Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Mövzu 8. Bazar quruluşu və infrastrukturu



Yüklə 0,96 Mb.
səhifə35/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   31   32   33   34   35   36   37   38   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Mövzu 8. Bazar quruluşu və infrastrukturu


Bazarın quruluşu - bazarın ayrı-ayrı elementlərinin daxili quruluşu, yerləşməsi, düzülüşü, onların bazarın ümumi həcmində xüsusi çəkisidir. İstənilən quruluşun əlamətləri bunlardır:

  • onun elementləri arasında sıx əlaqə;

  • bu əlaqələrin müəyyən sabitliyi;

  • həmin elementlərin tamlığı, məcmusu.

Ən müxtəlif meyarlar əsasında ayrı-ayrı elementlərə bölünmüş bütün bazarların hamısının məcmusu bazarlar sistemini əmələ gətirir. Bütövlükdə bazar olduqca zəngin və mürəkkəb quruluşu ilə səciyyələnir. Onun quruluşu seçilmiş meyarlardan asılı olaraq müəyyənləşdirilir. Obyektlər üzrə bazar quruluşu və sistemini səciyyələndirmək üçün meyarlar aşağıdakılar ola bilərlər:

  • əmtəə və xidmətlər bazarı (istehlak bazarı);

  • iş qüvvəsi bazarı;

  • istehsal vasitələri bazarı;

  • qiymətli kağızlar, valyuta bazarı;

  • elmi-texniki işləmələr, patentlər bazarı;

  • informasiya bazarı; ■ tədavül vəsaitləri bazarı;

  • ayrı-ayrı əmtəə və əmtəə qrupları (ət, paltar, ayaqqabı) bazarı;

  • lisenziyalar bazarı s.

İstehlak bazarına ərzaq və sənaye malları bazarları, məişət, kommunal, nəqliyyat xidmətləri bazarları, həmçinin mədəniyyət, təhsil, səhiyyə xidmətləri daxildir. Tələb və təklif dəyişmələri, inflyasiya özünü ən çox bu bazarda göstərir. O millətin rifah halına bilavasitə təsir göstərir.
Mənzil bazarı bizim ölkədə yaxın vaxtlara qədər şəxsi evlərin, bağların və bu qəbildən olan başqa mülklərin, həmçinin alınıb satıla bilən kooperativ evlərin alqı-satqısı şəklində mövcud idi. Dövlət mənzil bölməsinin özəlləşdirilməsi ilə əlaqədar dar mübadilə zonası və ya “razılaşma” əsasında gizli satışla məhdudlaşan bazardan deyil, bütün mənzil növlərini əhatə edən tam dolğun mənzil bazarının formalaş-masından danışmaq olar. Mənzil bazarı daşınmaz əmlak bazarının bir hissəsidir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə