Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə45/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   41   42   43   44   45   46   47   48   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

S = f (P);


burada S - təklif; f - funksiyadır.
Kurno bunu təklifin dəyişməsi qanunu adlandırmışdı. Təklifin dəyişməsi qanununun mahiyyəti ondadır ki, qiymət artdıqda təklif olunan əmtəənin həcmi artır, azaldıqda isə azalır. Təklif əyrisinə texniki tərəqqi get-gedə daha çox təsir göstərir. O istehsal məsrəflərini azaltmağa və əmtəə təklifini dəyişməyə imkan verir. Əmtəə təklifi əyrisinin forması əsasən onun istehsal texnologiyası, həmin əmtəənin hazırlanmasında istifadə olunan resursların əldə olunması ilə şərtlənir.
İstehsalın və onda istifadə olunan resursların səfərbərliyi yüksək olarsa, onda təklif əyrisinin mailliyi daha az olar, yəni qiymətin azacıq dəyişməsi əmtəə təklifinin xeyli artması ilə nəticələnir. İstehsalın artırılması daha böyük resurs və əmək sərfi ilə müşayiət olunursa, təklif əyrisi daha sərt olur. Təklif onun dəyişməsini şərtləndirən bütün amillərin funksiyasıdır:

S = f (P, Pr, K, T, N, B);


burada Pr- resursların qiyməti; K - tətbiq olunan texnologiyanın xarakteri; T

  • vergilər və malyyə yardımı; N - satıcıların sayı; B - başqa amillərdir.

Təklif funksiyası təklifin ona təsir edən müxtəlif amillərdən asılılığını müəyyənləşdirir.

Mövzu 10. Bazar tarazlığı və qiymət




Tarazlıq bazarda təklif və tələbin üst-üstə düşdüyü, yaxud istehlakçı və istehsalçını qane edən qiymətlərin ekvivalent olduğu vəziyyətdir. Tələb və təklifin qarşılıqlı əlaqədə olması nəticəsində bazar tarazlığı yaranır. Bunun necə baş verdiyini aydınlaşdırmaq üçün tələb əyrisini və təklif əyrisini bir qrafikdə yerləşdirmək lazımdır (Şəkil 1).


Şəkil 1. Tələb və təklif əyriləri


Tarazlıq nöqtəsi göstərir ki, tələb və təklif bir-birinə əks qüvvələrdir, çünki tarazlıq vəziyyətində bazarda tarazlıqdır. Tarazlıq qiyməti göstərir ki, əmtəə alıcılara lazım olan qədər istehsal olunub. Belə tarazlıq bazar iqtisadiyyatının maksimum səmərəliliyinin də alan bu tarazlığı pozmaqda maraqlı deyil. Əksinə, müvazinətdən fərqli istənilən başqa qiymətdə bazar müvazinətli deyil və alanlar da, satanlar da bazarda vəziyyəti dəyişməyə can atırlar.
Beləliklə, tarazlıq qiyməti konkret qüvvələrin təsiri nəticəsində tələb və təklifi tarazlığa gətirən qiymətdir. Real qiymət tarazlıq qiymətindən yüksək olarsa, belə qiymətdə P1 - tələb həcmi, P2- təklif həcmindən az olacaq. Bu halda istehsalçılar qiyməti aşağı salmağı, məhsulu əvvəlki tələbdən xeyli artıq olan həcmdə istehsal etməkdən üstün biləcəklər. Təklifin artıqlığı (P2 - Pı) qiymətə azaldıcı təsir edəcək. Bu proses tələblə təklifin həcminin bərabər olduğu tarazlıq səviyyəsində qərarlaşana qədər davam edəcək.
Ümumi iqtisadi tarazlığın ilk tərifini Leon Valras (1874) vermişdi, Marksın orta qiymət (istehsal qiyməti) kateqoriyasından fərqli olaraq o, ictimai istehsal sistemindən uzaqlaşmağa cəhd edərək ilkin kateqoriya kimi faydalılığa əsaslanırdı. Əgər tarazlıqdan uzaqlaşma ilkin vəziyyətə qayıtmaqla müşayiət olunursa, tarazlıq sabit adlanır. Əks təqdirdə tarazlıq qeyri-sabit olur.
İqtisadi nəzəriyyədə tələb və təklifin dörd qaydası olduğu göstərilir:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə