Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə42/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   38   39   40   41   42   43   44   45   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

dəllal (makler) - birjada yeri olan, müştərilərin tapşırığı ilə və onların hesabına sövdələşmələr aparan, hüquqi şəxs statusuna malik və müəyyən birja əməliyyatları üzrə ixtisaslaşan şəxsdir;

  • broker maraqlı tərəflər (müştərilər) arasında sövdələşmənin aparılmasına kömək edən vasitəçi; adətən müştərilərin tapşırığı və onları hesabına müqavilə bağlayır və buna görə haqq alır; brokerlər müştərilərə əlavə xidmətlər də: bazarın öyrənilməsi, reklam, kredit - göstərə bilirlər;

  • diler çox vaxt öz adından və öz hesabına əmtəənin yenidən satışı ilə məşğul olan şəxs və firmanı bildirən ümumiləşdirilmiş məfhumdur. Dilerin qazancı əmtəəni alıb satdığı qiymətlər arasındakı fərq hesabına yaranır.

    Mövzu 9. Bazar mexanizmi. Tələb və təklif nəzəriyyəsi

    Məlumdur ki, istənilən təsərrüfat mexanizmi qarşılıqlı əlaqədə olan elementlərin məcmusudur, elementlərin hərəkət dinamikasını, həmçinin iqtisadi sistemin təşkilati quruluşunu müəyyənləşdirən iqtisadi qanunlar məcmusudur. Bazar mexanizmi bazarın əsas elementləri: tələb, təklif, qiymət və rəqabət bazarın əsas iqtisadi qanunlarının qarşılıqlı əlaqə və qarşılıqlı təsir mexanizmidir. Bunlar bazarın əsas parametrləridir ki, istehsalçı və istehlakçılar bazar təsərrüfat sistemində öz iqtisadi fəaliyyətlərində onları əldə rəhbər tuturlar.


    Bu bazar münasibətlərinin əsası, bazarın mahiyyətidir. İstehsal tərəfdən təklif, istehlak tərəfdən tələb çıxış edir. Bazarda biri-birinə qarşı dursalar da, bu iki element biri- biri ilə qırılmaz tellərlə bağlıdır. Onları əks istiqamətlərə yönəlmiş iki qüvvə ilə müqayisə etmək olar. Bazarın konkret şəraitlərindən asılı olaraq təklif və tələb az və ya çox müddətə tarazlaşırlar. Tələb və təklifin tarazlığı vəziyyətinə gəlməsi kortəbii və dövlətin tənzimləyici təsiri altında baş verə bilir.
    Qeyd olunmalıdır ki, bazar mexanizmi öz şəxsi məqsədlərini güdən (mənfəət) sahibkarları son nəticədə istehlakçının xeyrinə hərəkət etməyə məcbur edən vadaretmə mexanizmi kimi fəaliyyət göstərir. Bu necə baş verir? Dəbdə olan əmtəəyə ödənməmiş tələb tələbin qiymətini artırır, lakin tələbatı tam ödəmir. Əmtəə istehsalçıları seçim qarşısındadırlar: ya istehsalı genişləndirib qiyməti aşağı salmaq və beləliklə, çox sayda alıcının tələbatını ödəmək, ya da rəqiblər bazardakı bu boşluğu doldurub müştəriləri və onlarla bir yerdə nəinki yüksək mənfəət (yüksək qiymətdən), hətta mənfəəti də əldən alıncaya qədər yüksək qiyməti saxlamaq. Bu təhlükə istehsalçını vaxtında istehsalı genişləndirib bazar tam doluncayadək qiyməti aşağı salmağa vadar edir. Belə mexanizm rəqabət olanda işləyir. Bu mexanizmin işləməsi dilə tutmağa deyil, insan üçün təbii olan maddi rifaha can atmağa əsaslanır.
    İstehsalçı və istehlakçıların, satıcı və alıcıların iqtisadi vəziyyəti çoxsaylı amillərin təsiri altında dəyişən bazar konyukturasından asılıdır. Bazar konyuk-turası bazarda əmtəə və xidmətlərin realizə olunduğu hər bir zaman kəsiyi anında yaranan iqtisadi şərtlər məcmusudur. O bazarın vəziyyətini səciyyələndirən iqtisadi göstəricilərlə: tələb və təklifin nisbəti, qiymətin səviyyəsi, bazarın tutumu, istehlak-çıların tədiyə qabiliyyəti, əmtəə ehtiyatlarının vəziyyəti və s. müəyyənləşdirilir. Özü də tələb və təklifin nisbəti mühüm rol oynayır, çünki əksər vaxt satıcı və alıcıların taleyini məhz bu müəyyənləşdirir.
    Mənfəətin dəyişməsi bazarın istehsala xəbər verən barometridir. Əmtəə istehsalçısı öz təsərrüfat fəaliyyətində labüd olaraq mənfəət maraqlarını əldə rəhbər tutur. Mənfəət qiymətdən, istehsal həcminin artmasından və kapitalın dövriyyə sürətindən asılıdır. Müəssisənin mənfəətə yönəlməsinin xarakteri tarazlı bazar və defisit iqtisadiyyat şəraitində kollektiv xudpəsəndlik yaranması və müəssisədə mənfəətin rolunun hədsiz şişirdilməsi zamanı dəyişir.
    Bazar mexanizmini qiymətlərin yaranması və resursların bölüşdürülməsi mexanizmi kimi, əmtəə satıcıları və alıcılarının onların kəmiyyəti, keyfiyyəti, istehsalın quruluşunun müəyyənləşdirilməsində qarşılıqlı əlaqədə olması mexanizmi kimi səciyyələndirmək olar. Bazar mexanizminin dərk edilməsi onun fəaliyyətinin və ondan istifadənin əsasında duran iqtisadi qanunların aydınlaşdırılmasını tələb edir. Bu - dəyər (qiymət) və faydalılıq, rəqabət, azalan tələb, təklifin dəyişməsi, qiymət tarazlığı və s. qanunlarıdır.

    Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   38   39   40   41   42   43   44   45   ...   66




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə