Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


əmtəəyə olan tələbin dəyişməsinin istehlakçıların gəlirlərinin dəyişməsinə olan nisbəti kimi hesablanır



Yüklə 0,96 Mb.
səhifə52/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   48   49   50   51   52   53   54   55   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

əmtəəyə olan tələbin dəyişməsinin istehlakçıların gəlirlərinin dəyişməsinə olan nisbəti kimi hesablanır. Bu göstəricidən istifadə etməklə, hər hansı bir əmtəənin normal (gəlirlərin artması tələbin artmasına səbəb olduqda) və ya aşağı (gəlirlərin azalması tələbin azalmasına səbəb olduqda) əmtəələr kateqoriyasına aid olduğunu müəyyən-ləşdirmək olur.
Təklifin qiymətə görə elastikliyi də tələbin qiymətə görə elastikliyi kimi hesablanır. Fərq yalnız ondandır ki, tələbin kəmiyyəti əvəzinə təklifin kəmiyyəti götürülür.
Təklif istehsal prosesinin dəyişməsi ilə əlaqədar olduğuna görə o, tələbə nisbətən qiymətlərin dəyişməsinə ləng uyğunlaşır. Ona görə də elastiklik göstəricisi müəyyən olunanda vaxt amili əsas götürülür. Təklifin elastikliyi qiymətləndirildikdə adətən üç müvəqqəti dövr - qısa müddətli, orta müddətli, uzun müddətli – nəzərdən keçirilir.
Qısa müddətli dövr dedikdə məhsul buraxılışının həcmində hər hansı bir dəyişikliyin aparılmasının mümkün olmadığı dövr nəzərdə tutulur. Məsələn, alma yetişdirən və onu bazara satmağa gətirən bağban, bazarda hansı qiymətin formalaşmasından asılı olmayaraq, təklif etdiyi məhsulun miqdarını dəyişdiyinə görə, təklif elastik deyildir.
Orta müddət mövcud istehsal gücləri əsasında istehsalın miqyasının genişləndirilməsi və ya ixtisar edilməsinin mümkün olduğu, lakin yeni istehsal güc- lərinin işə salınmasının mümkün olmadığı dövrdür. Bu dövrdə təklifin elastikliyi nisbətən artır.
Uzunmüddətli dövrdə firmalar özlərinin istehsal gücləri-nin genişlən- dirilməsi və ya ixtisar edilməsi üçün kifayət qədər imkana malik olurlar, habelə uzunmüddətli dövrdə tələb artdıqda bu sahəyə yeni firmalar gəlir, tələb azaldıqda isə bəzi firmalar bu sahədən çıxıb gedirlər. Bu dövrdə təklifin elastikliyi əvvəlki iki dövrə nisbətən daha yüksək olur. Beləliklə, tələb və təklifin elastikliyi nəzəriyyəsinin çox böyük nəzəri və praktik əhəmiyyəti vardır. Bunu konkret misalla nümayiş etdirmək olar. Məlum olduğu kimi firmalarda (müəssisələrdə) istehsal xərclərinin artması onları, buraxdıqları məhsulların qiymətlərini qaldırmağa məcbur edir.
Firmalar, onların istehsal etdikləri məhsullara olan tələbin elastikliyi ilə bazar tələbinin elastikliyinin bir-birinə uyğun gəlməsində maraqlıdırlar. Firma bazarda mütləq mənada inhisara malik olmadıqda birinci ikincidən yüksək olur. Lakin firmanın məhsullarına olan tələbin qiymətə görə elastikliyini hesablamaq olduqca mürəkkəbdir. Çünki firma öz məhsullarının qiymətini qaldırdıqda və ya aşağı saldıqda rəqiblərin buna münasibətini də nəzərə almalıdır. Bu zaman riyazi modellərdən, yaxud da firmaların rəhbərlərinin təcrübəsindən istifadə olunması məqsədəuyğundur.
Firmalar qiymət haqqında qərar qəbul edərkən təkcə bazar tələbinin elastikliyi haqqındakı məlumatlara istinad etdikdə, qiymətlərin qaldırılmasının təsiri ilə məhsulların satışından “əmələ gələn” itki gözlənildiyindən daha çox olur. Tələbin elastikliyi firmaların qiymət siyasətinə təsir göstərən başlıca amillərdəndir. Bunu aşağıdakı misalla izah edək: tutaq ki, hər hansı bir firma 100 mənzilli bina
tikdirmişdir və mənzillərin hansı qiymətlə satılması haqqında qərar qəbul etməlidir. Bu zaman belə bir cəhət nəzərə alınmalıdır ki, cari təmir xərclərindən başqa, tikintiyə və istismara sərf olunan xərclər əslində neçə mənzilin istifadəyə verilməsindən asılı deyildir.
Firma mənzilə olan tələbi və elastikliyi bildikdə daha çox gəlir əldə etmək üçün bu mənzilləri hansı qiymətlə istifadəyə verəcəyini asanlıqla müəyyən edir. Hətta mənzillərin bir hissəsi istifadəçilərə verilmədikdə belə, maksimum gəlir əldə olunması təmin edilir. Fikrimizi davam etdirək, deyək ki, aylıq icarə haqqı 200 manat olmaqla tələbin qiymətə görə elastikliyi vahidə bərabərdir və icarədən daxil olan məbləğ daha çoxdur. Lakin bu qiymətlə istifadəçilərə 100 deyil, yalnız 80 mən- zil verilə bilər. Firma icarə haqqını 200 manatdan aşağı müəyyən etdikdə qalan 20 mənzilə də istifa-dəçilər tərəfindən maraq arta, lakin əldə olunan ümumi məbləğ azala bilər.
Elastiklik nəzəriyyəsindən təcrübədə istifadə olunmasının ikinci tipik nümunəsi kimi dövlətin vergi siyasətini göstərmək olar. Dövlət dolayı vergilərdən istifadə etməklə iqtisadiyyatda ehtiyatları yenidən bölmək, büdcəyə daxilolmaları artırmaq, aztəminatlı ailələrin vəziyyətini yaxşılaşdırmaq, istehsal və sosial infrastrukturu inkişaf etdirmək və s. vəzifələri qarşısına qoyur. Lakin əmtəə və xidmətlərin ayrı-ayrı növləri üçün müəyyən olunan vergilər tələb və təklifin elastikliyindən asılı olaraq istehsalçı və istehlakçılarda müxtəlif reaksiyalara səbəb olur.
Belə ki, vergi istehsal nəzərə alınmaqla müəyyən olunduqda, istehsalçı qiymətləri qaldıra bilər. Lakin nə qədər? Vergi qədərmi? Əlbəttə, yox! Buna istənilən ixtiyari cavabı vermək olmaz. Ona görə ki, istehsalçı bazar iqtisadiyyatı şəraitində qiymətləri vergi qədər qaldıra, yaxud da tarazlıq qiymətindən yüksək qiy- mət müəyyən edə bilməz. Çünki belə olduqda, istər-istəməz rəqabət mübarizəsi onu bazardan çıxıb get-məyə məcbur edəcəkdir. Bu zaman yeganə çıxış yolu qiy- mətlərin tarazlıq qiymətləri səviyyəsinədək qaldırılmasıdır.
Tələb elastik olduqda istehsalçı daha çox itirir, vergi yükü onun üzərinə düşür. Tələb elastik olmadıqda isə vergi yükü istehlakçının üzərinə düşür və verginin mütləq kəmiyyəti yüksək olur. Tələbin elastik olmadığı əmtəələrə, siqaret, alkaqollu içkilər və s. dövlət tərəfindən aksiz və digər dolayı vergilərin qoyulması da bununla əlaqədardır. Təklif elastik olduqda vergi yükü əsas etibarilə istehlakçının üzərinə düşür. Qiymətlərin artımı və istehsalın həc-minin azalması daha çox müşahidə olunur. Təklif elastik olmadıqda isə deyilənlərin əksi müşahidə edilir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə