Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Real gəlirlər dedikdə isə cari



Yüklə 0,96 Mb.
səhifə55/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   51   52   53   54   55   56   57   58   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Real gəlirlər dedikdə isə cari qiymətlər və əmtəələrin miqdarı nəzərə alınmaqla yaşayış vasitələri satın almaq üçün istehlakçının əlində olan pul məbləği nəzərdə tutulur. Əhalinin real gəlirləri iki halda arta və rifahı yaxşılaşa bilər:
  1. Əmtəələrin qiymətləri sabit qalmaqla, nominal gəlir artdıqda;


  2. Nominal gəlirlər sabit qalmaqla qiymətlər aşağı düşdükdə.

Istehlakçılar bunu imkanları məhdudlaşdıqda və ya daha çox yaşayış vasitələri almağa imkanları olduqda hiss edirlər. Bu, əksəriyyət hallarda, ayrı-ayrı əmtəələrin və ya əmtəə qruplarının qiymətləri qismən dəyişdikdə baş verir. Hətta, ayrı-ayrı əmtəələrin qiymətlərinin yüksəlməsi büdcə məhdudiyyətlərini gücləndirir, əhalinin satınalma imkanlarını və rifahının səviyyəsini aşağı salır. Əksinə, ayrı-ayrı əmtəələrin qiymətlərinin qismən aşağı düşməsi istehlakçıların şəxsi büdcələrindəki məhdudiyyətləri aradan qaldırır, onların özlərinin rifah halının yaxşılaşdırılması imkanlarını artırır.
Şəxsi büdcənin məhdudluğu onu daim dəyişən qiymətlər şəraitində daha səmərəli bölüşdürməyə çalışan istehlakçını seçim qarşısında qoyur. Bu o deməkdir ki, istehlakçı bəzi əmtəələri satın almalı, bəzilərindən isə imtina etməlidir. O, şəxsi büdcəsində olan vəsaitin ödəyə biləcəyi imkanlara və satın alınan əmtəələrin faydalılığı haqqında fərdi təsəvvürlərə uyğun məhsullardan ibarət olan variantı seçməyə üstünlük verir.
Əmtəələrin faydalılığı isə onların istehlak üçün yararlı olmalarına deyilir və alıcı bunu həmişə ödədiyi pul ilə müqayisə edir. Bu mənada pul, istehlakçının satın aldığı əmtəələrin faydalılığının miqdar ölçüsü kimi çıxış edir. Digər bir ölçü isə əmtəələrin qiymətləri ilə tələbatın ödənilməsi üçün zəruri olan nemətlərin miq- darı arasındakı qarşılıqlı əlaqədir. Istehlakçı satın aldığı əmtəənin faydalılığının ödədiyi pula tam uyğun gəldiyinə əmin olduqda, elədiyi bazarlığın birinci vahidi ona daha çox fayda verir. Təbiidir ki, istehlakçı satın aldığı əmtəənin ikinci, üçüncü və sonrakı vahidlərindən də fayda götürür. Və faydalılığın ümumi həcmi artdıqca istehlakçı həmin əmtəədən satın almaqda davam edir. Lakin sual olunur: o, bunu yalnız bir əmtəə satın alıb istehlak etməklə sonsuzluğa qədər davam etdirə bilərmi? Məsələn, tutaq ki, istehlakçının gündəlik çörək norması qiyməti 2 pul vahidinə (deyək ki, 60 qəpiyə) bərabər olan 0,5 kq-a bərabərdir. Qiymətlər və digər şərtlər sabit qalmaqla o, hər gün 0,5 kq çörək alır. Lakin çörəyin qiyməti aşağı düşsə və bir pul vahidinə (deyək ki, 30 qəpiyə) bərabər olsa, istehlakçı satın aldığı çörəyin miqda- rını artırıb bir kiloqrama çatdıra bilər. Qiymət bir qədər də 15 qəpiyə qədər aşağı
düşdükdə, istehlakçının daha çox (məs, 1,5 kq) çörək almaq imkanı yaranır.
Buradan aydın olur ki, satın alınmış hər hansı bir əmtəənin son faydalılığı məsələsi kifayət qədər tez bir zamanda meydana çıxır. Lakin qətiyyətlə demək olar ki, satın alınan çörəyin hər sonrakı vahidinə sərf olunan xərcin faydalılığı azalmağa başlayır. Bu təkcə ərzaq məhsullarına deyil, bütün əmtəələrə aiddir. Çünki şəxsi istehlak üçün bir və ya iki, yaxud da üç vahid eyni adlı əmtəə (məsələn paltar, ayaq- qabı, televizor, mənzil, avtomobil, kompüter və i. a.) almaq olar. Hər bir alıcı öz
təcrübəsində bunu təsdiq edə bilər. Bunlar isə bir daha əmtəələrin son faydalılığının azalması qanununun fəaliyyət göstərdiyini əyani şəkildə nümayiş etdirir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə