Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Bütün insanlara məxsus olan – məsələn, okeanların balıq sərvəti ehtiyatlardan istifadə olunmasını tənzimləmək iqtidarında



Yüklə 0,96 Mb.
səhifə34/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   30   31   32   33   34   35   36   37   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Bütün insanlara məxsus olan – məsələn, okeanların balıq sərvəti ehtiyatlardan istifadə olunmasını tənzimləmək iqtidarında deyildir;

  • Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nəzərə ala bilmir. Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi DDT pesdisidinin kəşfinə görə Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində canlı orqanizmin konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;

  • Insanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Bu, özünü onda göstərir ki, bazar iqtisadiyyatı şəraitində işsizliyin «texnoloji»,

    «struktur», «regional», «gizli» formaları meydana çıxır. Çünki bazar münasibətləri şəraitində tam məşğulluq haqqında fikirləşmək nəzəri cəhətdən mənasız, əməli cəhətdən isə qeyri-mümkündür. Ona görə də hər bir fərd özünün maddi vəziyyətini dəyişdirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fikrincə bazar sistemi qeyri-bərabərliyi təkrar istehsal edir.

    1. Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir;

    2. Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəələrin istehsalına deyil, daha çox imkanı, pulu olanların tələbatının ödənilməsinə isti- qamətləndirilmişdir.

    Bunlarla yanaşı, bazar mexanizminə daxil edilməsi mümkün olmayan bir sıra sosial-iqtisadi problemlər də vardır. Bunlardan biri ondan ibarətdir ki, bazar münasibətlərinin subyekti olan bəzi müəssisələrin fəaliyyəti cəmiyyətin digər üzvlərinin rifahına təsir göstərə bilər. Bunlara istehsal fəaliyyəti nəticəsində ətraf mühütin çirklənməsini, təsərrüfat dövriyyəsinə daha çox təbii resurslar cəlb edildiyinə görə onların ehtiyatının tükənməsini, istehsalda meydana çıxan regional və struktur uyğunsuzluqları misal göstərmək olar.
    Lakin qeyd etmək lazımdır ki, bazar mexanizmi bu mənfi halları
    «bitərəfləşdirmək» iqtidarında deyildir. Ona görə ki, bazar mexanizmi iqtisadiyyatı daim artan tədiyə qabiliyyətli tələbə doğru istiqamətləndirir.

    Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   30   31   32   33   34   35   36   37   ...   66




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə