Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Istehlakçı davranışı qaydaları, tarazlıq şərtləri və əvəzetmənin son norması



Yüklə 0,96 Mb.
səhifə56/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   52   53   54   55   56   57   58   59   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Istehlakçı davranışı qaydaları, tarazlıq şərtləri və əvəzetmənin son norması. Istehlakçının şəxsi büdcəsi və əmtəələrin qiymətləri sabit qaldığı şəraitdə ayrı-ayrı məhsulların son faydalılığı aşağı düşərsə, o, özünün sağlam məntiqinə əsaslanaraq satın aldığı bütün əmtəələrin son ümumi faydalılıqlarını mümkün olan ən yüksək (son) həddə çatdırmağa çalışır. Bu isə satın alınan əmtəələrin qiymət- lərindən asılıdır. Ona görə də istehlakın ümumi faydalılığına o zaman nail olunur ki, əmtəələrin son faydalılığı ilə sərf olunan pulun hər vahidi bir-birinə bərabər olsun.
Əmtəələrdən hər hansı birinin son faydalılığı xərclənən pulun hər vahidinə nisbətən çox olduqda, istehlakçı həmin əmtəədən daha çox satın almağa, onların ümumi faydalılığını mümkün olan ən yüksək həddə çatdırmağa səy göstərir. Istehlakçı şəxsi büdcəsindəki vəsaiti xərclədikdə məhz bunları nəzərə alır. Lakin bu zaman alıcı xərclədiyi pulun müqabilində satın aldığı hər bir əmtəənin son faydalılığının orta kəmiyyətini müəyyən edə bilər.
İstehlakçı əldə etdiyi fayda ilə sərf etdiyi xərcləri tarazlaşdırmaq yolu ilə
«bərabər xərcə görə bərabər son faydalılıq» göstəriciləri əsasında bərabərliyə nail olur. Əvəzetmə istehlakçıya nəinki son (əlavə) səmərəni və son (əlavə) xərcləri müqayisə etməyə, həm də özünün şəxsi büdcəsində olan vəsaiti bazarlıq etdiyi əmtəələr arasında bərabər, imkanına uyğun gələn qaydada bölüşdürməyə səbəb olur.
Istehlakçını maraqlandıran ən mühüm məsələlərdən biri də əvəzetmənin son normasına nail olmaqdır. Əvəzetmənin son norması dedikdə istehlakçının hər hansı bir əmtəədən əlavə vahidin satın alınması üçün imtina etdiyi başqa əmtəələrin maksimum miqdarını göstərən ölçü nəzərdə tutulur. Bir əmtəənin istehlakından əldə edilən faydalılığın artması başqa bir əmtəənin istehlakının azalmasına uyğun gəlmə- lidir. Bu, nəticə etibarilə şəxsi büdcədən sərf olunan vəsaitin hər vahidinə görə səmərənin eyni səviyyədə olmasını təmin edir.
Istehlakçı xərclədiyi pulun səmərəliliyini, nəinki bir-birini qarşılıqlı surətdə əvəz edən əmtəələri satın almaqla, həm də onların qiymətlərinə xüsusi diqqət ye- tirməklə təmin etməyə çalışır. Başqa sözlə, bir-birini qarşılıqlı əvəz edən əmtəələr arasındakı proporsiyaları tarazlaşdırmağa məhz qiymətlər imkan verir. Bir əmtəənin başqa bir əmtəə ilə əvəz olunmasının son norması qarşılıqlı surətdə əvəz olunan əmtəələrin qiymətləri arasındakı nisbətə bərabər olmalıdır.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə