Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə43/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   39   40   41   42   43   44   45   46   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Dəyər qanunu. Klassik ingilis və marksist siyasi iqtisadına görə, dəyər qanunu əmtəə istehsalının mərkəzi qanunudur. Bu qanuna görə əmtəə istehsalı və mübadiləsi və deməli, iqtisadiyyatın nisbətlərinin müəyyənləşdirilməsi ictimai zəruri əmək sərfinə müvafiq olaraq həyata keçirilir. Dəyər qanunu dəyərin pulla ifadə olunmuş qiymət qanunudur. Yuxanda göstərildiyi kimi, dəyərin substansiyası ictimai zəruri iş vaxtı ilə ölçülən mücərrəd ictimai zəruri əməkdir. Bu o deməkdir ki, mübadilə nisbətlərinin müəyyənləşdirilməsində əmtəə istehsalına sərf olunan fərdi əmək və iş vaxtı deyil, yalnız bazarın qəbul etdiyi əmək və iş vaxtı
həlledici əhəmiyyət kəsb edir. Kifayət qədər dəqiqliklə demək olar ki, ictimai zəruri vaxt həmin növ əmtəənin əsas kütləsinin istehsalına sərf olunan vaxtdır.
Dəyər qanununun fəaliyyəti üçün ən mühüm şərt-bazar mexanizmli azad bazarın olmasıdır. Əmək məhsullarının əsas hissəsi əmtəə forması alanda dəyər qanunu istehsalın tənzimləyicisi olur. Bu kapitalizmdə və qanşıq iqtisadiyyatda özünə yer alır. Hər bir konkret halda qiymətlə dəyər üst- üstə düşmür. Bununla belə bütün bazar miqyasında əmtəə qiymətlərinin cəmi dəyərlərin cəminə bərabərdir, qiymətlərin öz ətrafında dəyişdiyi mərkəz dəyərdir. Dəyər qanunu bu mənada qiymətin dəyərdən çoxsaylı yayınmalarından özünə yol açır, özünün həyata keçməməsi yolu ilə həyata keçir.
Azalan (hədd) faydalılıq qanunu. Bazar mexanizminin təhlili faydalılıq həddi nəzəriyyəsinin təhlili aparılmadan mümkün deyil. Hələ XIX əsrin sonunda Avstriya məktəbinin nümayəndələri (E.Bem-Baverk, K.Menger, F.Vizer) faydalılıq həddi nəzəriyyəsini təbliğ etməyə başlamışdılar. Bu nəzəriyyənin məğzi ondadır ki, iqtisadi nemətin qiymətliliyı müəyyən tələbatı ödəyən həmin nemətin son hədd faydalılığı ilə müəyyənləşir. Bu müddəanı başqa cür də vermək olar: nemətin qiymətliliyi bu və ya digər miqdarda nemətlə təmin edilən tələbatlar sırasında sonuncu yer tutan tələbatın nıühümlüyü (intensivliyi) ilə müəyyənləşir.
Tələb və onun azalması qanunu. Müəyyən zaman kəsiyində münasib qiymətə alına biləcək əmtəə miqdarına tələb deyilir. Bazarda tələb istehlakçı, daha doğrusu, alıcı tərəfdə çıxış edir və insanların tələbatını əks etdirir. Buna görə də tələb dedikdə bazarda əmtəə şəklində təmsil olunmuş tələbat başa düşülməlidir. Lakin bu hər tələbat deyil, yalnız təmin olunmalı olan və pul ekvivalenti ilə təmin edilmiş, yəni tədiyə qabiliyyətli tələbdir. İqtisadçı üçün tələbin həqiqi nümayəndəsi yalnız alacağının müqabilində onun ekvivalentini təklif edə biləndir. Müasir şəraitdə belə ekvivalent qismində pul çıxış edir. Buradan da məlumdur ki, tədiyə qabiliyyətli tələb tələbata bərabər deyil. Sonuncular daha çox ola bilər.
Mübadilə və bazar inkişaf etdikcə tələb kateqoriyası da dəyişilir. Belə ki, əmtəə əmtəəyə dəyişdirilərkən tələb pul şəklində deyil, dəyişdirilməli olan və mübadilə zamanı ekvivalent qismində çıxış edən əmtəə şəklində təmsil olunur. Əmtəə mübadiləsi və bazarın inkişaf etməsilə, pulun və əmtəə tədavülünün yaranması ilə tələb artıq pul şəklində çıxış edir, yəni tədiyə qabiliyyətli tələb kimi təzahür edir. Sonuncudan fərqli olaraq, tədiyə qabiliyyətli tələb yalnız pul ekvivalenti ilə təmin olunmuş deyil, həm də mütləq «bazara çıxarılmış» tələbatdır. Keynsə görə, bu səmərəli tələbdir. O çox konkretdir (tədiyə qabiliyyətli tələbdən fərqli olaraq), çünki həmişə müəyyən əmtəə və ya xidmətin alınmasına yönümlənir.
Tədiyə qabiliyyətli tələblər istehsal amillərinə (bu, istehsalın tələbidir) və istehlak şeylərinə (əhalinin tələbi) olan tələblərə bölünürlər. Sonuncu əhalinin əlində, əmanət kassalarında olan pul kütləsinin həcmindən, müxtəlif ödənişlərdən və mirasdan, bazarın ölçülərindən, əmtəənin qiyməti, faydalılığı və keyfiyyətindən, subyektiv zövqlərdən çox asılıdır.
Tələb həqiqi (əmtəə və xidmətləri real göstərilən tələb), realizə olunmuş (həqiqi tələbin bazarda alınmış əmtəə və xidmətlərdə realizə olunmuş hissəsi) və təmin edilməmiş (həqiqi tələbin lazımi əmtəənin olmaması və ya onların çeşidinin və keyfiyyətinin alıcıların tələbatlarına cavab verməməsi səbəbindən realizə olunmayan hissəsi) kimi növlərə bölünür. Təmin edilməmiş tələb ən müxtəlif formalar alır: gizli, aşkar, cari, mobil toplayıcı.
Bazar şəraitini düzgün başa düşmək, təmin edilməmiş tələbin aradan qaldırılması məqsədilə səmərəli ölçülərin götürülməsi üçün belə tələbin bütün formalarının - həm həcminə, həm quruluşuna, həm ayrı-ayrı əmtəələr, bölgələr, maddi təminat səviyyəsi ilə fərqlənən sosial- iqtisadi əhali qrupları (ailələr) üzrə daha dəqiq qiymətləndirilməsinə can atmaq lazımdır. İnsanların aldığı əşyaların qədəri həmişə əmtəənin qiymətindən asılıdır. Əmtəənin bazar qiyməti ilə ona göstərilən tələbin kəmiyyəti arasında həmişə müəyyən nisbət var. Əmtəənin yüksək qiyməti ona tələbi məhdudlaşdırır, həmin əmtəənin qiymətinin aşağı salınması bir qayda olaraq ona tələbin artmasına rəvac verir. Alınan əmtəənin qiyməti ilə kəmiyyəti arasındakı bu asılılığı qrafik şəklində əks etdirmək olar (Şəklil 1). Fərz edək ki, əmtəə vahidinin qiyməti 5 dollar olanda bütün istehlakçılar tərəfindən bazardan 10 vahid əmtəə alınınr, əmtəə vahidinin qiyməti 4 dollar olanda 11, qiyməti 3 dollar olanda - 12, 2 dollar olanda - 15 vahid və qiymət 1 dollar olanda - 20 vahid əmtəə alınır. Əmtəənin bazar qiyməti və ona tələbin pulla ifadəsi arasındanı belə nisbət tələb əyrisi adlanır.

Şəkil 1. Tələb və təklif əyrisi


Tələb əyrisi müəyyən zaman anında alıcıların müxtəlif qiymətlərə nə qədər əmtəə almağa hazır olduğunu göstərən əyridir. Tələbin azalması qanunu göstərir ki, bütün digər bazar şərtləri sabit qalmaqla hər hansı bir əmtəənin qiyməti qalxdığı təqdirdə həmin əmtəəyə tələb aşağı düşür. Və ya, başqa sözlə desən, bazara çoxlu əmtəə daxil olduqda və başqa şərtlər eyni olduqda belə onun qiyməti aşağı düşür. Bu qanunu ilk dəfə fransız riyaziyyatçısı Antuan Ogüsten Kurno «Sərvət nəzəriyyəsinin riyazi prinsiplərinin tədqiqi» əsərində vermişdi. Onun verdiyi tərifə görə əmtəə müəyyən, özü də azalan qiymət funksiyasını yaradır. Belə müddəa tam əsaslandırılıb və bazarla ziddiyyət yaratmır.


A.Kurnonun tələbin azalması qanunu belə ifadə olunur:

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə