Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


mükafatlı sövdələşmə (opsion)



Yüklə 0,96 Mb.
səhifə41/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   37   38   39   40   41   42   43   44   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

mükafatlı sövdələşmə (opsion) ödəyənə seçim hüququ verir: müqavilədə göstərilən müddət ərzində öhdəliyi yerinə yetirmək və ya ondan imtina etmək. Mükafatı ödəyən satıcı da ola bilər (əmtəəni daha baha qiymətə başqa alıcıya satır), alıcı da (əmtəəni daha ucuz alıb baha qiymətə satır və gəlir əldə edir). Qiymətlər dəyişməzdirsə və ya aşağı düşürsə, ödəyən sövdələşmədən imtina etmək hüququna malikdir, bu halda mükafat alıcıya qalır. Birja oyunlarının mənası bundadır;

  • sığortalayıcı əməliyyatlar və ya hecirləmə iki növdür: a) birja müqavilələrinin satışı («qısa» hecirləmə); b) birja müqavilələrinin alışı («uzun» hecirləmə). Bu əməliyyatlar qiymət dəyişməsi zamanı gəlirin riskdən qorunması aləti kimi çıxış edir. Hecirləmə möhtəkirliyin (yeganə məqsədi qiymət dəyişmələrində gəlir əldə etmək olan birja sövdələşmələri) əksi olan məfhumdur. Hecirləmə məfhumu bank, birja və kommersiya təcrübəsində itkilərin qarşısını almağın müxtəlif metodlarını qeyd etmək üçün işlədilir. Hecirləmənin ən geniş yayılmış növü (metodu) müddətli (müqaviləli) sövdələşmədir. Hecirləmə real əmtəə bazarı və birja arasında tarazlığı saxlamaq deməkdir;

  • qiymətin sonradan müəyyən edildiyi sövdələşmə («on-kol» sövdələşmələr); icra olunmalı, əmrli sövdələşmələr. Bu halda bir tərəf digərinə müqavilənin imzalandığı vaxtla əmtəənin göndərilməsi arasındakı istənilən anda qiyməti müəyyənləşdirmək hüququ verir. Burada qiymət iki elementdən əmələ gəlir: ■ birja qiymət təyini (fyuçers); ■ onlarda (bazisdən) əlavələr və ya güzəştlər. Adətən bazis birja qiymətindən 3%-dən artıq olmur.

    Qiymət təyini (kotirovka) əmtəə, qiymətli kağızlar, istənilən pul öhdəliklərinə cədvəl halma salınmış satıcının qiymətinin və alıcının qiymətinin müəyyənləşdirilməsidir; başqa sözlə, qiymət təyini əmtəə, səhmlər və onlarrn alqı-satqısı, o cümlədən qiymətlər haqqında informasiyam əks etdirən cədvəllərdir. Birja əmtəəsinə - birja ticarəti predmetinə xüsusi tələblər göstərilir ki, əsasları bunlardır: istehsalın kütləviliyi, standartlıq, sabit tələb.
    Birjada fəaliyyət göstərirlər:
  • 1   ...   37   38   39   40   41   42   43   44   ...   66




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə