Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə51/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   47   48   49   50   51   52   53   54   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Ikinci hal mütləq mənada elastik olmayan tələbə aiddir, yəni qiymətlərin dəyişməsi öz əksini tələbin kəmiyyətində tapır. Buna xəstənin yan keçə bilmədiyi ayrı-ayrı dərman növlərinə olan tələbi misal göstərmək olar. Bəs, tələbin qiymətlərə görə elastikliyi necə ölçülür? Bunun üçün tələbin kəmiyyətinin dəyişməsinin (faizlə) qiymətlərin dəyişməsinə (faizlə) olan nisbətini müəyyən etmək lazımdır. Buradan aydın olur ki, elastiklik əmsalı təkcə əmtəələrin qiymətlərinin, onların həcminin və aralarındakı nisbətin dəyişməsindən (tutaq ki, artmasından) deyil, həm də faktiki qiymətlərindən asılıdır.
Tələbin elastikliyinə müxtəlif amillər təsir edir ki, bunlardan biri də bazarda əvəzedicilərin olmasıdır. Bazarda eyni tələbatı ödəyən müxtəlif məhsullardan nə qədər çox olarsa, alıcının qiyməti elastiklik qiymətindən yüksək olan məhsulların hər hansı birindən imtina etmək imkanı da bir o qədər yüksək olur. Tələbin qiymətə görə elastikliyinə təsir edən başlıca amillərdən biri də vaxt amilidir. Qeyd etmək lazımdır ki, uzunmüddətli dövrə nisbətən qısa müddətli dövr elastikliyə az meyllidir.
Tələbin elastikliyindəki fərq, həmçinin istehlakçı üçün hər hansı bir əmtəənin əhəmiyyətlilik dərəcəsi ilə izah olunur. Belə ki, ən zəruri tələbat malları üçün tələb elastik deyildir, istehlakçının həyatında başlıca rol oynamayan məhsullara olan tələb isə adətən elastikdir. İqtisad elmində qarşılıqlı elastiklik anlayışı da vardır. Bu göstəricidən hər hansı bir əmtəənin qiymətinin dəyişməsinin başqa bir əmtəəyə olan tələbin dəyişməsinə təsirini müəyyən etmək üçün istifadə olunur.
Qarşılıqlı elastiklik əmsalının əhəmiyyəti nəzərdən keçirilən hansı məhsulların bir-birini qarşılıqlı surətdə tamam-laması və ya əvəz etməsindən asılıdır. Əmtəələr bir-birini əvəz edəndirlərsə, qarşılıqlı elastiklik əmsalı müsbət işarəli olur. Məsələn, kərə yağın qiymətinin bahalanması marqarinə olan tələbin artmasına, təndir çörəyinin qiymətinin aşağı düşməsi, çörəyin digər növlərinə olan tələbin azalmasına gətirib çıxarır.
Elastikliyi qiymətləndirmək üçün təkcə qiymət deyil, başqa iqtisadi dəyişənlər də seçilə bilər. Belə iqtisadi dəyişənlərdən biri gəlirlərdir. Gəlirlərə görə elastiklik

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə