Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə37/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   33   34   35   36   37   38   39   40   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

«İnfrastruktur» məfhumu iqtisadi təhlildə ilk dəfə silahlı qüvvələrin həyat qabiliyyətini təmin edən obyekt və qurğuları göstərmək üçün istifadə olunmuşdur (XX əsrin əvvəli).
«İnfrastruktur» məfhumu latın sözləri “infra”–“aşağı”, “altında”; “structura–“tikili”, “yerləşmədən” əmələ gəlib. Məfhumdan geniş istifadə olunmasına baxmayaraq, o, müxtəlif cür şərh olunur. Bir qrup müəlliflər infrastrukturun əsas vəzifəsinin istehsala və əhaliyə xidmət etmək, qulluq göstərmək olduğunu hesab edərək, infrastrukturu bütün xidmət sistemi kimi təyin edir.
Digərləri infrastrukturu yalnız sənayeyə xidmət sistemi kimi başa düşür, onun təyinatını istehsal üçün ümumi şəraitin yaradılmasında, əsas istehsalın fəaliyyətinin təmin edilməsində görürlər. Belə bir baxış da mövcuddur ki, infrastruktur sənaye müəssisələrinin uğurlu fəaliyyəti üçün lazımi maddi-texniki bazanı təmin edən obyekt və qurğular şəklində olan yığılmış maddi sərvətdir ki, milli sərvətin bir hissəsi kimi maneəsiz fəaliyyət sahəsini təmin etməlidir.
İnfrastrukturun, ictimai istehsalın nisbətən müstəqil sahəsi kimi formalaşması prosesi ictimai əmək bölgüsü ilə bağlı olan bir sıra mərhələlərdən keçib. Belə ki, sənətkarlığın əkinçilikdən ayrılması və ya ikinci ictimai əmək bölgüsü şəhərləri meydana gətirməklə şəhər və kənd arasında əmtəə mübadiləsini gücləndirdi ki, bu da infrastruktur obyektləriin inkişafına səbəb olurdu.
Cəmiyyətdə üçüncü iri əmək bölgüsü - ticarətin əkinçilik və sənayedən ayrılması - təsərrüfat dövriyyəsinə yeni ərazilər cəlb olunması hesabına məhsul mübadiləsinin artımına daha
da rəvac verdi, bu da öz növbəsində infrastruktur sahəsinin genişlənməsini zəruri etdi. Hazırda istehsala xidmət göstərən istehsal infrastrukturunu (nəqliyyat, rabitə, topdansatış ticarəti və s.), fəaliyyəti şəxsi tələbatların ödənilməsinə, əhalinin həyat fəaliyyətinin və intellektual inkişafının təmin edilməsinə yönümlənmiş xidmət sahəsi obyektlərinin (əhaliyə xidmət edən nəqliyyat və rabitə, təhsil, səhiyyə, sosial təminat və s.) cəmindən ibarət sosial infrastrukturu, həmçinin bazar infrastrukturunu fərqləndirirlər.
İstehsal infrastrukturu məsələsi nəzərdən keçirilərkən qeyd olunmalıdır ki, o hər hansı bir məhsulu istehsal etmir, yalnız onun istehsalı üçün zəruri şərtləri yaradır. İqtisadiyyatın infrastruktur elementləri iqtisadiyyatın infrastruktura həvalə etdiyi özünəməxsus funksiyaların nəticəsidir. Zaman keçdikcə bu funksiyalar dəyişir və get-gedə əsas istehsaldan ayrılırlar. Buna görə də, istehsalat infrastrukturunun ilkin əlamətləri kimi onun istehsal prosesini təmin etməkdən ibarət olan funksiyaları çıxış edir. İnfrastruktur müəssisələrinin təsərrüfat fəaliyyətinin xüsusiyyəti budur ki, onların fəaliyyətinin nəticələrini ehtiyat kimi saxlamaq və ya anbara vurmaq mümkün deyil, çünki o daşıma, qoruma, informasiya ötürmə və s. şəklində təzahür edir. İnfrastrukturu yardımçı və ya ikinci dərəcəli sahə kimi səciyyələndirmək olmaz.
İnfrastrukturun yeni növü bazar infrastrukturudur. Bazar mexanizmi inkişaf etdikcə, ölkə iqtisadiyyatında tələb və təklifi əks etdirən təşkil olunmuş sistemin ixtisaslaşmış fəaliyyət növündən ayrı-ayrı bazarın tələbatlarım ödəməyə qədər tələbatları ödəmək üzrə ixtisaslaşmış fəaliyyət növünə zərurət yaranır. Bazarın yaranması onun sivil fəaliyyətini təmin edən yeni təşkilatların, qurumların yaranmasını şərtləndirdi.
Bazar infrastrukturu əmtəə və xidmətlərin hərəkətlərini, alqı-satqı aktlarını və ya bazara xidmət edən və onun normal rejimdə fəaliyyətini təmin etmək üzrə müəyyən funksiyaları yerinə yetirən institutlar, sistemlər, xidmətlər, müəssisələrin cəmini əhatə edən təşkilati-hüquqi formaların məcmusudur. Müasir bazarın infrastrukturunun əsas elementləri bunlardır: ■ birjalar (əmtəə, xammal, fond, valyuta), onların təşkilati rəsmiləşdirilmiş vasitəçiliyi; ■ hərraclar, yarmarkalar və sair təşkilati qeyri-birja vasitəçiliyi formaları; ■ kredit sistemi və kommersiya bankları; ■ emissiya sistemi və emissiya bankları; ■ əhalinin məşğulluğunun tənzimlənməsi sistemi və məşğulluğa dəstəyin hökumət və qeyri-hökumət mərkəzləri (əmək birjaları); ■ informasiya texnologiyaları və işgüzar kommunikasiya vasitələri; ■ vergi sistemi və vergi müfəttişliyi; ■ kommersiya təsərrüfat riskinin sığortalanması sistemi və sığorta şirkətləri; ■ xüsusi reklam agentlikləri, informasiya mərkəzləri və kütləvi informasiya vasitələri agentlikləri; ■ ticarət palataları, işgüzar dairələrinin digər ictimai, könüllü və dövlət təşkilatları (assosiasiyaları); ■ gömrük sistemi; ■ muzdla işləyənlərin həmkarlar ittifaqları;
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə