Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə32/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   28   29   30   31   32   33   34   35   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Ərazi hüdudları – coğrafi mövqeyinə və baş verən iqtisadi hadisələrin miqyasına görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (milli), xarici (beynəlxalq) bazarlara, bir qədər də konkretləşdirsək, ayrı-ayrı əmtəə qrupları (istehlak malları, istehsal təyinatlı əmtəələr və ya hazır məmulatlar), yaxud da əmtəə növləri (parça, ayaqqabı, metal, dəzgah və s.), sahələr (avtomobil, neft, pambıq, üzüm və s.), ölkə- lərarası və s. olduğunu demək olar.
Bazarları, həmçinin bazar münasibətlərinin inkişaf səviyyəsinə və iqtisadi təyinatlarına görə də fərqləndirmək mümkündür. Bazarın bu növləri bir sistem daxilində öz aralarında qarşılıqlı əlaqədədirlər və bir-birilərinə təsir göstərirlər. Onların hər hansı birində baş verən pozuntular və ləngimələr həmin zəncirvari prosesdə başqalarına da təsir edir.
Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrüfat həyatının bütün sahələrinə təsir edir və: 1) Informasiya vermə; 2) Vasitəçilik etmə; 3) Qiymət əmələ gətirmə; 4) Tənzimləmə və 5) Sağlamlaşdırma vəzifələrini yerinə yetirir. Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiya verir.
Kortəbii surətdə meydana çıxan əməliyyatlar, bazarı, külli miqdarda informasiyaları toplayıb «işləyən», onun əhatə dairəsi haqqında ümumi məlumat verən nəhəng kompüterə çevirir. Bu, hər bir müəssisəyə, özünün xüsusi istehsalını bazarda daim dəyişən şəraitlə müqayisə etməyə imkan verir. Bazarın ən mühüm vəzifələrindən biri də onun tənzimləyici funksiyasıdır. Bu, bazarın, iqtisadiyyatın bütün sahələrinə, birinci növbədə istehsala təsir göstərməsi ilə əlaqədardır.
Bazar P. Samuelson tərəfindən müəyyən edilmiş: «Nə istehsal etməli?»,
«Kimin üçün istehsal etməli?», «Necə istehsal etməli?» suallarına cavab verir. Həm də, bazarı rəqabətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, sahədaxili rəqabət məhsul vahidinə çəkilən xərclərin aşağı salınması, əmək məhsuldarlığının yüksəldilməsi, texniki tərəqqinin sürətləndirilməsi, məhsulların keyfiyyətinin yaxşılaşdırılması üçün stimul yaradırsa, sahələrarası rəqabət kapitalın bir sahədən digərinə axması yolu ilə iqtisadiyyatın optimal quruluşunu formalaşdırır, perspektivli sahələrin inkişafına şərait yaradır.
Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mühüm rol oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşağı düşməsi isə ixtisar olunmasına işarədir. Müasir dövrdə iqtisadiyyat təkcə «gözəgörünməz əl»in kömə- yilə deyil, həm də dövlət tərəfindən müxtəlif iqtisadi «vasitələrdən» istifadə
olunmaqla idarə edilir. Lakin buna baxmayaraq bazarın tənzimləyici, iqtisadiyyatda tarazlayıcı rolu yenə də qalmaqdadır.
Bazar mexanizmi xeyriyyəçilik sistemi deyildir. O, sosial bərabərsizliyə, təbəqələşməyə şərait yaradır. Bazar, rəqabətin köməyilə ictimai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyatda özünü doğrultmayan təsərrüfat vahidlərindən təmizləyir, daha çox səmərə verən, təşəbbüskar, bacarıqlı, zirək təsərrüfat vahidlərinə isə «yaşıl işıq» yandırır. Bunun nəticəsində iqtisadi vahidlər üzrə ümumilikdə orta sabitlik səviyyəsi nəinki saxlanılır, hətta yüksəlir.
P. Samuelsonun tədqiqatlarına görə ABŞ-da bütün pərakəndə satış mağazalarının 1/3 hissəsindən yarısına qədəri açıldıqdan sonrakı üç il ərzində öz fəaliyyətini dayandırır.
Kiçik biznesin orta ömür müddəti 6 ildən yuxarı həddi aşmır, hətta bəzi hallarda iri firmalar da rəqabət mübarizəsində məğlub olurlar. Aydın məsələdir ki, istehsalın və kapitalın ictimailəşdirilməsinin gücləndiyi bir şəraitdə inhisarlaşdırma bazarın sağlamlaşdırma vəzifəsinin dəyişməsinə səbəb olur. Beləliklə, bazar çox mürəkkəb vəzifələri yerinə yetirir. Və bazar münasibətlərinə geniş meydan verilməsinin nəticəsidir ki, inkişaf etmiş ölkələrin iqtisadiyyatı dinamik inkişaf edir, istehlakçı bazarları fasiləsiz olaraq əmtəələrlə doldurulur, mövcud ehtiyatlardan demək olar ki, səmərəli istifadə edilir.
Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı ideal deyildir. Bütün iqtisadi proseslər kimi onun da müəyyən üstünlükləri və çatışmazlıqları vardır. Bazar sisteminin üstünlüklərinə aşağıdakılar aiddir. Bazar:

  1. Yüklə 0,96 Mb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə