Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


D = f (P); Burada f(P)>0, D - tələb; f - funksiyadır; P - qiymətdir. Bu qanun aşağıdakı asılılığı ifadə edir: ■ qiymətlər azalmağa meyllidirlər



Yüklə 0,96 Mb.
səhifə44/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

D = f (P); Burada f(P)>0, D - tələb; f - funksiyadır; P - qiymətdir.
Bu qanun aşağıdakı asılılığı ifadə edir: ■ qiymətlər azalmağa meyllidirlər;
  • bu zaman tələb göstərilən əmtəənin kəmiyyəti əksinə, artır; ■ lakin tələb göstərilən əmtəənin kəmiyyətinin artması qiymətlərin azalmasından daha az baş verir; ■ tələb əyrisinin azalan olması da bundan irəli gəlir.


Tələbin azalması qanunu çoxsaylı amillərin təsiri altında meyl kimi çıxış edir.
Tələb bütün amillərin funksiyasıdır:

D = F (P, I, Z, W, Psub, Pcoin, N, B);


I - gəlir; Z - zövqlər; W(waiting) - gözləmələr; Psub - substitut (ingiliscə - “import substitution” – “idxalı əvəzləmə”) ölkədə müvafiq əmtəənin istehsal vasitəsi ilə onun idxalının azaldılması və ya tamam dayandırılnması) əmtəələrin qiyməti; Pcoın
- tamamlayıcı əmtəələrin qiyməti; N - alıcıların sayı; B - başqa amillərdir.
Tələbin funksiyası ona təsir edən müxtəlif amillərdən asılı olaraq tələbin həcmini müəyyənləşdirən funksiyadır. Beləliklə, tələb dəyişən kəmiyyətdir, özü də tələbin qədərinin və ya həcminin dəyişməsi və xarakterinin dəyişməsi fərqlən- dirilməlidir. Tələbin həcmi yalnız həmin əmtəənin qiyməti dəyişkən olduqda dəyişir. Tələbin xarakteri isə əvvəlcə dəyişməz olan amillər dəyişəndə dəyişilir. Tələbin xarakterinin dəyişməsi isə “tələb əyrisinin” sağa və ya sola yerdəyişməsində özünü göstərir. Belə vəziyyət mümkündür.
Təklif onun dəyişilməsi qanunu. Təklif həcmi satıcıların konkret yerdə və konkret vaxtda almağa təklif etdiyi əmtəənin kəmiyyətidir. Təklif bazarda olan və ya ora çatdırıla biləcək əmtəədir. Əmtəə təklifləri natural-əşya (çeşidə görə) və dəyər (pulla, qiymətlə ifadə olunmuş əmtəə məbləği) formalarında olurlar. Təklifin həcmi və quruluşu bazardakı iqtisadi vəziyyəti satıcılar (istehsalçılar) tərəfindən xarakterizə olunur və istehsalın ölçüləri və imkanları, həmçinin əmtəənin (bir hissəsi istehsalın özündə istehlak olunduğundan) bazara göndərilən hissəsi ilə müəyyənləşir.
Əmtəə təklifinə yolda olan əmtəələr də daxil olmaqla bazardakı bütün əmtəələr daxildir. O istehsalın əmtəə istehsalı, əmtəə ehtiyatı və ixracının həcmi və quruluşu hesabına formalaşır. Ona ticarətdəki təbii itkilərin ödənilməsi, ucuzlaşma və qiymətin aşağı salınmasına xərclər təsir göstərir. Bazarda öz əmtəəsini təklif edən istehsalçıların vəziyyəti hər bir an üçün eyni deyil. Onların bir qismi istehsala az istehsal vasitələri və əmək sərf edirlər. O biri qismində məhsul vahidinə çəkilən xərclər daha yüksək olur. Lakin bazara çıxandan sonra çəkdikləri istehsal xərclərin- dən asılı olmayaraq onların hamısı ən yüksək qiymətə can atırlar. Özü də əmtəənin qiyməti nə qədər yüksək olsa, onlar bir o qədər çox əmtəə satmağa cəhd edəcəklər, yəni təklifi artıracaqlar (rəqabət olanda).
Hər bir istehsalçının təklifi, adətən, qiymətdən asılı olaraq dəyişir. Qiymət aşağı olsa, satanlar az əmtəə təklif edib, onun bir qismini anbarda saxlayırlar. Qiymət yuxarı olarsa, onlar bazara daha çox əmtəə çıxarırlar. Qiymət xeyli qalxdıqda, istehsalçılar əmtəə təklifini mümkün qədər çox artırmağa, hətta zay məhsulu da satmağa cəhd edirlər. Bazarda əmtəə təklifi istehsal məsrəflərindən - iqtisadçıların çoxunun təklifə təsir edən ən mühüm amil hesab etdiyi istehsalat xərclərindən çox asılıdır. İstehsalçı, ona iqtisadi təsir göstərilmirsə, öz maraqlarını gözləyərək hərəkət edir, yəni mənfəəti maksimallaşdırmağa can atır. Bu o deməkdir ki, istehsalçı hər dəfə ən yüksək mənfəət təmin edəcək istehsal həcmini seçir.
İlk nəzərdə elə gəlir ki, istehsal həcminin azaldılması mədaxilin artması (ümumi gəlir) ilə müşayiət olunur. Lakin aydın olur ki, hər firmanın özünün böyümə həddi var. Bu hədd xaricində firmanın böyüməsi və bundan irəli gələrək, istehsal xərclərinin artması istehsal məsrəflərinin artmasına səbəb olur. Məsələn, nəqliyyat xərcləri, istehsalın idarə edilməsinə xərclər və s.
Əmtəənin özündən başqa təklifin həcminə qarşılıqlı əvəzlənən və bir-birini qarşılıqlı tamamlayan əmtəələrin qiymətləri, texnologiyanın səviyyəsi, dövlətin
fəaliyyəti, vergilər, perspektivli gözləmələr, istehsalın və bazarın inhisarlaşması və
s. bu kimi amillər təsir göstərir. Resursların qiyməti bilavasitə istehsal xərclərinə və onların vasitəsilə təklifin həcminə təsir edir. Lakin resurslara çəkilən xərcin qədəri iqtisadi mənada istehsal xərclərinin pulla ifadə olunmuş həcmi ilə eyni deyil.
Bir qayda olaraq, resursların bir neçə sahədə istifadə olunma imkanı var, buna görə də iqtisadçı resursların tətbiqinin bütün alternativ tətbiq üsullarını nəzərə almağa çalışmalıdır. Məsələn, torpaq sahəsini icarəyə götürən fermer seçim qarşısında qalır: bu sahədə o nə becərməlidir - alma, yaxud buğda? Məlumdur ki, bir hektar alma sahəsi bir hektar buğda sahəsindən ikiqat artıq gəlir gətirir. Fermerin hansı seçimi edəcəyini bilmək çətin deyil. Lakin o buğdanı seçərsə, onun məsrəflərinə alma əkəcəyi təqdirdə əldə edə biləcəyi itirilmiş gəlir də daxildir.
Beləliklə, resursa çəkilən xərclər kimi resursdan ən əlverişli istifadədən əldə olunan gəlir də nəzərə alınmalıdır. Bazarda istehsalçıların alıcılara təklif etmək istədikləri əmtəənin kəmiyyəti ilə bazar qiymətləri arasında müəyyən nisbət yaranır. Bu asılılığı koordinatlar sistemini tətbiq etməklə qrafik şəkildə əks etdirmək mümkündür (Şəkil 1).
Absis oxu bazara çıxardılmış əmtəəni, ordinat oxu isə qiymətin hərəkətini əks etdirsin. Əmtəənin biri 5 dollar olanda əmtəə təklifi 18 ədəd, 4 dollar olanda - 16, 3 dollar olanda - 12, 2 dollar olanda -7 ədəd olacaq, 1 dollar olanda isə heç bir dənə də təklif olunmayacaq ki, bu təklif qrafiki təklif əyrisi formasını alacaq.
Təklif əyrisi bu məqamda istehsalçıların müxtəlif qiymətlərə nə qədər məhsul satmağa hazır olduqlarını göstərən əyridir. Təklif əyrisi rəvan əyilmiş və yuxarı qalxan əyridir. O bazar qiymətləri ilə istehsalçıların istehsal edib satmağa hazır olduğu məhsulun kəmiyyəti arasındakı asılılığı göstərir. Antuan Ogüsten Kurno bu asılılığı riyazi düstur şəklində təsvir etmişdi:

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə