilələr, telefon-teleks bazarı, birdəfəlik sövdələşmə-lər, birja ticarəti. Tenderlər (ticarət) - bu ticarətin bölgülü formasıdır ki, bu zaman alıcı ticarət vasitəsilə sifarişlərin yerləşdirilməsi haqqında qərar qəbul edən texniki və kommersiya ekspertlərinin, idarə heyətinin nümayəndələrinin, alıcıların və başqa iştirakçıların daxil olduğu tender komissiyasının köməyi ilə müəyyən texniki-iqtisadi səciyyələri olan əmtəəyə satıcılar üçün müsabiqə elan edir. İnkişaf etmiş sivil bazar inkişaf etmiş infrastrukturun olmasını tələb edir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə