Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır



Yüklə 0,96 Mb.
səhifə48/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   44   45   46   47   48   49   50   51   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır. Tələbat hər bir fərdin mədəni səviyyəsinə xas olan və onun xarakterinə yüğun gələn formaya düşmüş ehtiyacıdır. Tələbat öz ifadəsini ehtiyacı ödəyə biləcək obyektlərdə tapır. Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır. Bu, onların çoxsaylı obyektlərlə rastlaşmaları ilə əlaqədardır. Başqa sözlə, əmtəə istehsalçıları sanki öz təşəbbüsləri ilə cəmiyyət üzvlərinin onlara lazım olan məhsullarla təmin olunması qayğısına qalır. Bütün istehlakçılar isə onların faydalılıq dərəcəsinə qiymət verilməsində sərbəst surətdə iştirak edirlər. Onlar əllərində olan pula-manata, dollara, avroya və i.a.- özlərinə lazım olan əmtəələri satın almaqla, həmin məhsul- ların içtimai faydalılığına bir növ «səs» vermiş olurlar. Bununla da hər bir əmtəə üçün istehlak dairəsinə ya yol açılır, ya da bu yol bağlanır. Bu isə istehsalçıların gəlirlərində müxtəlifliyə səbəb olur.
Tələbat sonsuz, onların ödənilməsi mənbələri isə məhdud olduğuna görə (bəzi çox böyuk imkana malik olan şəxslər istisna olmaqla) istehlakçılar özləri üçün elə əmtəələri seçməlidirlər ki, bunlar onların alıcılıq imkanlarına uyğun gəlsin. Bütün bunlar onu göstərir ki, tələb və tələbat müxtəlif anlayışlardır. Daha doğrusu, tələb alıcılıq qabiliyyətinə uyğun gələn tələbatdır.
Beləliklə, bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qanun tələb və qiymət arasında aşağıdakı funksional asılılığı ifadə edir: əmtəə və xidmətlərin qiymətləri nə qədər yüksək olarsa ona olan tələb də bir o qədər az olur. Başqa sözlə, digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələb qiymətlərdən asılı olaraq dəyişir və deməli, bunların arasında tərs mütənasiblik vardır. Bu: 1) Qiymətlər aşağı olduqda alıcının daha çox əmtəə almaq istəyinin olması (gəlirlərin səmərəliliyi); 2) Hər hansı bir və ya bir neçə əmtəənin qiymətinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) digər əmtəələrin də qiymətlərinin dəyişməsi (bahalaşması və ya ucuzlaşması) bununla əlaqədar olaraq onların satın alınmasının daha sərfəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.
Qiymətlərin qalxacağı barədə əhali arasında ajiotaj vəziyyət yarandıqda, qızıl, qiymətli daş-qaş, əntiq malların satın alınmasına meyl, habelə, keyfiyyəti yüksək və daha qiymətli əmtəələrə tələb artdıqda tələb qanunu fəaliyyət göstərmir. Məsələn, tutaq ki, marqarinə olan tələb azalıb, kərə yağa olan tələb isə artıb, başqa sözlə, tələb marqarindən kərə yağına «keçib». Sual olunur: bu o deməkdirmi ki, satıcı marqarinin qiymətini aşağı salmaqla ona olan tələbi artıra bilər. Əlbəttə, yox! Çünki kərə yağa olan tələbin artmasına digər qeyri-qiymət amilləri də təsir edir. Deməli, marqarinin qiymətinin aşağı salınması ona olan tələbin artmasına doğru aparmır. Lakin bunu qiymətli şeylərə şamil etmək olmaz.
Bazar iqtisadiyyatının təhlilinə tələbin aydınlaşdırılmasından başlanması tamamilə qanunauyğundur. Çünki tələb hər bir şəxs üçün doğma və ən yaxın anlayışdır. Lakin əmtəələri istehsalçılar yaradır və istehlakçılara onlar təqdim (təklif) edirlər. Təklif – istehsalçıların müəyyən dövrdə, hər hansı qiymətlərlə satmaq üçün hazırladıqları satmaq istədikləri əmtəə xidmətlərin miqdarı və ya onların toplusudur. Təklifin qiymətlərə təsiri onunla izah edilir ki, bir tərəfdən qiymətlər yüksəldikdə firmalar ehtiyatda saxladıqları maddi resursları və tez bir zamanda istismara verilməsi mümkün olan istehsal güclərini işə salır və bununla da həmin sahədə məhsul istehsalının armasına şərait yaradırlar.
Digər tərəfdən, qiymətlər uzun müddət ərzində fasiləsiz və sabit şəkildə yüksəldikdə iqtisadiyyatın başqa sahələrində fəaliyyət göstərən bəzi istehsalçılar da bu sahəyə gəlirlər ki, bu da həmin sahədə məhsul istehsalının və deməli, təklifin artmasına səbəb olur. Lakin qısa müddətli dövrdə bu mümkün olmur. Çünki bu dövrdə onların istehsalı artırmaq üçün ehtiyatları (məsələn, tutaq ki, mövcud avadanlıqlar üç növbədə tam gücü ilə işləyir) və imkanları (əlavə işçi qüvvəsinin muzdla tutulması da daxil olmaqla istehsal güclərinin genişləndirilməsi imkanları) olmaya bilər.
Tələb kimi təklif də aşağıdakı qeyri-qiymət amillərinin təsiri ilə dəyişə bilər: 1) Texniki yeniliklərdən istifadə olunması, ehtiyatların, vergi siyasətinin, istehsal amilləri qiymətlərinin dəyişməsi nəticəsində istehsal xərclərinin dəyişməsi;

  1. Bazara yeni firmaların gəlməsi. Bu, qiymətdən asılı olmayaraq təklifi artırır; 3) Başqa əmtəələrin qiymətlərinin dəyişməsi. Bu, ehtiyatların və firmaların həmin sahədən çıxıb getmələrinə, bu isə öz növbəsində təklifin azalmasına səbəb olur; 4) Təbii fəlakətlərin, siyasi hərəkatların, iqtisadiyyatı dağıdan, ölkəni xarabazarlıqlara

çevirən müharibələrin olması; 5) Tələbin, qiymətin, gəlirlərin dinamikasına dair satıcıların proqnozları; 6) satıcıların sayının dəyişməsi – bütün bunlar təklifi azaldır. Tələb kimi təklif də bazar iqtisadiyyatı subyektlərinin fəaliyyət göstərdikləri müstəqil sferadır. Onların davranış qaydalarının düzgün başa düşülməsi bazar qiymətləri ilə təklif arasındakı əlaqəni təhlil etməyə imkan verir. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazar qiymətləri əmələ gəlir. Bunlar bir-birinə bərabər olduqda əmələ gələn qiymət tarazlıq (tənləşmə, müvazinətlik) qiyməti adlanır. Yalnız tələb və təklifin kəsişmə nöqtəsində əmələ gələn qiymətlər həm alıcını, həm də satıcını təmin edə bilər. Bunlara uyğun olaraq demək olar ki, bazar qiymətlərinin əmələ gəlməsinin aşağıdakı qanunları fəaliyyət göstərir: 1) Qiymətlər tələb və təklifin bir-birinə bərabər olduğu səviyyəyə-kəsişmə nöqtəsinə doğru hərəkət edir; 2) Qeyri-qiymət amillərinin təsiri ilə tələb sabit qalmaqla təklif azalarsa, yaxud da təklif sabit qalmaqla tələb artarsa, onda qiymətlər yüksəlir, əksinə, təklif sabit qalmaqla tələb azalarsa və ya tələb sabit qalmaqla təklif

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə