Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


artarsa qiymətlər aşağı düşür



Yüklə 0,96 Mb.
səhifə49/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   45   46   47   48   49   50   51   52   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

artarsa qiymətlər aşağı düşür.


Azad rəqabət şəraitində, bazar qanunlarının təsiri ilə qiymətlər öz-özünə tarazlaşır. Lakin bu, ya inhisarların yeritdikləri qiymət siyasətinin təsiri ilə, yaxud da qiymətlərin dövlət tərəfindən ixtiyari üsulla tarazlıq nöqtəsindən aşağı və yuxarı müəyyən edilməsi ilə pozula bilər. Tarazlıq qiymətləri həm alıcını, həm də satıcını razı salır. Satıcı sata bilmədiyi, alıcı isə ala bilmədiyi üçün şikayətlənmir. Beləliklə, bazarda tələb qanunu ilə yanaşı, həm də təklif qanunu fəaliyyət göstərir.
Bu qanun, təkliflə qiymət arasında aşağıdakı funksional asılılığın olduğunu göstərir: qiymətlər nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək olur. Deməli, qiymətlə təklif arasında düz mütənasiblik vardır. Təklif qanununa görə digər şərtlər sabit qalmaqla təklifin dəyişməsi qiymətlərin dəyişməsindən bilavasitə asılıdır. Başqa sözlə, istehsalçılar bazara qiymətlər artdıqda çox, aşağı düşdükdə isə az əmtəə və xidmətlər çıxarırlar.

Tələb və təklif qanunlarının, habelə tarazlıq qiymətlərinin əmələ gəlməsi prinsiplərinin nəzərdən keçirilməsi aşağıdakı nəticələri çıxarmağa imkan verir: 1) Bazar münasibətləri şəraitində həm satıcıların, həm də alıcıların mənafelərinin əlaqələndirilməsini təmin edən mexanizm fəaliyyət göstərir; 2) Bazarda formalaşmış və mövcud olan tarazlığı pozan hər hansı bir hadisə, məsələn, istehlakçıların zövqünün və buna uyğun olaraq tələbin dəyişməsi baş verirsə, onda: - Istehsalçı firmalar bazar şəraitinin dəyişməsinə dərhal münasibət bildirirlər və deməli, tələbin artması həmin məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır. Çünki tələb istehsalçılara öz səylərini hansı istiqamətə yönəltməyi «məsləhət görür»; - Istehsalçıların və alıcıların yeni şəraitə uyğunlaşmaları prosesi başlayır, bunun nəticəsində yeni bazar qiyməti və istehsalın yeni həcmi formalaşır; 3) Bütün bunlar inandırıcı surətdə göstərir ki, bazar münasibətlərinə əsaslanan iqtisadi sistem inzibati-amirlik metodlarına əsaslanan iqtisadi sistemə nisbətən daha səmərəlidir və müəyyən üstünlüklərə malikdir.



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə