Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


azad sahibkarlıq zonaları



Yüklə 0,96 Mb.
səhifə39/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   35   36   37   38   39   40   41   42   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

azad sahibkarlıq zonaları (ASZ);

  • azad ticarət zonaları;

  • ixrac-istehsal zonaları (İİZ);

  • regionlarda istehsal zonaları;

  • azad limanlar;

  • azad bank zonaları.

    Bütün bu zonalar xarici kapitalın cəlb edilməsi, müxtəlif güzəştlərin verilməsi (bir qayda olaraq 10 il ərzində vergidən azad edilmə; birbaşa dövlət subsidiyası; gömrük haqqısız əmtəə idxalı və ixracı; torpağın aşağı qiymətə icarəyə verilməsi və s.) yolu ilə iqtisadi inkişafın amili kimi nəzərdən keçirilir. Hazırda dünyada 400-dən artıq AİZ var (əsasən inkişaf etmiş dövlətlərdə). AİZ-da hakim mövqeyi Yaponiya, ABŞ və Qərbi Avropanın transmilli şirkətləri (TMŞ) tuturlar.
    Xaricdə ticarət şəbəkəsinin təşkilindən danışarkən ən geniş yayılmış və ən perspektivli obyektlər sırasında aşağıdakıları göstərmək olar:

    • supermarketlər - əsasən ərzaq çeşidli özünəxidmət mağazaları;

    • superonterlər - əsasən şəhərdən kənarda yerləşən tez xarab olan malların ticarəti üçün perspektivli mağazalar;

    • konvinnesonterlər - məhdud çeşidli yüksək hazırlıq dərəcəli məhsulların kiçik mağazaları (iri mağazalara əlavə kimi);

    • supertriado (superüçlük)- yüksək keyfiyyətli bahalı əmtəənin satışı ilə məşğul olan müasir ticarət mərkəzi, anbar-supermarket zonası, yaxşılaşdırılmış keyfiyyətli əmtəə satışı zonası olan iri mağazaların yeni modeli;

    • draqonterlər - əməliyatların yüksək dərəcədə avtomatlaşdırıldığı və kredit və debitor kartlarının qəbul olunduğu pərakəndə satış müəssisələri;

    • diskaunt-mağazalar - orta keyfiyyətli malları nisbətən aşağı qiymətlərə satan və s. ucuzlaşdırılmış qiymətlər mağazaları.

    Birja - kütləvi standart əmtəələrin topdansatış ticarətinin təşkilati forması və ya valyuta, iş qüvvəsi və qiymətli kağızların alqı-satqısı üzrə sistematik əməliyyatlar növüdür. Birja bazarın hərtərəfli təşkili üçün təyinatlanıb. Hazırda birja aşağıda göstərilən bir sıra funksiyaları yerinə yetirən dövlət səhmdar təsisatıdır:
  • 1   ...   35   36   37   38   39   40   41   42   ...   66




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə